FHN-nin idarə rəisi cərimələndi .....                     Azərbaycanda sabiq deputat .....                     Türkiyəli məşhur aktyor: .....                     Səhər açılanda artıq gec olur: .....                     Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır .....                     Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi .....                     “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” .....                     Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur .....                     Sərkisyanın müavini Dekotinini hiddətləndirdi .....                     Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi .....                     Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ermənistanda "DİN davası" .....                     Ermənistan gec-tez bunu edəcək .....                     Bəşər Əsəd Moskvadadır .....                     DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Quba RİH vəd verdi... .....                     Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır .....                     Ermənistana verilən silahlarla bağlı fərqli iddia: .....                     Tələbələr “asan qazanc” tələsinə düşür .....                     Ermənistan Macarıstanda səfirlik açacaq .....                     Paşinyan ordu komandanlarını dəyişdi .....                     Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi .....                     Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb .....                     Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? .....                     Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” .....                     "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                     Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                     Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? .....                     Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                     "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... .....                     Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu .....                     İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: .....                     Məhsul sifariş edib... hardadır bilinmir... .....                     Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                     Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları .....                     Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq .....                     Nüfuz alverində təqsirləndirilən vəkilin .....                 

Radioaktiv tullantılardan qurtulmaq mövsümü
Tarix: 4-02-2016, 08:56 | Çap et
Radioaktiv tullantılardan qurtulmaq mövsümü
Prezident İlham Əliyev gənclərlə görüşündə AXC-Müsavat hakimiyyətini əsl bəla adlandırdı və bu hakimiyyətin başında duranların yetərli təcrübəyə və lazımi intellektə malik olmadıqlarını xatırlatdı.

AXC hakimiyyətində təmsil olunan və bundan əvvəl 10-11 il ərzində Elmlər Akademiyası sistemində çalışan şəxslərin adi dissertasiya müdafiə edə bilməməsi faktdır. Nizami Süleymanov, Etibar Məmmədov və başqaları tərəfindən bu ittiham dəfələrlə səsləndirilib. Bu ittihamın ağırlığından qurtulmaq üçün həmin kadrlardan biri - tarixçi Pənah Hüseynov elmi işini uzaq sahədə - fəlsəfə sahəsində müdafiə etdi. Yəqin ki Fəlsəfə və Hüquq İnstitutunun sabiq direktoru, müxalifətə meyilli, indi də “milli şura” adlanan qurumda təmsil olunan Əli Abbasovla isti münasibətlərdən də sui-istifadə edildi.

Sosial şəbəkələrdə müsavatçılar tərəfindən Tofiq Qasımovun vaxtında müdafiə edə bilməməsini Həsən Abdullayevlə problemi olması ilə bağlanması da gülüncdür, çünki H.Abdullayevin elm adamlarına, xüsusən gənclərə necə hayan olduğunu indiyədək xatırlayanlar var. Müdafiə etmək üçün ortada nəsə olmalıdır, olmayanda araya şayiələr, qeybətlər, ölünün qarasınca asıb-kəsmələr düşür, ya da Polyaniçkonun “Gənc alimlər” klubunda vaxt öldürülür. Axı, bu ittiham mərhum Ədalət Rəhimli, Xalid Əlimirzəyev və Firudin Cəlilov barədə deyilmir, çünki ortada həqiqətən elmi nəticələr var, amma təəssüf ki, onlar ya AXC hakimiyyətində aşağı ranqda təmsil olunurdular, ya da F.Cəlilov kimi prezident, baş nazir və parlament sədri tərəfindən iqnor edilirdilər.
Keçək AXC elitasının təcrübələri, intriqaları və Azərbaycanın imicini necə bərbad etmələrinə.

Hələ dünyanın heç bir ölkəsində parta arxasından qalxan adamı birbaşa dövlət katibliyinə (faktiki statusu vitse-prezident səlahiyyətlərinə bərabər statusa) təyin etmirlər. Dünyanın heç bir ölkəsində administrasiyanın şöbə müdirinin naşı, hüququ savaddan xali təlimatına iki nazir tərəfindən açıq söyüş olan dərkənarla cavab verilmir.

Ordu faktiki olaraq bir siyasi partiyaya çevrilmiş, müdafiə naziri parlamentin hər iclasında hökuməti, prezidenti və parlament sədrinin yıxıb sürüməklə məşğul idi. Müdafiə Nazirliyinin yüksək səlahiyyətli məmuru Baba Nəzərlinin həbsindən sonra bilinəcəkdi bu, müdafiə məqsədilə ayrılmış və xalqdan zor-xoş (daxili işlər nazirinin basqınları ilə) yığılmış milyardlarla vəsaitin göyə sovrulmasını ört-basdır etmək üçünmüş.

AXC hakimiyyəti faktiki olaraq “yurd”çular, elçibəyçilər, müsavatçılar və “boz qurdlar” arasında intriqa meydanı idi. Bu intriqalardan bezikmiş Ə.Elçibəy “gəncləri başıma yığıb yenidən inqilab edəcəm” demişdi.

İş intriqalarla da bitmirdi. Xəyanətə bərabər səriştəsizlik BMT tərəfindən yenicə tanınmış ölkədə 3 ay ərzində üç dövlət çevrilişi, üç hakimiyyət dəyişikliyi edilməsində, silahlı qüvvələri cəbhə xəttindən ayırıb Bakıya gətirməkdə, “əvvəlcə burda məsələni həll edək, sonra Qarabağı azad edərik” kimi irrasional bəraətdə, Ağdərədən “bir “Kamaz” erməni meyiti” gətirmək vədi verib 4 “Kamaz” azərbaycanlı yeniyetmənin meyitini gətirməkdə büruzə verirdi.

Xəyanətə bərabər səriştəsizlik rus xüsusi xidmətlərinə işlədiyi bəlli olan adamı Qarabağ korpusunun komandanı təyin edib, ona “Milli qəhrəman” adı verməkdə, sonra da onun qiyamına müdafiə və daxili işlər nazirlikləri tərəfindən faktiki dəstək verilməkdə özünü göstərirdi. “Surət mənim uzaq qohumumdur” deyən, nazirlikdən yenicə salınmış İsgəndər Həmidov öz mitinqini belə Surətin qiyamı ilə eyni günə təyin etmişdi. S.Hüseynovun irəli çəkilməsində “AXC hakimiyyətinin kadr başqanı” olması ilə lovğalanan Arif Hacılının xüsusi rolu var idi.

Xəyanətə bərabər səriştəsizlik Milli Təhlükəsizlik Nazirliyinin hazırladığı əməliyyat təsdiq olunmadan bütün ölkənin ondan xəbər tutmasında, baş prokurorun ali baş komandan haqqında həbs hökmü imzalanmasında idi. Qəribə “təsadüflər” zənciri idi.

Xəyanətə bərabər səriştəsizlik 1990-cı il yanvarından sonra siyasi mövqeyi separatizmə doğru yuvarlanmış Ələkrəm Hümbətovu Müdafiə Nazirliyində yüksək posta təyin etməklə ordudakı bir sıra zabitləri onun zərərli təsirinə məruz qoymaqda, separatizmə hərbi dəstək qazandırmaqda idi.
Xəyanətə bərabər səriştəsizlik Əlyazmalar İnstitutunun xəyalpərəst elmi işçisinin fantaziyalarını dövlət başçısı statusunda səsləndirməsində, “İrana, Çinə, Rusiyaya” türk bayraqları sancmaqdan dəm vurmasında idi. O sərsəmliyin altını Azərbaycan dövləti indi də çəkir.

Səriştəsizlik baş nazirin müavini təyin olunmuş şəxsin Çin kimi fövqəldövlətə meydan oxuyub separatçı Tayvana rəsmi səfərə getməsi idi. Yeganə müttəfiqi rəsmi Ankara olan komandanın xarici işlər nazirinin - Tofiq Qasımovun prezidentin siyasi iradəsinə meydan oxuyaraq “ermənilər bizdən sizin qisasınızı alırlar” deyə Türkiyəni faktiki olaraq soyqırımında ittiham etməsi idi. Süleyman Dəmirəl kabineti bu açıqlamaya mümkün qədər soyuqqanlı, amma sərt cavab vermişdi: ”Elçibəyin ətrafında KQB qızışdırması var”.

Səriştəsiz, bərbad xarici siyasətin nəticəsi olaraq ABŞ Konqresində Azərbaycanın başı üstündə indiyədək Domokl qılıncı kimi asılmış “907-ci düzəliş” qəbul olunmuşdu. Elçibəy uğursuz xarici siyasətlərini bir cümlə ilə belə ifadə etmişdi - “Türkiyə, İran, Rusiya və ABŞ birləşib üstümə gəldilər”. Hətta “əsgəri olmağa hazırıq” dedikləri Türkiyə ilə münasibətləri bu səviyyəyə çatdıran hakimiyyətin səriştəli xarici siyasətindən danışmaq sadəcə gülünc olardı.

Baş verən korrupsiyanın miqyası o zaman siyasi müxalifətdə olanların deputat sorğularında da açılmışdı. İddia edilirdi ki, neft satışından 750 milyon dollarlıq gəlirin heç bir sənədləşməsi aparılmayıb, Rusiyadan 70 dollara təklif olunan keyfiyyətli buğda əvəzinə bundan 3-4 dəfə bahasına kifsəmiş, göyərmiş, siçovul basmış taxıl alınıb, xalq faktiki olaraq kimlərinsə varlanması xatirinə aclığa düçar edilib.

Gömrük Komitəsinin rəhbərliyində bir-birini əvəz edən Cümşüd Nuriyev, İbrahim Vəliyev və Tahir Əliyev bu sistemdə baş verən korrupsiyanın miqyasını kifayət qədər açıqlamışlar. İ.Vəliyev Ali Sovetin sədri seçilmiş və prezident səlahiyyətlərini icra edən Heydər Əliyevə ünvanlandığı rəsmi məktubda Əli Kərimli və İsa Qəmbər tərəfindən qanunsuzluqlara məcbur edildiyini açıq yazırdı. “Yeni Müsavat” qəzeti “Ağacı qurd, Cəbhəni “Yurd” yeyər” başlıqlı yazısında Əli Kərimlinin bütöv xəyanətləri, o cümlədən rüşvət və korrupsiyanı necə himayə etməsini sadalamışdı.

Korrupsiyanın miqyası Elçibəyin yanında 1993-cü il mayında keçirilmiş müşavirədə də açıqlanmışdı. Elçibəy baş verənlərə özünə məxsus şəkildə “tankın qabağında duran oğlanlar milyonların qabağında dura bilmədilər”, “alın, amma az alın”, “qanunu pozmaq olmaz, amma yan keçmək olar” şəklində, İsa Qəmbər isə “rüşvət artmayıb inflyasiya gedib” deyə “izahat” vermişdilər.

Kadr təyinatlarından yığılan vəsaitlərə işarə edərək Elçibəy “kadrların 80%-ini mən yox, İsa Qəmbər təyin edib” deyə rüşvətin hədəfini göstərmiş, onun ölümündən az əvvəl etdiyi bu etiraf uzun müddət müxalif medianın tənqidinə tuş gəlmişdi.

Bəs, Cəbhə hakimiyyətində təmsil olunanlardan fllyugeri xatırladan kimdir? Bu tipaja canlı nümunə olan Əli Kərimlidir. Qısa müddətdə baş nazir olmuş Əli Məsimli, Əbülfəz Elçibəyin şəxsi qələm müdiri Ədalət Tahirzadə, AXC-nin varisi olan BAXCP, KXCP, eləcə də xalq hərəkatından çıxmış AMİP, ADP, Müsavat partiyalarının rəsmiləri tərəfindən Ə.Kərimlinin məlum tipajı haqqında kifayət qədər açıqlamalar verilib.

Görünür, insanlara keçmişini tez-tez xatırlatmağa ehtiyac var. Soyadındakı “ov” şəkilçisini “li” ilə əvəzləməklə ictimai yaddaşdakı Kərimov Əli obrazı itmir axı. Bəs kimdir Kərimov Əli?

Yenidənqurma dövrünün komsomol fəalı. Mebel zavodundakı aktiv fəhlə komsomolçu. Vəzirovsayağı demokratiya dövründə “Gənc alimlər” klubu, “Birlik”, AXC, “Varlıq” kimi təşkilatlarla yanaşı, tələbələri birləşdirən “Azad Tələbələr”, sonra da “Yurd” tipli qurumlar yaranır. Eyni proses Qazaxıstan, Rusiya, Ukrayna, Gürcüstan, hətta Qırğızıstanda da yaşanıb. Sovet komsomolunun sonuncu mogikanları hansısa qüdrətli əlin köməyi ilə Qərb və Sovet kəşfiyyatlarının birgə istifadəsinə verilmiş, onlar gənc yaşlarından bilərəkdən müxtəlif vəzifələrə təyin olunmuş, sonradan onların sırasından “Narıncı İnternosianal”ın Kolantayları, Roza Lüksemburqları, Trotskiləri - Timoşenkolar, Burcanadzelər, Yuşşenkolar, Nemtsovlar, Xakamadalar, Çubayslar, Saakaşvililər, Jvaniyalar yetişdirilmişdi.

Azərbaycanda bu plana hələ 2000-ci illərin əvvəllərində birmənalı şəkildə “yox” deyildi. O zaman hakimiyyət açıq şəkildə bildirdi ki, öz sədrinə xəyanət edən adamla heç bir ittifaqa gedilə bilməz. Bu mövqe indiyədək dəyişməyib. Amma Ə.Kərimli ta 2005-ci ilədək hakimiyyətlə, ya da hakimiyyətdəki hansısa qüvvə ilə koalisiyaya getməyə ümid bəsləyir, xəyallara qapılırdı. Xəyal qırıqlığına uğradı.

Buna qədərsə kifayət qədər “zəngin” siyasi bioqrafiya yaşamışdı. AXC rəhbərliyində Elçibəyin diktəsi ilə əvvəl Məhəmməd Hatəmi, Nemət Pənahlı xəttini, sonra Etibar Məmmədovun sədrlik iddialarını, daha sonra Tamerlan Qarayevin AXC Məclisindəki mövqeyini zəiflətmək üçün fəaliyyət göstərmişdi.
Çox keçmədən özünə yeni çətir tapmış, BDU-nun rektoru, Ayaz Mütəllibovun qızğın müdafiəçisi Mirabbas Qasımovun adamı kimi AXC-nin əsas şöbəsi sayılan Elmlər Akademiyası şöbəsinə qarşı “Yurd”çu dostlarından ibarət BDU şöbəsi yaratmış, sonralar bu şöbə AXC-nin “+P” əməliyyatında əsas rol oynamış, partiyanı monopoliyaya almış İdarə Heyəti üzvlərinin çoxu bu şöbədən çıxmışdı.

AXC-nin 1992-ci ilin fevralında keçirilən konfransında A. Mütəllibovu dəstəkləməyin zərurəti haqda müddəanı inadla müdafiə etmişdi, bundan əvvəlsə Ağstafa konfransında “Saqqalı (Elçibəyi) Yusif Səmədoğlu ilə əvəzləmək” təşəbbüsünə qoşulanlardan biri olmuşdu.

Dövlət katibliyinə irəli çəkilməsi də “boz kostyumlular” (İsa Qəmbər-Arif Hacılı-Pənah Hüseynov) deyilən qrupun təsirini azaltmaq üçün idi.

İndiki hakimiyyətlə vaxtilə sıx əməkdaşlıq etməsi isə təzə açılan fakt deyil. Bunu ilk dəfə ADP-çilər faş etmiş, parlamentə sövdələşmə ilə düşdüyünü, bu sövdələşmənin də Cəmil Həsənli tərəfindən aparıldığını demişdilər. Sirr deyil ki, bu, Müsavatın və Ə.Elçibəyin güclənməsinə qarşı düşünülmüş bir kombinasiya idi.

Bir sözlə, Ə.Kərimli bütün siyasi fəaliyyəti boyu sürətlə fırlanan, hər kiçik əsinti ilə səmtini dəyişən flyuger həyatı yaşamış, müxtəlif siyasi qüvvələrin bir-birinə qarşı mübarizəsində dəfələrlə istifadə olunmuşdur. Vaxtilə P. Hüseynov haqda öz cəbhədaşlarının yazdıqlarını xatırlatmaq yerinə düşər: “Azərbaycan siyasətinin rahat nəfəs ala bilməsi üçün xalq hərəkatının radioaktiv tullantılarından birdəfəlik xilas olmaq lazımdır”. Əslində P. Hüseynova qarşı insafsız olmaq lazım deyil, o, ən zərərli deyil, daha çox zərərlilərdən daha tez xilas olmaq lazımdır. İlk növbədə bunu gənclər etməlidir, onları tanıyıb gerçək qiymətlərini verməklə...
\\kaspi.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru