HƏRBÇİLƏRİN MAAŞLARI QALXA BİLƏR
Tarix: 17-05-2012, 13:03 |
Çap et
MAAŞ ARTIMI İYUN AYINDA BAŞ VERƏ BİLƏR
Maliyyə Nazirliyindəki mənbədən "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə daxil olan özəl məlumata görə bu ilin iyun ayında – Silahlı Qüvvələr günü ərəfəsində Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının məvaciblərinin orta hesabla 30 faiz artırılması gözlənilir.
Məlumatda qeyd edilir ki, hazırda bu məsələ ilə bağlı Müdafiə Nazirliyinin maliyyə idarəsinin nümayəndələri iş aparırlar. Bundan sonra hazırlanacaq sənəd Maliyyə Nazirliyinin müvafiq idarəsinə təqdim olunacaq.
“İyun ayının əvvəllərinə qədər artımın dəqiq miqdarı bəlli olacaq”, - deyə məlumatda bildirilir. Mənbə eyni zamanda bildirdi ki, hərbi qullluqçulara ərzaq əvəzinə verilən kompensasiyanın və “rütbə pulu“nun miqdarının da artırılması müzakirə mövzusudur.
Qeyd edək ki, bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında məvaciblərin artırılacağına dair məlumatlar gəzir.