Hafiz Hacıyev nazir olmaq iddiasından əl çəkmir
Tarix: 6-01-2016, 08:41 | Çap et
Sabiq təhsil naziri Firudin Cəlilov azpolitika.info saytına müsahibəsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Yeni Müsavat”a açıqlamasında Nazirlər Kabinetini “qocalar evi” adlandırmasına və kənd təsərrüfatını dirçəltmək üçün vəzifə istəməsinə münasibət bildirib. F.Cəlilov deyib ki, H.Hacıyev doğruları dilə gətirir. Ümumiyyətlə, icra qurumları qocalar toplumu olmaqdan xilas edilməlidir:
“Ən acınacaqlı vəziyyət budur ki, ölkə başçısının inanıb mühüm vəzifələrə təyin etdiyi adamlar ilk növbədə ona qarşı dönük çıxır, kimi hara qoyursa, dövlətə deyil, özünə çalışır, oranı xışmalayıb dövləti içindən dağıdır. Dəfələrlə gördüyümüz bu durumun səbəbi kadrların bacarığına görə deyil, qohumluq bağlarına, traybalizmə görə seçilməsidir. Halbuki ölkədə çoxlu bacarıqlı, çağdaş intellektə malik uzman gənclər var, onları irəli çəkmək lazımdır. Doğrudur, vəzifəyə təyin olunma ölçülərindən biri də sədaqətli olma meyarıdır, ancaq bu meyarda da səmimiyyət görünmür. Buna elə Hafiz Hacıyevi örnək göstərmək olar, o, prezidenti müdafiə edənlərdən on qat artıq sinəsini qabağa verib onu dəfələrlə müdafiə etmişdir, ancaq onu millət vəkili olmağa da qoymurlar. Mən Hafiz Hacıyevin müxalifət haqqında dediklərini bəyənmirəm, bunu özünə də demişəm, ancaq hakimiyyətin içindəki yaramaz məmurları, korrupsionerləri radikal müxalifətdən daha artıq kəskin tənqid etməsi də gerçəklikdir və üzərinə getdiyi məmurların sonralar ifşa olunması da bir faktdır. 1992-də Hafiz Hacıyev işlədiyi qısa müddətdə kürü və balıq mafiyasını dağıda bildi, dükanları doldurdu, büdcəyə böyük məbləğlə dəstək verdi. İnanıram ki, son 5-6 ildə o, kənd təsərrüfatı naziri olsaydı, indi Azərbaycan bir çox məhsulu idxal deyil, ixrac edərdi. Demək istədiyim budur ki, belə bacarıqlı adamlar çoxdur və siyasi baxışından asılı olmayaraq, dağılmaqda olan sahələri dirçəltmək üçün onları idarəçiliyə cəlb etmək lazımdır. Azərbaycan tarix boyu aqrar ölkə olub, müstəqil dövlət olandan sonra əkin-biçin, bağ-bostan və heyvandarlıq sahələrində irəli getmək əvəzinə, geri getdik”.
Hafiz Hacıyev “Yeni Müsavat”a açıqlamasında Firudin Cəlilovun doğru danışdığını bildirdi və buna görə sabiq nazirə təşəkkür etdi: “Həqiqətən də o dövrlər Azərbaycan üçün ən çətin zamanlar idi. SSRİ yeni dağılmışdı və yenicə müstəqillik əldə etmişdik. Bir tərəfdən də müharibə gedirdi. İqtisadiyyat darmadağın vəziyyətdəydi. Məni o zaman ”Azərbalıq" Dövlət Konserninə rəhbər təyin eləyəndə heç bir şey yox idi. Hamısı sovet dönəmindən qalma idarələr idi və acınacaqlı durumdaydı. Onların hamısını birləşdirdim və vahid qurum yaratdıq. Bundan sonra qısa müddətdə çox ciddi nailiyyətlər əldə edə bildik. Azərbaycan tarixində ilk dəfə 55 ton qara kürü istehsal olundu. Bu, elə-belə rəqəm deyildi. Biz onu xarici bazara çıxarırdıq. Qara kürünün kiloqramını 110 dollara satırdıq. O dövrdə bu, çox böyük vəsait idi. Biz kürü satmaqla və balıqçılıq sahəsini inkişaf etdirməklə ölkədə aclığı aradan qaldıra bildik. 650 ton osetrin balığını kilosunu 4,5 dollardan Türkiyəyə satdıq. Ölkədə balıq mafiyasının kökünü kəsmişdik. Şəxsən mənim bütün bu işlərə nail olmağım üçün gecə-gündüzüm olmadı. İki ədəd balıq zavodu tikdik. Həmin zavodlarda kilkə balığından istifadə edərək quşçuluq sənayesini inkişaf etdirdik. Keçmiş təhsil naziri Firudin Cəlilov ədalət naminə bunları xatırlayıb, sağ olsun. Siz bizim keçmiş baş nazir Pənah Hüseyndən soruşsanız Hafiz Hacıyevin o dövrdə nələr etdiyini, daha detallı danışar".
H.Hacıyev dedi ki, Azərbaycanın balıqçılıq və kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün çox böyük potensialı var: “Bizim potensialımız o qədər böyükdür ki, nəinki ölkəmizin əhalisini bütün kənd təsərrüfatı məhsulları ilə təmin edə bilərik, hətta xaricə də keyfiyyətli məhsul satarıq və ölkəyə valyuta gələr. Şəxsən mən elə bir proqram nəzərdə tuturam ki, qısa müddətdə kənd təsərrüfatı məhsulları məsələsində xaricdən asılılığı sıfır həddinə endirmək mümkündür. Nəzərə alsaq ki, bu gün ölkə əhalisi ərzaq məhsullarının bahalığından əziyyət çəkir, bu məhsulların ölkəmizin daxilində istehsal olunması xalqı ərzaq sıxıntısından xilas edər. Təəssüflər olsun ki, savadsız, işini bacarmayan, korrupsiyaya bulaşmış adamlar kənd təsərrüfatı sahəsini məhv ediblər. Bunu qəsdən ediblər ki, özləri bütün məhsulları xaricdən alıb gətirsinlər və əhaliyə baha qiymətə satsınlar. Əgər biz xalqın ərzaq təminatını daxili imkanlar hesabına həyata keçirsək, dolların bahalaşması əhaliyə cüzi təsir edə bilər. Heydər Əsədov, qocalar evini xatırladan hökumət bu xalqı xaricdən gətirdikləri məhsulların ümidinə qoyub. Belə davam etsələr, xalqı acından qıracaqlar. Bir daha bəyan edirəm ki, kənd təsərrüfatı sahəsini ayağa qaldırmaq üçün bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram. Xalqın və prezidentimin qarşısında and içərəm ki, mən bu sahəni ayağa qaldırmasam ən ağır cəzaya məhkum olunum”.
Xatırladaq ki, H.Hacıyev 1991-1992-ci illərdə “Azərbalıq” İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində, 1992-1993-cü illərdə “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
• "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20 |
|
|
|
|