Müxalifət indi də Əli İnsanovun uğrunda savaşa çıxıb...
Tarix: 9-02-2016, 08:30 | Çap et
Sabiq səhiyyə naziri Əli İnsanovun həbs edilməsindən 10 il 4 aya yaxın vaxt ötür. 11 il azadlıqdan məhrum edilən sabiq nazirin bu ilin oktyabrında cəza müddəti başa çatır. Görünən odur ki, o, cəza müddətini günə-gün çəkəcək. Çünki hakimiyyət məlum proseslərə görə hələ də qəzəbli olduğu üçün İnsanovu vaxtından əvvəl azad etmək fikrində deyil.
Avropa İnsan Haqları Məhkəməsinin sabiq nazirin azadlığa buraxılması üçün qəbul etdiyi qərar da nəticəsiz qalıb. Lakin İnsanovun azadlığa çıxacağı müddət yaxınlaşdıqca, onunla bağlı cəmiyyət daxilində bəzi iddialar səslənməyə başlayıb. Müxalif düşərgə elektoratında isə ondan ciddi gözləntilər var. Bu düşərgə özünün ənənəvi liderləri ilə heç bir siyasi nəticə əldə etmədi. Son 23 il ölkənin demokratik düşərgəsi üçün bir kabus oldu: daimi məğlubiyyət bir lənət kimi düşərgəni izləməkdədir.
Azərbaycanda iqtidarın ictimai dayaqlarının sarsıldığı dönəmlər də daxil, müxalifət təşkilat və rəhbərləri bu qədər böyük müddətdə tərəfdarlarını iqtidara daşıya bilmədilər. Hətta hakimiyyətin, parlamentdəki yerlərin qismən bölgüsü belə mümkün olmadı. Məhz bu səbəbdən Azərbaycanın milli-vətənpərvər kəsiminin bir qismini özündə birləşdirən müxalifət düşərgəsi hazırda böhran yaşayır. Siyasi müxalifətin elektoratı bütünlüklə virtual məkana transfer etmiş vəziyyətdədir. Burada onlar bir-birilərinə və bəzən də hakimiyyətə hücum edirlər. Bakının küçə və meydanlarında isə xalq və iqtidar üz-üzə qalıb. Bəzi fraqmentlərdə xalqın narazı hissəsinin bir qismi etirazlara qalxır, lakin onun önündə və yanında siyasi təşkilatçı yoxdur. Müxalifət hər dəfə kütləvi etirazlardan və onun məsuliyyətindən imtina edir. Bu da hakimiyyətə daha rahat işləmək və xalqın etirazlarını idarə etmək imkanları yaradır. Məhz uğursuzluq səbəbindəndir ki, məyus müxalif elektorat özünə daha effektli, daha güclü, əlaqələri geniş olan, sirli qaynaqlardan güc götürdüyünü düşündüyü liderlər axtarır. Milli Şura avantürası ilə irəli çıxan dramaturq Rüstəm İbrahimbəyov müxalifət elektoratının əhval-ruhiyyəsinə bariz nümunədir. Bu düşərgə onu dərhal bağrına basdı, “pirim” deyə, qəbul etdi, başının üstünə qaldırdı, öz liderlərindən də çox sevdi, dəstəklədi... Səbəb sadə idi - insanlar məğlubiyyətdən, siyasətin küncündə qalmaqdan, bu vəziyyətin yaratdığı sıxıntılı həyatdan yorulmuşdular.
Lakin İbrahimbəyov hamını məyus etdi - yaşlı avantürist onminlərlə insanın inamı ilə oynayıb, bir kənara çəkildi...
Sonra kiçik bir zaman kəsimində sabiq nazir Fərhad Əliyevin adı önə çıxdı - lakin o da elektoratı məyus etdi və siyasi məkana daxil olmadan, ölkəni tərk etdi...
Daha sonra düşərgə “qiyamçı səfir” Arif Məmmədova ümidləndi. Nə baş vermişdi? Əslində heç nə! Səfir bir bəyanat vermişdi, onu işdən atdılar; o isə daha bir neçə dəfə kəskin bəyanat verdi...
Düşərgə dərhal bir-birinə dəydi - onların qulaqlarına uzaqdan “ağ atlı oğlan”ın at kişnərtisinin səsi də gəlirdi. “Ağ atlı oğlan” - Arif Məmmədov üfüqdə bir parladı... AXCP elektoratı həyəcanlandı - Rüstəmə “pirim, mürşüdüm” deyənlər eyni münasibəti Arif Məmmədova sərgilədilər. Onun adına toz qonduranlara “xain, satqın, casus” ibarələri yağdırıldı...
Nəticə nə oldu? Heç nə... söndü. Məlum oldu ki, “kişnəyən at” Arif Məmmədovun deyilmiş. Arif müəllim indi də virtual məkanda açıqlamalar yayır - lakin indi onun açıqlamalarına gülənlərin, ya da laqeyd yanaşanların sayı onları “layk” edənlərin sayından dəfələrlə çoxdur.
***
Mərhum prezident Heydər Əliyevin əsas kadrlarından və alovlu tərəfdarlarından biri olan Əli İnsanov isə özünün müəyyən keyfiyyətləri ilə düşərgə fəallarının, eləcə də liderlərinin diqqətini çoxdan cəlb edib. Əvvəla, belə bir əfsanə dolaşır ki, sabiq nazir çox zəngindir. İkincisi, mənsub olduğu region camaatı arasında yüksək nüfuzunu hələ də qoruması barədə də xəbərlər dolaşmaqdadır. Həm də iddia olunur ki, artıq qərbi azərbaycanlılar hakimiyyətin dəstək elektoratı deyillər; onlar statuslarından və özlərinə verilən qiymətdən narazıdırlar.
Daha bir cəhət isə Əli İnsanovun 10 illik məhbəs həyatına, xəstəliklərinə və yaşlı halına rəğmən, sınmaması, onu həbs edənlərə dirəniş göstərməsi və Fərhad Əliyevdən fərqli olaraq, hakimiyyətə əfv üçün yalvarmamasıdır.
“Əsil siyasətçi” obrazını bağıra-bağıra, kəskin ifadələr və qətiyyətli jestlərlə danışan birilərində görməyə alışqan olan, başqa standartlar tanımayan elektorat üçün bu keyfiyyətlər olduqca cəlbedicidir. 23 yaşlı məğlubiyyət tarixi onları alternativlərə həssas edib: başlarındakı liderlər də buna xüsusi müqavimət göstərmirlər. Onlar hesab edirlər ki, elektoratlarına ilham vermək üçün kənardan “legioner” gətirmək heç də pis iş deyil; onsuz da enində-sonunda, həmin adamları və ümumilikdə prosesi özləri idarə edəcəklər. Çünki iddialarına görə, “çox ağıllı və təcrübəlidirlər...”
İndi düşərgənin tamamı gözünü 13 saylı cəzaçəkmə müəssisəsinə dikib. Bir neçə ay sonra Azərbaycan siyasətinin ən odioz fiqurlarından biri olan Əli İnsanov oradan çıxacaq. Bəs sual olunur, Əli İnsanov 13 saylı “zon”dan hara gedəcək? Fərhad Əliyev kimi xaricəmi, yoxsa birbaşa ölkənin siyasət məkanına daxil olub, hakimiyyətə qarşı savaşmı açacaq? Müxalifətin bir-biri ilə rəqabət aparan əsas komponentləri Əli İnsanovu öz yanlarında görmək üçün hər şeyə hazırdırlar. AXCP və Müsavatın Əli İnsanov uğrunda mübarizəsi xeyli əvvəldən başlayıb. Kənardan görünən isə budur ki, bu mübarizədə Müsavat Partiyası daha avantajlıdır - Müsavatın bir neçə rəhbər şəxsi Əli İnsanovla eyni müəssisədə cəza çəkir və onların yaxın dostluq münasibətləri var. Bu aspektdən yanaşanda, Əli İnsanovun cəza evindən çıxandan sonra Müsavat Partiyasına qatılacağı ehtimalı daha yüksək görünür. Lakin məsələlər bəzən göründüyü kimi olmur...
Ümidləri çox şeydən üzülmüş, ənənəvi siyasət və manevrlərlə heç bir uğur qazanmayan müxalif elektorat bu dəfə də Əli İnsanov faktoruna ümidlənib. Düşərgənin bir sıra funksionerləri nə qədər desələr ki, onlarda lider problemi yoxdur, lakin görünən budur ki, belə bir problem var. Məhz bu səbəbdən də zaman-zaman kənar dalğalanmalar bütün düşərgəni həyəcanlandırır, ümidləndirir, yeni arzular yaradır.
Əli İnsanov möhkəm və köhnə kişidir. Lakin onun başında hansı planların olduğunu kimsə bilmir. Cənab İnsanovu tanıyanlar iddia edirlər ki, o, düşündüklərini, planlarını kənardan bəlli edən biri deyil və qəfil qərarlarla hər kəsi təəccübləndirə bilər.
“Əli İnsanov bir zamanlar təmsil olunduğu hakimiyyətdən vurulan köhnə komanda yoldaşlarını bir araya gətirə və onları müxalif düşərgə ilə əlaqələndirə bilər. Onun hətta imkanları var ki, indi xaricdə olan və müxalifətlə gizli əlaqələri bərpa edən Fərhad Əliyevlə də təmasa keçsin və danışıqlar aparsın. Əli İnsanovun müxalifət düşərgəsinə açıq keçidi burada vəziyyəti kökündən dəyişərdi. O, bir-biri ilə müharibə vəziyyətində olan AXCP və Müsavatı bir araya gətirə biləcək yeganə simadır. Əli müəllim müxalifətin vahid lideri ola biləcək bir şəxsiyyətdir”, deyə, onu yaxından tanıyan sabiqlərdən biri “Yeni Müsavat”a bildirib. O deyib ki, Əli İnsanov məhbus yoldaşlarına “...çıxan kimi bunlarla (hakimiyyətlə) savaşa başlayacam”, ifadəsini dəfələrlə, həm də yüksək səslə söyləyib... *** Müsavat başqanının müavini Elman Fəttahın məsələyə reaksiyası maraqlı oldu: “...Əli İnsanov hazırda 13 saylı cəzaçəkmə müəssisəsində Müsavat başqanının müavini Tofiq Yaqublu ilə birlikdə qalır. Çox yaxşı münasibətləri var. Tofiq bəy onun prinsipiallığını çox yüksək qiymətləndirir. Biz də bu fikirlərlə razıyıq. Hər şey İnsanov azadlığa çıxdıqdan sonra məlum olacaq. Çünki azad olunduqdan sonra onun hansı işlə məşğul olacağı məlum deyil. Müxalifət lideri olub-olmamaq kimi keyfiyyətlər yalnız siyasi fəaliyyətlə ortaya çıxan məsələlərdir. Azərbaycan siyasəti lider problemi yaşamır. Hər bir Azərbaycan vətəndaşı siyasi partiya qura bilər, yaxud digər qurumlarda təmsil oluna bilər. Bu məsələləri indidən qiymətləndirmək doğru olmaz. Əli İnsanova azadlıq arzulayırıq. Biz onu siyasi məhbus sayırıq. Digərləri kimi onun da fotosu Müsavatın qərargahdan asılıb”... Politoloq Qabil Hüseynli ictimaiyyət arasında sabiq nazirin nüfuzunu duyduğunu söylədi: “İnsanovun siyasi reytinqinin yüksək olduğunu söyləmək olar. Amma yaş o yaş deyil. Bu yaşda siyasətlə məşğul olmaq Heydər Əliyev kimi şəxslərin işi idi. İnsanovda da Heydər Əliyev əzmi, iradəsi, siyasəti olacaqsa, o da cəmiyyət arasında ciddi simaya çevrilə bilər. Onun siyasi perspektivinə ümid bəsləmək olar”.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində, dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq, 2007-ci ilin aprel ayında əmlakı müsadirə və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunub.
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
|