AXCP adı uğrunda məhkəmə çəkişməsi uzun sürəcək
Tarix: 8-01-2016, 09:27 | Çap et
Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyatı məsələsi müəmmalı olaraq qalmaqdadır. Ötən il sentyabrın 27-də Əli Kərimli qanadı, oktyabrın 18-də isə Razı Nurullayev qanadı qurultay keçirərək, Ədliyyə Nazirliyinə müraciət etsələr də, rəsmi qurum tərəflərin heç birini qeydiyyata almadı və məhkəməyə müraciət etmələrini tövsiyə etdi.
Nazirliyin qərarından narazı qalan Nurullayev qanadı rəsmi qurumu məhkəməyə versə də, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin etməyib. Nurullayev qanadı indi də Apelyasiya Məhkəməsinə müraciət edib.
Bu barədə müsavat.com-a R.Nurullayevin özü məlumat verib: “Biz sənədləri 1 saylı İnzibati-İqtisad Məhkəməsindən götürüb, Apelyasiya Məhkəməsinə təqdim etmişik. Amma hələ məhkəmənin vaxtı ilə bağlı bizə məlumat verilməyib. Xatırladım ki, Ədliyyə Nazirliyini qeydiyyata alınmamağımızla bağlı məhkəməyə vermişdik. Amma 1 saylı İnzibati-İqtisadi Məhkəməsi müraciətimizi icraata götürmədi və Apelyasiya Məhkəməsinə müraciət edə biləcəyimizi söylədi. Biz də buna uyğun hərəkət etdik”.
Yeni AXCP-nin sədri qeydiyyat məsələsinin uzanmasına da aydınlıq gətirdi: “Bunu Ədliyyə Nazirliyi, hökumət qurumları daha yaxşı bilər. Amma hazırda məhkəmə çəkişməsidir. Bu uzun sürəcək. Yaxın aylar ərzində məhkəmə çəkişmələri davam edəcək. Apelyasiya Məhkəməsinin cavabından sonra daha aydın fikir söyləyə bilərik. Hüquqi qeydiyyatın nə zaman olacağını bilmirəm. İstənilən halda məhkəmə çəkişməsidir və bu çəkişmədə sona qədər varıq. İndiyə qədər hələ heç bir məhkəmə prosesi olmayıb. Qarşı tərəfin, yəni keçmiş AXCP-nin məhkəməyə müraciət edib-etməməsi ilə bağlı məlumatsızam. Hesab edirəm ki, Əli Kərimli qanadı bununla bağlı heç bir iş aparmır. Ümumiyyətlə, onların mövcudluğunu görə bilmirəm. Qeyri-müəyyən vəziyyətə qalmaqda davam edirlər. Hüquqi təmsilçilikləri yoxdur. Artıq deyə bilərik ki, eyni statusdayıq. Onların fəaliyyətləri yalnız sosial şəbəkələrdə paylaşdıqları statuslarda görünür. Get-gedə daha da zəifləyəcəklər. Bir qurumun arxasında sosial baza yoxdursa, sonu belə olmalı idi. 2016-cı il bir çox siyasətçilərin, o cümlədən Əli Kərimlinin siyasətinin iflası ilidir”.
Nurullayev məhkəmə müstəvisində qeydiyyata alına biləcəkləri ehtimallarından da danışdı: “Düşünürəm ki, məhkəmə bununla bağlı qərar qəbul edə bilər. Xeyrimizə qərar qəbul ediləcəyinə inanıram. Nə zaman qərar veriləcək, dəqiq bilmirəm”.
Qeyd edək ki, Nurullayevin tərəfdarlarından Mikayıl Quliyev şikayəti əsasında həbs edilən Əli Kərimlinin müşaviri Məmməd İbrahimin məhkəməsində şikayətini geri götürüb. Bundan sonra sosial şəbəkələrdə belə iddialar ortaya atılıb ki, şikayətin geri götürülməsinə R.Nurullayev səbəb olub. Bunu gələcək baxımından tərəflər arasında barışıq mühitinin yaradılacağı kimi qələmə verənlər də var.
Müsahibimiz bu iddialara da cavab verdi: “Mikayıl bəyin ərizəsini geri götürməsindən xəbərdar oldum və bunun üçün ona təşəkkür də etdim. Gözəl addım atdı. Məmməd İbrahimin həbsdə qalmasının tərəfdarı deyiləm. O, azadlığa qovuşmalıdır. Onun azadlığa çıxması üçün biz tərəfdən ziddiyyətli məqam ola bilməz. Əgər Mikayıl bəyin bu addımı işə müsbət istiqamətdə təsir edəcəksə, sadəcə, çox sevinərik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
|