Müxalifət düşərgəsinin üç partiyasında ara qarışıb - Müsavat, AXCP və REAL bir-birini nələrdə ittiham edir?
Tarix: 17-10-2018, 10:05 | Çap et
Azərbaycanın müxalif qurumlarından olan Müsavat, AXCP və REAL arasında son günlərdə virtual savaş yenidən qızışıb. Üç qurum arasındakı bu savaşa səbəb REAL Partiyasının Məclis sədri Erkin Qədirlinin Meydan.TV-yə verdiyi müsahibədir.
REAL funksioneri müsahibəsində müxalifəti sərt tənqid edib və onların hakimiyyətə alternativ olmadığını deyib: “Mən özümüzü hazırlıqlı saymıram. Ona görə də deyirəm ki, bu hakimiyyət qalmalıdır. Bu gün heç kim hakimiyyətə gəlməyə hazır deyil, heç kim hakimiyyəti qoruyub saxlaya bilməz. Ona görə gərək müxalifət təcrübə toplasın”.
Erkin Qədirli müsahibəsində ənənəvi müxalifət olan AXCP və Müsavatı da tənqid atəşinə tutub: “Köhnə müxalifət, deyəsən, ümumiyyətlə, təcrübə toplamaq istəmir, onlar, deyəsən, heç hakimiyyətə də gəlmək istəmirlər”.
E.Qədirlinin bu açıqlamasından sonra AXCP və Müsavat fəalları REAL-ı satılmış partiya adlandırıblar.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli öz facebook profilində REAL-ın bostanına bu cür daş atıb: “Dostlar, dünyanın bircə ölkəsindən mənə bircə gerçək müxalifət partiyası göstərin desin ki, hökumətin yeganə alternativi bizik, bizdən başqa bütün qüvvələr heçdir, biz isə mübarizə aparmırıq, hətta mübarizə sözünü leksikonumuzdan çıxarmışıq, tələsən yerimiz də yoxdur, hələ təcrübə toplayırıq, ona görə də hakimiyyətin hələ bir müddət qalmasını istəyirik. Dostlar, varmı dünyada belə bir müxalifət partiyası?”
Araşdırmaçı jurnalist Xədicə İsmayılın isə REAL funksionerinə cavabı bu cür olub: “Təcrübəsizdirmi müxalifət? Təcrübəsizdir. Öyrənməyə meyllidirmi? Belə görünmür. Peşəkarları cəlb edirmi? Təəssüf, imkanı yoxdur. Hakimiyyətə gəlsə, edəcəkmi? Sual buradadır”.
REAL-ın İdarə Heyətinin üzvü Xalid Bağırovun öz facebook profilində paylaşdığı statusda E.Qədirlini müdafiə etməsi savaşı bir az da körükləyib: “Əsas odur ki, Erkin Qədirlinin dedikləri, REAL daxilində debat, partiyadan kənarda şüvən yaradıb”.
Bu statusdan sonra Müsavat və AXCP funksionerləri sosial şəbəkələrdə X.Bağırovu sərt şəkildə tənqid ediblər, hətta ondan üzr istəmək tələb olunub.
X.Bağırov jurnalist Azər Kazımzadənin internet üzərindən yayımlanan “Düşün TV” kanalında canlı yayımda üzərinə gələnlərə təhqirlə cavabı gündəmi daha da qızışdırıb: “Hər hansı bir fikri, adamı ələ salmaq fikri müzakirə etmək deyil. Bu, küçə tərbiyəsidir. Bu tərbiyəni hakimiyyətə gətirmək istəyənlərin məsuliyyətidir. İndi necə hoydu-hoydu ilə Qurban Məmmədovun, Erkin Qədirlinin üzərinə gedirlər, necə ki, 1992-ci ildə olduğu kimi hakimiyyətə gələcəklər və heç bir il də hakimiyyətdə qala bilməyəcəklər. Bu müzakirə deyil, şüvəndir. Xalqımızın dilində bunun bir adı var, bunu da pozğun arvadlar edir, yubkalarını başlarına qaldırırlar və bunu edirlər. Erkin Qədirlinin fikirləri yanlışdır, amma yanlışa qarşı fikir bildirərlər, şüvən qaldırmazlar. Kimlərin şüvən qopardığını yaxşı gördünüz. Niyə onların adını çəkməliyəm? Şəxsən öz adıma deyirəm, dəyər vermədiyim insanların adlarını niyə çəkməliyəm? Adamlar JEK müdiri belə ola bilmirlər, sabahları dövlət idarə etmək istəyirlər”.
REAL funksionerinin bu açıqlamalarına Müsavat başqanı Arif Hacılı bu cür mövqe sərgiləyib: “Xalid Bağırov yazıb ki, Erkin Qədirlinin açıqlaması REAL daxilində debat, kənarda şüvən yaradıb. Bu nə ədadır, yanlışlığa etiraz edənlərə qarşı nə hörmətsizlikdir?!
İstiqlal hərəkatına rəhbərlik etdik, dövlətin istiqlalına imza atdıq, öhdəmizdə olanda ən azı Füzuli, Ağdərə, Qubadlı və s. rayonların işğaldan müdafiəsinə nail olduq.
Ən böyük mitinqləri, yürüşləri təşkil etdik. Elə bu ittihamla tutulub illərlə həbsdə qaldıq. Yenə də mübarizənin önündəyik. Amma əda göstərmədik, kimlərisə aşağılamadıq, yekəxanalıq etmədik.
Erkin bəyin açıqlaması isə orijinal deyil.
Hakimiyyət təbliğatçıları xüsusilə xaricdə, biz yaxşı deyiliksə də bizdən daha yaxşısı yoxdur, təbliğatı aparır.
Bu, yanlış, ziyanlı, tənqidə dözməyən fikirdir. Azərbaycanda istər siyasi partiya üzvləri sırasından, istərsə də heç bir partiyanın üzvü olmayan vicdanlı mütəxəssislərdən ibarət ölkəni daha yaxşı idarə edəcək 10-larla hökumət çıxarmaq olar". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
|