“BAKININ XİLASI BÜTÜN ÖLKƏ ƏRAZİSİNDƏ QEYD OLUNMALIDIR"
Tarix: 15-09-2011, 15:52 |
Çap et
BAKININ İŞĞALDAN AZAD OLUNMASI MÜSAVAT PARTİYASINDA QEYD EDİLDİ
Xəbər verdiyimiz kimi öncə İctimai Palatanın üzvləri Türk şəhidliyini ziyarət ediblər. Mərasimdə İctimai Palatanın rəhbərliyi adında İsa Qəmbər və Əli Kərimli çıxış edib.
Daha sonra anım mərasimi Müsavat partiyasınnı qərargahında davam etdirilib. Müsavat başqanı İsa Qəmbər öz çıxışında deyib ki, Azərbaycanın Bakını öz qanıyla, canıyla düşmənlərdən xilas edən türk əsgərlərinə minnət borcu var: "Bu gün Bakının xilası, qurtuluşu günü kimi bütün ölkə ərazisində qeyd olunmalıdır".