“Üstümüzə gələn dalğanı maksimum zərərsizləşdirmək mümkün oldu” - YAP-çı deputat
Tarix: 26-12-2015, 10:29 | Çap et
Cari ilin sonuna doğru dünyada Azərbaycan vətəndaşları üçün də arzu olunmayan hadisələr baş verdi. Öncə neftin satış qiyməti kəskin şəkildə aşağı düşdü. Təbii ki, bu, neft ixrac edən ölkə kimi Azərbaycana da təsirsiz ötüşmədi. Bir neçə gün bundan öncə isə milli valyutamız ucuzlaşdı. Əgər cari ilin birinci yarısında 1 dollar 1 manat 5 qəpik idisə, sonuncu devalvasiyadan sonra 1 dollar 1 manat 55 qəpik dəyərində oldu. Paralel olaraq, regionda ictimai-siyasi vəziyyət də gərgin xarakter almaqdadır. Suriyada Rusiya ilə Qərbin maraqlarının toqquşması müharibəni daha da alovlandırıb. Bu kimi səbəblər üzündən Azərbaycanın iki yaxın qonşusu olan Türkiyə və Rusiya arasında münasibətlər pozulub. Belə bir zamanda ermənipərəst Kristofer Smit tərəfindən Amerika Senatına ölkəmiz əleyhinə qanun layihəsi təqdim olunub ki, bu da Vaşinqton və Bakı arasında narazılıqlara gətirib çıxarıb. Sadalanan hadisələrlə bağlı “Kaspi”nin suallarını Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə cavablandırır.
- Aydın müəllim, dünya bazarında neftin qiymətinin aşağı düşməsi, milli valyutamızın ikinci dəfə devalvasiyaya uğraması və sair hadisələr neft ixrac edən ölkə kimi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərir. Bütün bu proseslər barədə sizin düşüncələriniz nədən ibarətdir? Hadisələrin gələcəyini necə proqnozlaşdırırsınız? - 2015-ci il Azərbaycan tarixində müxtəlif hadisələrlə yadda qalıb. Düzdür, sonluq manatın devalvasiyası ilə daha çox diqqəti çəkib, amma cari ildə Azərbaycanda I Avropa Oyunları keçirildi. Dünya tarixində, Avropa məkanında ilk beynəlxalq idman turniri sayılan bu tədbirə Azərbaycan ev sahibliyi etdi. Bu, tarixi bir hadisə idi. Bütün dünyanın diqqəti həmin vaxt Azərbaycana yönəldi. Azərbaycan inkişaf etməkdə olan bir ölkə kimi özünün bütün potensialını, böyük tədbirləri yüksək səviyyədə keçirmək bacarığını ortaya qoydu. Həmin tədbirdən sonra ölkədə parlament seçkiləri keçirildi. Yüksək seçici fəallığı ilə müşayiət olunan bu seçkilər nəticəsində V çağırış Milli Məclisin yeni tərkibi müəyyən oldu, hakimiyyət qollarından biri formalaşdırıldı. Cəmiyyətin inkişaf perspektivləri, seçicilərin fəallığı ilə bağlı böyük işlər görüldü. Milli Məclis bundan sonra da üzərinə düşən vəzifələri yerinə yetirəcək. Cari ildə Azərbaycan iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektoruna keçilməsi istiqamətində də bir çox işlər görüldü. Ənənəvi olaraq infrastrukturun yenilənməsi prosesi geniş vüsət aldı. Yollar çəkildi, körpülər salındı, xəstəxanalar, məktəblər tikildi, dəmir yol xətti yeniləndi, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin işə salınması üçün yeni qüvvələr sərf edildi, Azərbaycan regionlarında çoxsaylı müəssisələr fəaliyyətə başladı, turizm obyektlərinin çeşidi genişləndi, 25 minə yaxın qaçqın və məcburi köçkün ailəsi üçün müasir tələblərə cavab verən mənzillər tikildi, geniş və abad məhəllələr, yaşayış məntəqələri salındı. Ümumi götürəndə iqtisadiyyatımızdakı irəliləyiş templəri hər kəsin gözü qarşısında canlandı. Bunlarla yanaşı, 2015-ci ilin tarixinə yazılacaq bir sıra təəssüf doğuran hadisələr də oldu. Binəqədi rayonunda çoxmərtəbəli binada, eləcə də Xəzər dənizindəki “Günəşli” yatağında baş verən yanğınlar nəticəsində insanlarımız həlak oldu. Bu faciələr heç zaman bizim yadımızdan çıxmayacaq. İqtisadi baxımdan ən yaddaqalan hadisələrdən biri də manatın il ərzində iki dəfə devalvasiyası oldu. Fevral və dekabr ayında manat iki dəfə qüvvədən düşdü. Ümumi hadisələr onu deməyə əsas verir ki, Azərbaycan öz inkişafının mümkün olan variantını, ən az ziyanlısını seçə bilib. Bir tərəfdən gələn gəlirlər inkişaf etdirilməlidir, digər tərəfdən isə dünyadakı proseslər manatın mövqeyini zəiflədir. Neftin qiymətinin 3 dəfə aşağı düşməsi, ABŞ dollarının uçot dərəcəsinin artırılması kimi məsələlər manatın dayanıqlılığına təsir edir. Amma bilmək lazımdır ki, əgər əvvəldən qeyri-neft sektoru inkişaf etdirilməsəydi, infrastruktura vəsait sərf edilməsəydi, sahibkarlığın inkişafı üçün dövlət tərəfindən böyük işlər görülməsəydi manatın vəziyyəti bundan qat-qat ağır olacaqdı. Yəni, bizdən asılı olmadan üstümüzə gələn dalğanı maksimum səviyyədə zərərsizləşdirmək mümkün oldu.
- Sizcə hökumət vəziyyətdən çıxış yolu kimi hansı addımlar atmalıdır? - Devalvasiyadan sonra sahibkarlığın inkişafı üçün dövlət tərəfindən, ölkə rəhbəri tərəfindən bir sıra addımlar atılıb. Lisenziyalarla bağlı dövlət başçısı sərəncam imzaladı və artıq bir sıra sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya tələb olunmur. Buna misal üçün turizm sektorunu, iç ticarətdə siqaret və alkoqollu içkilərin satışını, taksi fəaliyyətini və sairi göstərmək olar. Şübhəsiz ki, sahibkarlar bu istiqamətdə fəaliyyətlərini daha böyük həcmdə artıracaqlar. Bundan başqa, vergilər və gömrük sistemində təkmilləşdirmələrlə bağlı da bir sıra addımlar atılır. Bunlar hamısı ilk növbədə manatın devalvasiyasından gələn zərərin qarşısını almağa xidmət edir. İkincisi isə iqtisadiyyatımızı daha da möhkəmləndirməyə xidmət edəcəkdir. Prezident İlham Əliyev bir neçə gün bundan öncə keçirilən tədbirdə bütün baş verənlərə daha ətraflı aydınlıq gətirdi. O, bəyan etdi ki, baş verənlər hamısı bilavasitə onun diqqətindədir və heç bir halda əhalinin sosial vəziyyətinin pisləşməsinə yol verilməyəcək. Aşağı təminatlı insanların sosial vəziyyətinin dayanıqlı olması üçün hökumət bir sıra təkliflər də hazırlamaqdadır.
- Belə bir durumda vətəndaşlar nə cür davranmalıdırlar? - Hər kəs ilk növbədə dövlətin atacağı addımı gözləyirdi. Bu, birinci amildir. Dövlət özünün mövqeyini ortaya qoydu, görəcəyini gördü. Sahibkarların fəaliyyətinə daha güzəştli şərait yaradılacaq. Aztəminatlı insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün müəyyən addımlar atılacaq. Vətəndaşlar bununla görürlər ki, dövlət bu vəziyyətdə də onları tək qoymur, onların şəraitinin yaxşılaşdırılmasına maksimum çalışır, dəstək verir. Təbii ki, vətəndaşlar da öz davranışlarını iqtisadi qanunlara uyğunlaşdırmalı, addımlarını reallığa uyğun atmalıdırlar.
- Dünyadakı iqtisadi böhranla yanaşı, regiondakı ictimai-siyasi vəziyyət də xeyli gərginləşib. Suriyada böyük güclər qarşı-qarşıya gəlib, müharibə daha kəskin xarakter alıb, Azərbaycanla qonşu olan Rusiya və Türkiyə arasında münasibətlər pozulub, qarşılıqlı ittihamlar, hətta sanksiyalar gündəmə gəlib. Bütün bunlar ölkəmizə necə təsir edir? - Azərbaycan beynəlxalq birliyin tərkib hissəsidir. Aydın məsələdir ki, dünyada gedən proseslərin ölkəmizə də təsiri var. 2015-ci ilin ən diqqət çəkən hadisəsi heç şübhəsiz ki, Türkiyə-Rusiya münasibətlərinin korlanmasıdır. Çox təəssüf ki, strateji müttəfiqliyə doğru gedən bu münasibətlər yarı yolda dayandı və tərəflər hazırda da bir-birini ittiham edirlər. Burada əhəmiyyətli olan budur ki, hər iki dövlət Azərbaycana yaxındır, qonşudur, yaxşı münasibətlərimiz var. Azərbaycan hər iki qonşusu arasında nifaqın aradan qalxmasına maksimum səviyyədə səy göstərir. Düzdür, onların münasibətlərinin ölkəmizə təsiri çox azdır. Yəni, Azərbaycan bu iki dövlətin münaqişəsinə cəlb edilməyib. Ancaq bununla belə, bizə dost ölkələrin konfliktdə olması Azərbaycan üçün xoşagələn hadisə deyil. Beynəlxalq aləmdəki ümumi vəziyyətə gəldikdə isə, Azərbaycan bütün dünyada sülhün, əmin-amanlığın olmasında maraqlıdır və bu istiqamətdə öz dəstəyini heç zaman əsirgəmir. Çoxsaylı beynəlxalq layihələrdə Azərbaycan müstəqil dövlət kimi yaxından iştirak edir. Bunun fonunda beynəlxalq aləm Azərbaycanın böyük bir problemini - Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edilməsini bilməli, bu problemin sülh yolu ilə daha tez bir vaxtda həll olunmasına dəstəyini əsirgəməməlidir. Torpaqlarımızın işğal altında olması dövlətçiliyimizin, iqtisadiyyatımızın, büdcəmizin daha da inkişafına mane olur. Düzdür, bu konfliktdən Ermənistan özü bizdən qat-qat çox əziyyət çəkir, bu problemə görə regiondakı çoxsaylı layihələrdən kənarda qalır, təcrid olunur. Ancaq, ərazi bütövlüyümüzün pozulması ildən-ilə Azərbaycanın hərtərəfli inkişafına təsir edən amildir.
- Amerikanın ikili standartlar siyasəti ABŞ Helsinki Komissiyasının rəhbəri, Konqresinin Nümayəndələr Palatasının üzvü Kristofer Smitin timsalında yenidən özünü göstərməkdədir. K.Smitin bu yaxınlarda senata təqdim etdiyi “Azərbaycanda demokratiya aktı” adlı qanun layihəsində ölkəmizin bir sıra rəsmi şəxslərinə qarşı müəyyən qadağalar öz əksini tapıb. Buna cavab olaraq da deputat Rövşən Rzayev Milli Məclisə “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi təqdim edib. Bəzi ekspertlər millət vəkilinin bu addımını qeyri-ciddi sayır, Rusiyanın təsiri altında dünyanın super dövlətinə meydan oxumaq kimi qələmə verirlər. Sizin olanlara münasibətiniz necədir? - Deputat həmkarım Rövşən Rzayevin parlamentə təqdim etdiyi qanun layihəsi əslində ABŞ-dakı bəzi dairələrin Azərbaycana qarşı qeyri-obyektiv yanaşmasına cavab, böyük bir etiraz xarakteri daşıyır. Çünki, vaxtaşırı ABŞ-dakı bir sıra dairələr Azərbaycanın daxili işlərinə müdaxilə hesab olunacaq bəyanatlarla çıxış etməkdə, qərəzli mövqe sərgiləməkdədirlər. Bu cür hərəkətlərlə Azərbaycan barəsində dünyada mənfi rəy yaratmağa cəhd edirlər. Onlar hətta Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönələn addımlar atırlar. Azərbaycan torpaqlarını uzun müddətdir işğal edən Ermənistanın həmin ərazidə yaratdığı separatçı, qondarma rejimə ABŞ Senatının qərarı ilə maliyyə yardımları edilir. Bu azmış kimi, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik separatçı rejim tərəfindən ABŞ-da keçirilən tədbirə qatılır, qondarma rejimin nümayəndələrini qəbul edir. Bu, ABŞ diplomatiyasının buraxdığı çox böyük səhv idi. Bundan başqa, Azərbaycanda insan hüquqları, demokratiya ilə bağlı da ABŞ-ın müəyyən dairələri müəyyən vaxtlarda müxtəlif qərəzli, qeyri-obyektiv fikirlər səsləndirməkdədirlər. Bununla Azərbaycana zorla hansısa qara imici yapışdırmağa çalışırlar. Konqresmen Kristofer Smitin təqdim etdiyi layihə isə ümumilikdə Azərbaycanı qaralamağa, ölkəmizi izolyasiya etməyə yönəlik addım idi. Bu baxımdan konqresmen Smitin təklif verdiyi kimi Azərbaycan deputatının da Milli Məclisə təklif vermək hüququ var. Fikrimcə, bu qərar layihəsi ümumilikdə ABŞ-ın müəyyən dairələrinin Azərbaycana qarşı siyasətinə etirazdır, eyni zamanda ABŞ-Azərbaycan münasibətlərini qorumağa çağırışdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
• "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20 |
|
|
|
• Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13 |
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
|