Sərdar Cəlaloğlu ilə Hacı Əbdül arasında qalmaqal
Tarix: 29-12-2015, 09:16 | Çap et
“Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov modern.az saytına müsahibəsində ADP sədri Sərdar Cəlaloğlunu vəhhabi adlandırıb. Hacı Əbdül Sərdar Cəlaloğlunun mətbuatdakı dinlə bağlı çıxışlarına münasibət bildirərkən deyib ki, Sərdar Cəlaloğlu maskalanmış vəhhabidir:
“Sərdar Cəlaloğlu çox gözəl şəkildə maskalanmış vəhhabidir. Onun bütün ideyaları, danışıqları bunu deməyə əsas verir. Amma o, hərdənbir İslam barəsində xoşməramlı ifadələr səsləndirir ki, vəhhabiliyini gizlətsin. Halbuki Sərdar Cəlaloğlu sırf vəhhabidir.
Məni bu qənaətə gətirən səbəb budur ki, onun dedikləri, fikri, ideyaları vəhhabi ideyalarıdır. Vəhhabilər də deyir ki, nə peyğəmbər, o da bir insan olub, ölüb gedib...
Sərdar Cəlaloğlu deyir ki, müqəddəs bir şey yoxdur. O bildirir ki, bir dənə müqəddəs var, o da Allahdır. Qalanları isə hamısı günahkar bəndələrdir. Sərdar Cəlaloğlu bunu peyğəmbərlərə də, imamlara da aid edir. O vurğulayır ki, müqəddəs yoxdur. Sərdar Cəlaloğlu qeyd edir ki, bəndələr hamısı günahkardır. Hətta misal da çəkir ki, Adəm peyğəmbər günah işlətdiyinə görə cənnətdən qovulub. O, bu ştrixlərlə göstərir ki, vəhhabidir. Ancaq özünü gizlətmək cəhdləri də çoxdur. Bu adam vəhhabilərdən də təhlükəlidir. Vəhhabilər heç olmasa, açıq şəkildə öz əqidələrini bildirirlər. Bu isə özünü maskalayıb. Görün nə deyir. Deyir ki, mənim qabağımda filan alimin cildlərlə kitabları var və kitablarda nə qədər nöqsanlar var. Bu özünü elə aparır ki, guya din alimlərinin hamısından üstündür. Demək istəyir ki, İslam alimlərinin dünyada heç bir rolu yoxdur.
Mən Sərdar Cəlaloğlunun əqidəsindən danışdım. Sərdar Cəlaloğlu tövbə etsə, onu şallaqlamarıq.
Şallağı sonraya saxlayarıq. Sərdar Cəlaloğlu tövbəsini pozsa, onu şallaqlayarıq". ADP sədrinin Hacı Əbdülə cavabı gecikməyib. Sərdar Cəlaloğlu bildirdi ki, Hacı Əbdül nə din xadimi, nə siyasi xadim, nə də ictimai xadimdir. Ona görə də bu adamın hansısa fikrini ciddiyə almağa ehtiyac yoxdur: “Hacı Əbdülün elmi, dini savadı mənim müsahibələrimdə, yazılarımdakı fikirləri qavramağa yetmədiyindən nə gəldi danışır. O, deyəsən, heç başa düşməyib ki, mən həmin fikirlərlə nəyi izah etmişəm. Mən demişəm ki, şiəlik səhvdir, sünnilik düzdür?! Desəydim ki, şiəlik səhvdir, sünnilik düzdü, o zaman məni vəhhabi adlandırmağı doğru olardı. Hərə bir təriqət yaradıb gedib yapışıb Quranın bir ayəsindən, özünə sərf edən şəkildə məna çıxarır, deyir, mən düz yoldayam. Bunların hamısı yanlışdır. Qurandan başqa yol yoxdur. Allahdan başqa alim yoxdur. Mən demişəm ki, şiəlik, sünnilik, vəhhabilik bir sözlə, bütün təriqətlər Allahın düz yolunun əyilməsidir. Hacı Əbdülün vəhhabilik təriqəti haqqında cəsarət edib demədiklərini demişəm. Vəhhabiliyin nə qədər yanlış olduğunu, İblisin yolunu tutduqlarını söyləmişəm.
Mənim dinlə bağlı dediyim fikirlər dünya alimləri tərəfindən təsdiqini tapmış fikirlərdir. Hacı Əbdül kimi yarımçıq dindar bunları çətin ki, dərk edə bilsin. Hacı Əbdülün insanları şallaqlaması əslində Allahın buyurduğuna qarşı çıxmaqdır. Cism Allahın insana əmanətidir və Allah buyurur ki, insanın cismini incitmək, zədələmək olmaz. Hacı Əbdül isə insanları yerə uzadıb şallaqla döyür.
İki gün öncə İranda bütün İslam dövlətlərinin liderləri İran prezidenti Həsən Ruhaninin başçılığı altında bir yerə toplaşaraq, məqaləmdə dediyim “Peyğəmbər aramızda olan kimi bütün məzhəblərdən imtina edək, İslamı birləşdirək” fikirlərini müzakirə ediblər. Ruhani də başda olmaqla, ora toplaşan bütün dünyanın din xadimləri Hacı Əbdül dediyi adamlardır. Dediyim fikirlər bir aydan sonra İranda işə başlayan İslam ölkələrinin dini rəhbərlərinin konfransında müzakirə olunub. Konkret olaraq məsələ belə qoyulub. “Gəlin təriqət və məzhəb fərqlərindən imtina edək, vahid İslamın dəyərlərini müdafiə edək.
İslam dünyasında qan tökülməsinin qarşısını alaq. Hacı Əbdül həddindən artıq dünyanın inkişafından geridə qalıb. Hacı Əbdülü tərəzinin bir gözünə, İrandakı həmin konfransda iştirak edən dünya alimlərini də digər gözünə qoyanda, baxın görün, kimin fikirləri doğrudur?! İndi bu Hacı Əbdül nə demək istəyir?! İslamı parçalayaq, insanları qarşı-qarşıya qoyaq?! Suriyadakı, İraqdakı kimi təriqət müharibəsi getsin?!”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
• "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20 |
|
|
|
• Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13 |
|
|
|
|