BAKIDA ƏCNƏBİLƏRƏ QARŞI ƏMƏLİYYAT
Tarix: 18-05-2012, 15:23 | Çap et
QANUNSUZ MİQRANT “OVUNA” START VERİLDİ
«Evrovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar Bakıda xidmətə qadın polislər cəlb edilib. APA-nın Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinə istinadən verdiyi xəbərə görə, «Evrovision-2012» mahnı müsabiqəsinin təşkilində və keçirilməsində daxili işlər orqanlarının üzərinə mühüm vəzifələr qoyulub. Bu vəzifələrin effektiv həyata keçirilməsi və təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyində xüsusi Tədbirlər planı hazırlanıb. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Sərəncamı ilə DİN-in bütün orqan və hissələri may ayının 10-dan 31-dək gücləndirilmiş iş rejiminə keçib, bu strukturlarda sutkalıq fəaliyyət göstərən əməliyyat qrupları yaradılacaq və rəhbər əməkdaşların xüsusi cədvəl üzrə növbətçiliyi təşkil edilib. Tədbirlər planında Bakı polisinin də üzərinə konkret vəzifələr qoyulub. İlk növbədə müsabiqə ərəfəsində və keçirildiyi dövrdə ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək şəxsi heyətin sayı, stasionar post və marşrutların dislokasiyası müəyyənləşdirilib. Məlumatda bildirilir ki, müsabiqənin keçiriləcəyi məkanın ətrafında, müsabiqə iştirakçılarının, rəsmi şəxslərin, nümayəndə heyətlərinin işlədikləri, istirahət etdikləri, əyləndikləri və yaşadıqları yerlərdə, şəhərin mərkəzi küçələrində ictimai asayişin gücləndirilmiş rejimdə qorunması təmin ediləcək. Artıq bu işə məsul konkret şəxslər müəyyən olunub. Eyni zamanda, qonaqların ictimai nəqliyyatdan da istifadə edəcəyi nəzərə alınaraq, metroda, marşrut avtobuslarında, dəmir yolu vağzalında, habelə müsabiqə iştirakçılarının qatarla hərəkət marşrutunda ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi, cinayətlərin (xüsusilə cibgirliklərin) qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilir. Bayır xidmətinin müasir tələblərə uyğun təşkil olunması üçün xidmətə qadın polislər cəlb edilib, əməkdaşların ingilis dilli kurslardan keçməsi üçün müvafiq işlər görülüb. Əcnəbilərlə bağlı hadisə baş verən yerlərə göndərilməsi üçün xarici dilləri mükəmməl bilən əməkdaşlardan ibarət xüsusi mərkəz yaradılıb. Paytaxtın rayon polis idarələrinin və ərazi polis bölmələrinin növbətçi hissələrində xarici dil bilən əməkdaşlar sutkalıq xidmətə cəlb olunub. Saxlanılmış şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün müsabiqə keçirilən ərazinin rayon polis idarəsində tərkibində istintaq və təhqiqat xidmətlərinin əməkdaşları da olan və müsabiqə dövründə sutkalıq fəaliyyət göstərən xüsusi işçi qrup yaradılıb. Əcnəbilərin yerləşəcəyi mehmanxanalarda polis naryadlarının sayı artırılıb. Bakıda yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət olunması istiqamətində nəzarət tədbirləri daha da gücləndirilib. Aidiyyəti dövlət qurumları ilə birgə şəhərdə qeydiyyatsız yaşayan əcnəbilərin müəyyən edilməsi və barələrində qanunauyğun tədbirlərin görülməsi prosesi davam edir. Bakı şəhərində küçələrdən dilənçilərin yığışdırılması, qanunsuz ticarətin qarşısının alınması ilə bağlı tədbirlər də qanuna müvafiq olaraq davam etdirilir. Paytaxtda beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar avaralığa və dilənçiliyə qarşı mübarizə, belə halların qarşısının alınması, azyaşlı uşaqları dilənçiliyə təhrik edənlərin aşkarlanıb barələrində qanunauyğun tədbirlərin görülməsi daha da gücləndirilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Bu gün, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
|