“Seçiciyə vədlər verib, onları yerinə yetirməmək zamanı geridə qalıb” - deputat
Tarix: 5-12-2015, 11:06 | Çap et
V çağırış Milli Məclis artıq öz işinə başlayıb. Bu günə qədər parlamentin və komitələrin iclasları keçirilib, qanunverici orqanın və komitələrin sədrləri, həmçinin onların müavinləri seçilib, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təşəbbüsləri irəli sürülüb. Parlamentin yeni tərkibində iştirak edən millət vəkillərindən biri də 17 saylı Yasamal III Seçki Dairəsindən deputat seçilmiş Elşad Həsənovdur. Onunla görüşüb söhbətləşdik, seçki mübarizəsi, qalibiyyət sevinci, gələcək planları barədə “Kaspi” qəzeti üçün müsahibə aldıq.
- Elşad müəllim, Siz ilk dəfədir ki, millət vəkili seçilmisiniz və artıq parlamentin iki iclasında iştirakçı olmusunuz. Deputat kimi hansı hissləri keçirirsiniz? - Müstəqil dövlətimizin ali qanunverici orqanının üzvü olmaq şübhəsiz ki, insanda ilk olaraq qürur hissi yaradır. Hansı vəzifədə, hansı səlahiyyətdə olmasına baxmayaraq, hər bir Azərbaycan vətəndaşının yeganə məqsədi müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlətimizin gücünün artırılmasıdır. Bu baxımdan millət vəkili seçilməklə qürur hissi keçirdim ki, ali qanunverici orqanda deputat statusu ilə Azərbaycana xidmət edəcəm. Fikrimcə, indiyə qədər bu istiqamətdə göstərdiyim fəaliyyətimin genişləndirilməsi üçün yeni imkanlar yaranıb.
- Təxminən iki-üç ay bundan əvvələ qayıtsaq, o zaman bu yola çıxarkən, yəni millət vəkilliyinə namizədliyinizi irəli sürərkən qalib gələcəyinizə əmin idinizmi? - Seçki kimi önəmli prosesə qoşulursansa, bütün imkanlarını götür-qoy etməlisən. Təbii ki, imkanlara nəzər salanda qalib olmaq şansın da özünə, sənə dəstək verən insanlara aydın olur. Mən bundan öncə 2 dəfə parlamentə keçirilən seçkilərin iştirakçısı olmuşam. Seçki marafonuna hər dəfə qoşulmağım qalib gələcəyimə inam hissi ilə bağlı olub. Bu dəfə isə artıq əminlik yaranmışdı. Çünki həm əvvəlki seçkilərdən böyük təcrübə qazanmışdıq, həm də ötən illərdə 17 saylı Yasamal III Seçki Dairəsində fasiləsiz iş aparmışdıq. Mənim bu ərazi ilə bağlılığım ancaq seçki dövrlərinə təsadüf etməyib. Ona görə də qələbəmizə mənə səs verən seçicilərim də əmin idi.
- 17 saylı Yasamal III Seçki Dairəsindən Sizinlə bərabər daha bir neçə nəfər deputatlığa namizədliyini irəli sürmüşdü. Onları üstələmək, seçicilərinizin səsini toplamaq üçün həmin vaxt təbliğat-təşviqatınızı necə qururdunuz? - Qeyd etdiyim kimi, bu seçki dairəsi ilə təmaslarım ancaq seçkiqabağı təşviqat dövrü ilə məhdudlaşmayıb. Prosesə qoşularkən təşviqatla məşğul olan komandamız bəlli bir elektoratın artıq bir neçə ildir formalaşdığını müşahidə etdi. Amma bu reallıq bizi arxayınlaşdırmadı. Biz təbliğat dövründə qapı-qapı gəzərək minlərlə seçici ilə görüşdük, ərazidə kütləvi görüşlər keçirdik. Təbliğat-təşviqat kampaniyasını əsas etibarı ilə ərazidə qurduq. Nəyə görə ərazi məsələsini xüsusi qeyd edirəm? Çünki bəzi namizədlər elə bilirdilər ki, təbliğat ancaq sosial şəbəkələrdə və yaxud mediada olur. Düzdür, biz də sosial şəbəkələrdən, media resurslarından faydalandıq. Amma əsas işimiz dairənin hüdudlarında aparıldı.
- Seçki dövründə Sizinlə eyni dairədən namizədliyini irəli sürənlər arasında özünüzə əsas güclü rəqib kimi daha çox kimi görürdünüz? - Rəqibin güclü və yaxud zəif kateqoriyalarına ayrılmasının tərəfdarı deyiləm. Əgər mübarizəyə qoşulmuşsansa, istənilən rəqibini tam ciddi qəbul etməlisən. Bizim uğurumuzun bir səbəbi də budur: rəqibləri hesaba almaq və sağlam mübarizə aparmaq.
- Qeyd etdiniz ki, seçicilərlə görüşlər keçirmişsiniz. Çox maraqlıdır seçiciləriniz qarşısında çıxış edərkən, onlara hansı vədlər verirdiniz, hansı problemlərin həllinə nail olacağınızı söyləyirdiniz? Ümumiyyətlə, həmin vaxt, elə bu gün də seçiciləriniz hansı məsələləri qaldırır, nədən şikayət edirlər sizə? - Mən görüşlərimdə seçicilərə vəd verməyəcəyimi dedim. Artıq seçiciyə vədlər verib, sonra onları yerinə yetirməmək zamanı geridə qalıb. Mən seçicilərimlə bir yerdə olacağımı, problemləri birgə aradan qaldırmağa çalışacağımı açıqlamışdım. Onların qaldırdıqları əsas məsələlər isə Yasamal ərazisindəki problemlər idi. Bilirsiniz ki, rayonda indi bütün diqqət “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işlərinin üzərindədir. O zaman da, elə indi də müraciətlərin bir qismi bu məsələ ilə bağlıdır. Hər bir müraciəti diqqətlə dinləyir, dövlətimizin yaratdığı imkanlar çərçivəsində həlli üçün köməklik göstərməyə çalışıram. Ümumilikdə vətəndaşlar bütün fəaliyyətimizlə cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək olmağa çağırırlar. Bu fikirlər indi də daxil olan müraciətlərdə əksini tapır.
- Bəs, bütövlükdə seçki prosesini necə qiymətləndirirsiniz? - Seçki prosesi ədalətli, şəffaf və qanunların tələb etdiyi şəraitdə keçdi. Daha güclü olan, seçicidə inam yarada bilən namizədlər qələbə qazandı. Seçicilərin iradəsinin əksi üçün bütün şərait yaradılmışdı.
- Gələcək 5 il üçün planlarınız nədən ibarətdir? - 5 il ərzində fəaliyyətimlə mənə etimad göstərən insanların inamını doğrultmağa çalışacağam. Onların öz seçimlərində yanılmadıqlarını təsdiqləməyi bacaracağıma inanıram. Şübhəsiz ki, millət vəkilinin əsas vəzifəsi qanunvericiliyin təkmilləşdirilməsi işinə öz töhfəsini verməkdir. Bir hüquqşünas kimi bu istiqamətdə dövlətimiz və xalqımız üçün faydalı olacağıma əminəm.
- Bəzi qərb dairələri, eləcə də Azərbaycandakı radikal müxalifət seçkinin nəticələrinə kölgə salmağa cəhd edir, bu məqsədlə müxtəlif bəyanatlar verirdilər. Seçkinin sona çatmasından bir aydan artıq vaxt keçməsinə rəğmən, sözügedən dairələr köhnə fikirlərini ara-sıra təkrarlamaqdan əl çəkmirlər. Sizin buna münasibətiniz necədir? - Seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə edib. Bunu biz yox, prosesi izləyən on minlərlə beynəlxalq və yerli müşahidəçi deyir. Onların yekun fikri budur ki, seçkilər ən yüksək beynəlxalq standartlara cavab verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə edib. Təəssüf ki, Azərbaycanın demokratiya yolunda atdığı hər bir uğurlu addımı bəzi dairələrdə əks reaksiya doğurur. Həmin dairələr dövlətimizin nailiyyətlərinə sevinə bilmirlər, çünki güclü Azərbaycan onların maraqlarına uyğun gəlmir. Azərbaycan demokratiyaya sadiqdir və atılan hər bir addım, hər bir seçki prosesi bunu növbəti dəfə təsdiqləyir. Ona görə də bəzi xarici dairələrin Azərbaycan əleyhinə bu istiqamətdə qarayaxma kampaniyası aparmasının heç bir əhəmiyyəti yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
|