Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət düşərgəsinin üç partiyasında ara qarışıb
Müxalifət düşərgəsinin üç partiyasında ara qarışıb17-10-2018, 10:05 |
Azərbaycanın müxalif qurumlarından olan Müsavat, AXCP və REAL arasında son günlərdə virtual savaş yenidən qızışıb. Üç qurum arasındakı bu savaşa səbəb REAL Partiyasının Məclis sədri Erkin Qədirlinin Meydan.TV-yə verdiyi müsahibədir. REAL funksioneri müsahibəsində müxalifəti sərt tənqid edib və onların hakimiyyətə alternativ olmadığını deyib: “Mən özümüzü hazırlıqlı saymıram. Ona görə də deyirəm ki, bu hakimiyyət qalmalıdır. Bu gün heç kim hakimiyyətə gəlməyə hazır deyil, heç kim hakimiyyəti qoruyub saxlaya bilməz. Ona görə gərək müxalifət təcrübə toplasın”. Erkin Qədirli müsahibəsində ənənəvi müxalifət olan AXCP və Müsavatı da tənqid atəşinə tutub: “Köhnə müxalifət, deyəsən, ümumiyyətlə, təcrübə toplamaq istəmir, onlar, deyəsən, heç hakimiyyətə də gəlmək istəmirlər”. E.Qədirlinin bu açıqlamasından sonra AXCP və Müsavat fəalları REAL-ı satılmış partiya adlandırıblar. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli öz facebook profilində REAL-ın bostanına bu cür daş atıb: “Dostlar, dünyanın bircə ölkəsindən mənə bircə gerçək müxalifət partiyası göstərin desin ki, hökumətin yeganə alternativi bizik, bizdən başqa bütün qüvvələr heçdir, biz isə mübarizə aparmırıq, hətta mübarizə sözünü leksikonumuzdan çıxarmışıq, tələsən yerimiz də yoxdur, hələ təcrübə toplayırıq, ona görə də hakimiyyətin hələ bir müddət qalmasını istəyirik. Dostlar, varmı dünyada belə bir müxalifət partiyası?” Araşdırmaçı jurnalist Xədicə İsmayılın isə REAL funksionerinə cavabı bu cür olub: “Təcrübəsizdirmi müxalifət? Təcrübəsizdir. Öyrənməyə meyllidirmi? Belə görünmür. Peşəkarları cəlb edirmi? Təəssüf, imkanı yoxdur. Hakimiyyətə gəlsə, edəcəkmi? Sual buradadır”. REAL-ın İdarə Heyətinin üzvü Xalid Bağırovun öz facebook profilində paylaşdığı statusda E.Qədirlini müdafiə etməsi savaşı bir az da körükləyib: “Əsas odur ki, Erkin Qədirlinin dedikləri, REAL daxilində debat, partiyadan kənarda şüvən yaradıb”. Bu statusdan sonra Müsavat və AXCP funksionerləri sosial şəbəkələrdə X.Bağırovu sərt şəkildə tənqid ediblər, hətta ondan üzr istəmək tələb olunub. X.Bağırov jurnalist Azər Kazımzadənin internet üzərindən yayımlanan “Düşün TV” kanalında canlı yayımda üzərinə gələnlərə təhqirlə cavabı gündəmi daha da qızışdırıb: “Hər hansı bir fikri, adamı ələ salmaq fikri müzakirə etmək deyil. Bu, küçə tərbiyəsidir. Bu tərbiyəni hakimiyyətə gətirmək istəyənlərin məsuliyyətidir. İndi necə hoydu-hoydu ilə Qurban Məmmədovun, Erkin Qədirlinin üzərinə gedirlər, necə ki, 1992-ci ildə olduğu kimi hakimiyyətə gələcəklər və heç bir il də hakimiyyətdə qala bilməyəcəklər. Bu müzakirə deyil, şüvəndir. Xalqımızın dilində bunun bir adı var, bunu da pozğun arvadlar edir, yubkalarını başlarına qaldırırlar və bunu edirlər. Erkin Qədirlinin fikirləri yanlışdır, amma yanlışa qarşı fikir bildirərlər, şüvən qaldırmazlar. Kimlərin şüvən qopardığını yaxşı gördünüz. Niyə onların adını çəkməliyəm? Şəxsən öz adıma deyirəm, dəyər vermədiyim insanların adlarını niyə çəkməliyəm? Adamlar JEK müdiri belə ola bilmirlər, sabahları dövlət idarə etmək istəyirlər”. REAL funksionerinin bu açıqlamalarına Müsavat başqanı Arif Hacılı bu cür mövqe sərgiləyib: “Xalid Bağırov yazıb ki, Erkin Qədirlinin açıqlaması REAL daxilində debat, kənarda şüvən yaradıb. Bu nə ədadır, yanlışlığa etiraz edənlərə qarşı nə hörmətsizlikdir?! İstiqlal hərəkatına rəhbərlik etdik, dövlətin istiqlalına imza atdıq, öhdəmizdə olanda ən azı Füzuli, Ağdərə, Qubadlı və s. rayonların işğaldan müdafiəsinə nail olduq. Ən böyük mitinqləri, yürüşləri təşkil etdik. Elə bu ittihamla tutulub illərlə həbsdə qaldıq. Yenə də mübarizənin önündəyik. Amma əda göstərmədik, kimlərisə aşağılamadıq, yekəxanalıq etmədik. Erkin bəyin açıqlaması isə orijinal deyil. Hakimiyyət təbliğatçıları xüsusilə xaricdə, biz yaxşı deyiliksə də bizdən daha yaxşısı yoxdur, təbliğatı aparır. Bu, yanlış, ziyanlı, tənqidə dözməyən fikirdir. Azərbaycanda istər siyasi partiya üzvləri sırasından, istərsə də heç bir partiyanın üzvü olmayan vicdanlı mütəxəssislərdən ibarət ölkəni daha yaxşı idarə edəcək 10-larla hökumət çıxarmaq olar". “Yeni Müsavat” Geri qayıt |