"Elə faktlar deyərəm ki, Allahı tanıyan adam onu qəbul eləməz" - Şeyxə qarşı yeni ittihamlar
Tarix: 16-12-2015, 09:14 | Çap et
ADP sədri Sərdar Cəlaloğlunun bir həftə öncə “Yeni Müsavat”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin ləğvinin vacibliyini bəyan etməsi cəmiyyətdə ciddi müzakirələrə yol açıb.
S.Cəlaloğlunu haqlı hesab eləyənlər də, QMİ-nin Azərbaycan dövlətinə lazım olduğunu, bu qurumun ləğvi tələbinin təxribatçı hərəkət olduğunu düşünənlər də var. Məsələn, hakim YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov QMİ-nin ləğvini istəyənləri təxribatçı adlandırıb.
Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, Şeyx Allahşükür Paşazadənin şəxsinə qarşı heç bir qərəzi və düşmənçiliyi yoxdur: “Təkcə prokurorluq QMİ-nin maliyyə işlərini yoxlasa ortaya çıxar ki, nələr var. Düşmənçiliyim olsa, o faktları mətbuata açıqlayaram və Azərbaycanda Allaha inanan heç kəs şeyxə inanmaz. Sadəcə, demişəm və deyirəm ki, bir adam ticarətlə məşğul olursa, dinlə məşğul olmamalıdır, dinlə, elmlə məşğul olursa ticarətlə məşğul olmamalıdır. Bu fikir niyə düşmənçilik və ya təxribat kimi qələmə verilməlidir? Şeyx öz çıxışlarının birində demişdi ki, mən 30 ildir vicdanın nə olduğunu bilmirəm. Vicdan özü din deməkdir, dində olmaq deməkdir. Deməli, şeyx özü etiraf edir ki, mən dində olmağın nə demək olduğunu bilmirəm. Bunu mən ona böhtan atmıram. Adam öz dili ilə deyir ki, mən 30 ildir bilmirəm vicdan nə olan şeydir. O, ümumiyyətlə, cümə namazı-filan da qılıb eləmir. Bir çox hallarda heç bayram namazlarına da gəlmir. Çox nadir hallarda namazda olur”.
S.Cəlaloğlu QMİ və şeyxlə bağlı mövqeyinə görə heç kimdən qorxmadığını da vurğuladı: “Allahdan qorxan adam heç nədən qorxmaz. Allahdan qorxmayan adam hər şeydən qorxar. Mən Allahdan qorxuram, ona görə də xalqım və dövlətim üçün xeyirli olan hər bir məsələnin üzərinə getməkdən qorxmuram. Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Konstitusiyasına ziddir. Azərbaycan Konstitusiyasına görə, Azərbaycanda yalnız Azərbaycan vətəndaşlarının üzvü olduğu təşkilatlar yaradıla və fəaliyyət göstərə bilər. Qafqaz Müsəlmanları İdarəsi isə adından da görünür ki, Azərbaycanın vətəndaşı olmayan digər Qafqaz xalqlarının da təşkilatıdır. Belə çıxır ki, məsələn, Dağıstanda olan çeçenlərin də hansısa dini sahədə hərəkətinə görə məsuliyyəti Allahşükür Paşazadə daşıyır. Halbuki Allahşükür Paşazadənin Rusiya vətəndaşları üzərində hər bir təsiri, hər hansı bir ideoloji iş aparması Rusiya qanunlarına görə də, Azərbaycanın qanunlarına görə də qadağandır. Qafqaz Müsəlmanları İdarəsi qeyri-hökumət təşkilatıdır.
Necə olur ki, Azərbaycanda heç bir QHT dövlət protokolunda yer tutmur, amma QMİ dövlət protokolunda rəsmi yer tutur, bir çox hallarda hətta parlament sədrindən də qabaqda durur? Bu vəziyyətin özü anormal durumdur. İslam dinində icma prinsipi var. 20-30 nəfər yığışıb bir məscid tikir və öz aralarında ən çox inandıqları adamı önə verirlər və həmin adam pişnamaz olur. İslamın ümumi məsələlərinə gəlincə, Quranda da deyilir ki, gərək sizin öz aranızdan alimlər çıxsın və Qurandakı mürəkkəb məsələləri xalqa izah eləsin. Həmin şəxslər isə Quranda şeyx adlanmır, alim adlanır. Həmin alimlər Quranla yanaşı, elmləri də bilməlidir. Mən hazırda Qurana 10 cildlik izah yazıram. Fəlsəfəni, fizikanı, kimyanı, astronomiyanı bilməsəm, Quranı izah eləyə bilmərəm.
İslam dini ədalətsizliyə müxalifət kimi yaradılıb. Quranda neçə yerdə buyurulur ki, nahaqqa, ədalətsizliyə müxalif olun. Hələ biz QMİ-nin nəyəsə müxalif olduğunu, hansısa ədalətsizliyə müxalif olduğunu görməmişik. Məscid bağlanır, QMİ susur, azana qadağalar qoyulur, QMİ susur, məktəbə hicabla getmək qadağan olunur, QMİ susur, müxtəlif zümrədən olan insanlara haqsız davranışlar baş verir, QMİ səsini çıxarmır. Bunun özü göstərir ki, QMİ heç Quranın əsas əmrlərini yerinə yetirmir”.
ADP sədri dedi ki, bu günə kimi ona şeyxdən heç bir mesaj, xəbərdarlıq, hədə-filan gəlməyib: “Çünki birincisi, mən qərəzli deyiləm. İkincisi, mən şeyxin özünün də xeyrinə danışıram”.
QMİ-nin ləğvini tələb edənlərin təxribatçı adlandırılmasına gəlincə, S.Cəlaloğlu bildirdi ki, Siyavuş Novruzovun dindən başı çıxmır, dini bilmir, ona görə də belə danışır: “Mən faktları, qanunları göstərərək QMİ və şeyx barədə məlum fikirlərimi ortaya qoymuşam. Siyavuş Novruzov buyursun, mənim arqumentlərimin yanlış olduğunu faktlarla, qanuna əsaslanmaqla desin. Görüm mənim arqumentlərimin əsassız olduğunu sübuta yetirə biləcəkmi? Yoxsa ki, indi mənim dediyim fikirlərə qarşı arqument tapa bilməyib, sadəcə, havaya ”bu fikirlər təxribatdır" sözünü söyləmək mənasızdır. Dünyada bir milyard yarım müsəlman var. Yalnız Azərbaycanda İslamın bu cür üsul-idarəçiliyi həyata keçirilir.
Nardaranda insan tələfatına səbəb olan yanlış hərəkət olub. Əgər QMİ din sahəsində indiyə qədər olan insidentlərə, xoşagəlməz hadisələrə görə cavabdehlik daşımayıb. Onda sual olunur ki, bu İdarə nəyə cavabdehlik daşıyır?! Nardaran hadisələrinə görə cinayət işi həm də QMİ-nin əleyhinə qaldırılmalıdır. Ona görə ki, dinə nəzarət QMİ-yə verilib. Bu ölkədə İŞİD özünə tərəfdar toplayır, nurçular tərəfdar toplayır, Yevangelistlər tərəfdar toplayır, Məhəbbət Kilsəsi gəlib tərəfdar toplayır, buddistlər gəlib tərəfdar toplayır və xalq getdikcə bu cür yad dini təsirlərin altına düşür, QMİ məsuliyyət daşımır. O zaman bəs bu QMİ nəyə lazımdır?! Bir insanın və qurumun heç bir belə məsələlərdə məsuliyyəti yoxdursa, səlahiyyətlər ona niyə verilir?! Məsələ bu qədər aydındır. Siyavuş Novruzov kimi adamlar isə hələ də keçmiş SSRİ nostalgiyasından ayrıla bilmirlər və sovetin qalıqlarını qoruyurlar".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
• "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20 |
|
|
|
|