Bulanıq suda balıq tutmaq istəyənlər...
Tarix: 18-01-2016, 09:12 | Çap et
Ötən ilin əvvəlindən başlayaraq dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması neft ixrac edən ölkələrin gəlirlərini azaldıb. Bu isə həmin ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyib. Bu dövlətlərin milli valyutaları dollar qarşısında nisbətən ucuzlaşıb, devalvasiya, qiymət artımı baş verib. Geosiyasi səbəblərdən qara qızılın qiymətinin təxminən 4 dəfə ucuzlaşması digər neft ixrac edən ölkə kimi Azərbaycan iqtisadiyyatında da özünü büruzə verib. Manat devalvasiyaya uğrayıb, dollar bahalaşıb və təbii olaraq xaricdən ölkəmizə idxal olunan bəzi məhsullarda qiymət artımı müşahidə olunub. Əfsuslar olsun ki, radikal müxalifət təmsilçiləri üzləşdiyimiz bu durumdan sui-istifadə etməyə, insanlarda təşviş yaratmağa, 1990-cı illərin əvvəlindəki xaos və anarxiyanı xalqa yenidən yaşatmağa çalışırlar. Azərbaycanda bu günə qədər keçirilən bütün seçkiləri uduzan, xalqın etimadını və səsini qazana bilməyən Azərbaycan Xalq Cəbhəsi (AXCP) və Müsavat (MP) partiyalarının rəhbərliyi müvəqqəti iqtisadi çətinlikdən divident qazanmaq, hansısa narazı insanı öz tərəfinə çəkmək, bununla dağılan sosial bazalarını qurmağa çalışmaq, siyasi ambisiyalarını, şəxsi maraqlarını reallaşdırmaq istəyirlər.
Misal üçün son günlər Lənkəran, Füzuli, Ağcabədi, Ağsu və Siyəzən rayonlarında baş verən hadisələri göstərmək olar. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata görə, təkcə Siyəzən rayonunda ictimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törədiblər. Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olub ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş, ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXC və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilib. Bu fakt onu göstərir ki, radikal müxalifət bulanıq suda balıq tutmaq həvəsindən hələ də əl çəkməyib.
Onu da əlavə edək ki, yanvarın 13-də elə bu məsələlərlə əlaqədar, MP-nın başqanı Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb. BMCMİ-nin rəisi, polis generalı Seyfulla Əzimov A.Hacılı ilə görüşərək, son günlər Siyəzən, Lənkəran və digər rayonlarda baş verən etiraz aksiyalarının təşkilində MP-nın rolu barədə məlumatlar olduğunu diqqətinə çatdırıb, bununla əlaqədar partiya sədrinə xəbərdarlıq edib. Elə həmin gün AXCP Lənkəran rayon şöbəsinin sədri Nazim Həsənli və MP Lənkəran rayon təşkilatının sədri İmanverdi Əliyev barəsində inzibati həbs qərarının verilməsi də radikal müxalifətin baş verən hadisələrdə qızışdırıcı rolunun olduğunu sübut edir.
Radikal müxalifətin bu davranışı ilə bağlı mövqeyini “Kaspi”yə bildirən Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı baş verənləri antimilli hərəkət kimi qiymətləndirib. Deyib ki, radikal müxalifətin bu davranışı dövlətin zəiflədilməsinə yönələn aksiyadır. O, bir neçə gün bundan öncə partiyasının Siyəzəndən aldığı dəqiq məlumatları diqqətə çatdıraraq deyib ki, bu rayondakı aksiya Müsavat Partiyası tərəfindən təşkil olunub: “Düzdür, həmin vaxt Müsavat başqanı Arif Hacılı bunu təkzib etdi. Lakin həm bizim o zaman aldığımız dəqiq məlumatlar, həm də sonradan hüquq-mühafizə orqanlarının yaydığı xəbərlər göstərdi ki, Arif Hacılı tamamilə yalan danışır. Bunlar riyakarlıq edirlər. Əgər sənin sosial bazan, siyasi gücün varsa, aksiya keçirirsənsə, niyyətin təmizdirsə, bunu niyə inkar edirsən? Sənin məqsədin Azərbaycanda demokratiyaya, insanların həyat tərzinə hər hansı formada töhfə verməkdirsə, dürüst şəkildə bəyan et ki, aksiyanı mən təşkil etmişəm. Amma biz bunun əksini görürük, onlar gizlənirlər. AXCP və Müsavat partiyaları, həmçinin müxtəlif təşkilatlarda toplaşan dini-siyasi ekstremistlər Azərbaycandakı siyasi sabitliyi pozmağa çalışırlar. Bu, birmənalıdır. Belə insanlar Azərbaycanda antimilli qüvvə kimi fəaliyyət göstərir, antiAzərbaycan şəbəkənin içində yer alır, vahid mərkəzdən idarə olunurlar. Onlar Azərbaycanı Suriya, Yəmən, İraq, Liviyanın gününə salmaq istəyirlər. Bu səbəbdən də hüquq-mühafizə orqanları kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan qanunları çərçivəsində çox sərt tədbirlər həyata keçirməlidirlər. Heç kimə güzəşt edilə bilməz. İmkan verməli deyilik ki, Azərbaycan fəlakət, münaqişə və müharibə meydanına çevrilsin. Bütün hallarda bu kimi aksiyaların qarşısı alınmalıdır”.
Millət vəkili radikal müxalifətin, ekstremist qüvvələrin qanunsuz hərəkətlərinin, anti Azərbaycan fəaliyyətinin qarşısının alınması ilə paralel olaraq, süni qiymət artımını həyata keçirən möhtəkirlərin də cəzalandırılmasını vacib sayıb. Deyib ki, şərəfini, ləyaqətini, vicdanını pula satan insanlar süni qiymət artımı yaratmaqla insanlar arasında narazılıq yaradır, radikal ekstremistlərin də bundan yararlanaraq aksiyalar təşkil etməsinə zəmin yaradırlar: “Belələrinin yaratmış olduğu süni bahalaşma insanlarda narazılıq doğurur, onları radikal müxalifətin siyasi məqsədləri üçün vasitəyə çevirir, aksiyalara təhrik edir. Paralel şəkildə buna rəvac verən, süni bahalaşma yaradanlarla da mübarizə aparılmalıdır ki, xaricdən Azərbaycana qarşı yönəldilən planlar həyata keçməsin. Hüquq-mühafizə orqanları bu istiqamətdə də lazımi tədbirlər görməlidirlər”.\\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
|