Moskvada .....                     PKK kartı kimin cibindədir? .....                     AQTİ işçilərin geyimlərinə .....                     Buzovnada vətəndaşın evini su basıb: .....                     “Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... .....                     Nəsimidə ağacəkmə aksiyası davam edir .....                     "Mənə qarşı çox haqsızlıq edilib" .....                     "Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" .....                     Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA .....                     Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? .....                     Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Nazirlikdən Samuxa getdi: O DA BELƏ... .....                     “Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” .....                     Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası .....                     `Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... .....                     Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... .....                     Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq .....                     “Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur .....                     İrəvandan sülh açıqlaması: .....                     “Bunlar nə yeyir, nə içir, görəsən?!” .....                     "Əminəm ki, bu terror aktını törədənlər... .....                     Ermənilər Hindistan vətəndaşlarından bezdilər .....                     İran Azərbaycandan xahiş etdi .....                     "Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." .....                     Astana sanksiyalardan yan keçməyin əleyhinədir .....                     Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər .....                     “Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir .....                     Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb .....                     Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var .....                     Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi .....                     Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! .....                     Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi .....                     Dolu düşəcəyi ehtimalı var .....                     “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? .....                     Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu .....                     Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? .....                     ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı .....                     Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı .....                     “Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı” .....                 

ƏLİ KƏRİMLİ İRANLA DİALOQUN TƏRƏFDARIDIR
Tarix: 1-06-2012, 12:36 | Çap et
ƏLİ KƏRİMLİ İRANLA DİALOQUN TƏRƏFDARIDIR

“AZƏRBAYCANLA İRAN ARASINDA CİDDİ FİKİR AYRILIQLARI VAR”

AXCP sədri Əli Kərimli “Obyektiv” televiziyasına (www.Obyektiv.tv) müsahibəsində Amerika dövlət katibi Hilari Klintonun Azərbaycana səfəri, Azərbaycan müxalifətinin təzyiqlər altında olması, 2013-cü ildə keçiriləcək prezident seçkiləri, İctimai Palatanın qarşıdakı aylarda fəaliyyəti, dövlət başçısını ailə üzvlərinin biznesi ilə bağlı İctimai Palatanın keçirəcəyi müzakirələr və digər məsələlərə toxunub.

Ə.Kərimli Amerika dövlət katibinin səfəri ilə bağlı deyib ki, müxalifət Azərbaycanın ABŞ ilə, bütövlükdə qərb dünyası, o cümlədən NATO ilə əlaqələrinin genişlənməsində maraqlıdır: “Hesab edirik ki, dövlət katibinin səfəri bu münasibətləri dərinləşdirmək üçün bir fürsətdir. Amerika Dövlət Departamenti hər zaman bəyan edir ki, Azərbaycanla siyasətdə əsasən üç prioritet var: enerji, təhlükəsizlik və demokratik islahatlarla bağlı əməkdaşlıq. Amerika ilə Azərbaycan arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı müəyyən uğurlar olsa da, təəssüflə qeyd edirəm ki, demokratik islahatlarla bağlı aparılan dialoq heç bir nəticə verməyib”.

Onun sözlərinə görə, bir neçə il bundan öncə dövlət katibinin müavinlərindən biri demokratiya sahəsində Azərbaycanla dialoq prosesinə rəhbərlik edirdi: “Çox təəssüf ki, nəticə yoxdur. Biz hesab edirik ki, dövlət katibinin Azərbaycana səfəri həm də Amerika-Azərbaycan münasibətlərindəki bu zəif, axsayan tərəfi gücləndirməyə istifadə olunmalıdır. Hesab edirəm ki, dövlət katibi Azərbaycana səfəri zamanı ölkə hökumətinə güclü bir mesaj verməlidir ki, demokratik islahatların alternativi yoxdur. Amerika-Azərbaycan münasibətləri üçün də demokratik islahatlar, insan haqları, siyasi məhbusların taleyi, sərbəst toplaşmaq azadlığı, azad seçki kimi məsələlər olduqca önəmlidir. Azərbaycan cəmiyyəti məhz belə mesajların verilməsini gözləyir”.

O, dövlət katibinin müxalifətlə görüşəcəyi ilə bağlı dəvət almadığını deyib. “Təbii ki, belə bir dəvət olarsa biz bu prosesdə iştirak edəcəyik”, - o qeyd edib.

Ə.Kərimli hesab edir ki, Amerika da Avropa Parlamenti kimi Azərbaycanda insan haqlarını pozan vəzifəli şəxslərə, onların əmlakına, hesablarına sanksiyaların tətbiq edilməsi məsələsinə baxmalıdır: “Mən Avropa Birliyinin parlamentinin qətnaməsi ilə tamamilə həmrəyəm. Parlament xarici siyasət üzrə ali səlahiyyətli nümayəndə xanım Ketrin Eştona tapşırıb ki, Azərbaycan üzərində monitorinq təşkil etsin və ehtiyac yaranarsa ölkədəki vəziyyətlə bağlı müvafiq qərarlar verilsin. Hesab edirəm ki, yaxşı olar ki, ABŞ-da da müvafiq qərarlar verilsin. Eurovision-dan sonra Azərbaycanın atdığı addımlar ciddi monitorinq olunmalıdır. Azərbaycanda siyasi müxalifətə, vətəndaş cəmiyyətinə, media institutlarına, yerli fəallara qarşı olan təzyiqlər ciddi reaksiyaya səbəb olmalıdır”.

AXCP sədri həmçinin İctimai Palatanın prezidentin ailə üzvlərinin qanunsuz biznesi və demokratiyaya yumşaq keçidin “Yol xəritəsi” ilə bağlı dinləmələr keçirəcəyini deyib. O, ailə üzvlərinə, qohumlarına, müxalifət fəallarına təzyiqlərdən danışıb, ölkədə media, toplaşmaq azadlığının pozulmada davam etdiyini bildirib.

Ə.Kərimli prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı suala isə birmənalı “hə” cavabını verməyib. “2006-cı ildən mən pasport ala bilmirəm. Azərbaycandakı bütün məhkəmə instansiyalarını keçmişəm. 2009-cu ildə işim Avropa Məhkəməsində icraata götürülüb. İndi işə baxılmasını gözləyirəm. Çox təəssüf ki, Avropa Məhkəməsi belə işlərə təcili qaydada baxmır. Yeri gəlmişkən, buna öz narazılığımı ifadə edirəm. Çox ciddi sanksiyalar altındayıq. Xalq Cəbhəsinin binası əlimizdən alınıb, yeni bina icarəyə götürməyimizə imkan verilmir, AXCP-nin üzvlərinə, fəallarına, şəxsən mənim ailə üzvlərimə böyük basqılar var. Axırıncı dəfə daha bir qohumumu, qaynımı uydurma ittihamla həbs ediblər. Özümə qarşı təzyiqlər isə son günlərədək davam edib”, - o bildirib.

AXCP sədri Azərbaycanla İran arasında son gərginliyin daha çox şəxsi ambisiyalarla bağlı olduğunu bildirib: “Azərbaycanla İran arasında bir sıra məsələlərdə obyektiv olaraq fikir ayrılığı var, maraqlar fərqlidir. Birincisi, Azərbaycanın müstəqil dövlət olaraq var olması, İranda bir çox dairələri narahat edir. Çünki İranda çoxlu sayda azərbaycanlılar yaşayır. İranın xarici işlər naziri iddia edir ki, bu ölkədə azərbaycanlılar əhalinin 40 faizindən artıqdır. Amma bizim bir çox həmvətənlilərimiz deyir ki, azərbaycanlılar 50 faiz və onun üzərindədir. Bunlar hamısı obyektiv problem yaradır. Eyni zamanda Xəzərin bölgüsü, Azərbaycanın Avroatlantik məkana qoşulma perspektivləri ilə bağlı Azərbaycanla İran arasında ciddi fikir ayrılıqları var. Bu məsələlərin hamısı Azərbaycan dövlətinin maraqlarına uyğun şəkildə, amma dialoq yolu ilə həllini tapmalıdır”.

O, təəssüflə qeyd edib ki, son vaxtlar Azərbaycan-İran münasibətləri daha gərginləşib, amma daha əhəmiyyətli prinsipial məsələlər üzrə yox: “Münasibətlərin gərginləşməsində şəxsi ambisiyalara görə bir-birini söyüb təhqir etmək, dövlət başçılarının, məmurların bir-birini aşağılaması əsas səbəbə çevrilib. Münasibətlərin gərginləşməsi də, nizama salınması da milli maraqlara görə müəyyən edilməlidir, milli maraqlar əsas olmalıdır. Amma çox təəssüf ki, son günlər baş verənlər daha çox münasibətləri qura bilməmək və milli maraqların təmin edilməsi ilə deyil, şəxsi zəmində qarşılıqlı təhqir və tənqidlərin artırılması ilə bağlıdır”.

Ə.Kərimli müxalifətin məsələnin nizamlanmasında çağırışlarını da bildirib: “Bütün bu mübahisələr dialoq yolu ilə həllini tapmalıdır, Azərbaycana yeni bir konflikt lazım deyil. Azərbaycanı idarə edənlər məsuliyyətli olmalıdırlar, yeni bir konfliktə, o cümlədən İranla münasibətlər konflikt həddinə gəlib çıxmamalıdır. Bu o demək deyil ki, Azərbaycan köklü maraqlarını qurban verməlidir. Qətiyyən yox, Azərbaycan öz köklü maraqlarını müdafiə etməlidir. Amma bütün mübahisəli məsələləri də diplomatiya yolu ilə həll etməlidir. Bəs diplomatiya nə üçündür? Məhz uyğun gəlməyən çarpaz maraqların uyğunlaşdırılmasından ibarətdir. Hesab edirəm ki, Azərbaycanın İran siyasəti daha aktiv, daha diplomatik olmalıdır ki, Azərbaycan həm öz milli maraqlarını qorusun, həm də onsuz da bir qonşu ilə ciddi müharibə vəziyyətindədir, başqa bir qonşu ilə də münasibətlər ciddi konflikt həddinə gətirilməsin”, - o vurğulayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvada “Görüş Yeri - Bakı”
Bu gün, 15:26
PKK kartı kimin cibindədir? - YENİ ÇALXALANMA
Bu gün, 15:22
AQTİ işçilərin geyimlərinə yarım milyon manatdan çox vəsait xərcləyəcək
Bu gün, 15:18
Buzovnada vətəndaşın evini su basıb: - “Kömək istəyirik“
Bu gün, 15:14
“Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... - AXI NİYƏ?..
Bu gün, 15:09
Nəsimidə ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 15:01
"Mənə qarşı çox haqsızlıq edilib" - FHN-lə məhkəmə çəkişməsi olan polkovnik-leytenant
Bu gün, 14:59
"Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" - Armen Rüstəmyan
Bu gün, 14:58
Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA - "...həmin təklif olunan vəzifələrdən imtina edib"
Bu gün, 14:54
Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? - Bahəddin Həzi yazır...
Bu gün, 14:48
Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 14:45
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:39
Nazirlikdən Samuxa getdi: O DA BELƏ... - Dövlətin puluna XOR BAXANLAR...
Bu gün, 14:27
“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 14:23
Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:08
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... - GİLEY
Bu gün, 14:06
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... - "1 almanın 2 yarısı"
Bu gün, 14:02
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur – Məhkəməyə verilib
Bu gün, 13:56
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Bu gün, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Bu gün, 13:44
"Əminəm ki, bu terror aktını törədənlər... tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar"
Bu gün, 13:38
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Bu gün, 13:31
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Bu gün, 13:24
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Bu gün, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Bu gün, 13:05
Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan
Bu gün, 13:03
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
Bu gün, 13:01
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb - VİDEO
Bu gün, 12:58
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:57
Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - FOTO
Bu gün, 12:54
Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! - ÇAĞIRIŞ
Bu gün, 12:49
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi - BU NƏDİ BELƏ?..
Bu gün, 12:43
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? - İLGİNC FAKTLAR...
Bu gün, 12:26
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." - FAKT BUDUR!
Bu gün, 12:00
Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək - AKTUAL
Bu gün, 11:51
Röyal Axundov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:50
"Bu nə fırıldaqdır?" - ETİRAZ
Bu gün, 11:48
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... - Cəzalarını çəkəcəklər
Bu gün, 11:42
ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib - FOTO
Bu gün, 11:39
“Bioloji müxtəlifliyin mühafizəsi: - Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
Bu gün, 11:36
Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:24
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır - TASS
Bu gün, 11:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru