Ermənistan ordusunda "bardaq" hökm sürür .....                     İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb .....                     MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə .....                     Arabir duman olacaq .....                     İki insanın ölümünə səbəb olan tunel .....                     Bakıda 371 min manatlıq fırıldaq .....                     Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir .....                     Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib .....                     “Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” .....                     Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb .....                     Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir .....                     Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir .....                     Sülh danışıqlarında erməni quyuları: .....                     DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib .....                     "Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" .....                     İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib .....                     Keçmiş deputatdan cinayət işi ilə bağlı açıqlama .....                     Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak etmək üçün .....                     BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu .....                     “Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub .....                     “Finca Azerbaijan”ın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır .....                     Gürcüstan müxalifəti zorla hakimiyyət dəyişikliyi etmək istəyən .....                     Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil .....                     Kürdəmir İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin bəzilərinin .....                     Ordumuzun zabiti faciəli şəkildə öldü .....                     Xankəndidə erməniəsilli qadın ölüb .....                     MSK yenidən formalaşacaq: Məzahir Pənahov postunda qalır .....                     Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir .....                     Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ .....                     Gəncənin və digər iki rayonun prokuroru dəyişdi .....                     ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir .....                     `Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... .....                     Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında .....                     İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: .....                     Bakıda bahalı yas mərasimi .....                     Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... .....                     “Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” .....                     Xəlil Göyüşov həbs oluna bilər .....                     Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?.. .....                 

MİRMAHMUD AĞADAN XOŞ SÖZLƏR
Tarix: 18-10-2011, 13:28 | Çap et
MİRMAHMUD AĞADAN XOŞ SÖZLƏR

KXCP-NİN BAYRAM TƏBRİKİ

Klassik Xalq Cəbhəsi Partiyasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci il dönümü münasibəti ilə Azərbaycan Xalqına müraciət edib. Müraciətin tam mətnini təqdim edirik:

“Əziz həmvətənlər!

18 oktyabr 2011-ci il Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci il dönümü bayramıdır. Müstəqilliyin bərpası Azərbaycan Milli Azadlıq Hərəkatının nəticəsi idi.

Hər bir Hərəkatın istiqamətləndirici təşkilatı olmadan Hərəkat uğur qazana bilməz. Quzey Azərbaycanda zamanın yönləndirici təşkilatı Azərbaycan Xalq Cəbhəsi idi. 20-ci əsrin 80-ci illərinin sonunda yaranan Azərbaycan Xalq Cəbhəsinin 2 illik fəaliyyəti 18 oktyabr 1991-ci ildə Quzey Azərbaycanın müstəqilliyinin bərpasının təşkilatçısı və təminatçısı oldu. Azərbaycanın müstəqilliyinin bərpası və qorunub saxlanılmasında xalqımız minlərlə şəhid verdi.

İlk gündən bütün zorakılıq hallarından imtina edən, ölkədəki bütün milli azlıqları və etnik qrupları bərabər hüquqlu əməkdaşlığa və qardaşlığa çağıran Azərbaycan Xalq Cəbhəsi Respublikada sarsılmaz müstəqillik uğrunda mübarizəyə başlamış, məhz onuin başçılıq etdiyi və istiqamətləndirdiyi Xalq Hərəkatı nəticəsində respublikada müxtəlif siyasi dünyagörüşlü partiyalar və birliklər yaranmış, insan haqları uğrunda əsl mübarizə başlanılmış, müxtəlif ideya yönlü qəzet, jurnal və bülletenlər nəşr olunmuşdu. AXC-nin bu demokratik və dinc mübarizəsi qarşısında xalqın inamını itirmiş, nüfuzdan düşmüş Kommunist partiyası və Sovet orqanları məğlub olmuş, xalq onların hakimiyyətindən kütləvi şəkildə imtina etməyə başlamış, özünün təmsil olunduğu AXC rəhbərliyini hakimiyyətə gətirmişdi.

Hakimiyyətdə olduğu bir il müddətində demokratik yolla seçilmiş prezident Əbülfəz Elçibəy başda olmaqla AXC rəhbərliyi ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam müstəqil dövlətə çevrilməsi, xalqın rifahının yaxşılaşdırılması yolunda mühüm addımlar atmışdı. İlk olaraq bütün imkanlar ordu quruculuğuna səfərbər edilmiş, rus ordusu Azərbaycandan çıxarılmış, Sovet ordusuna məxsus Xəzər donanması Xəzəryanı dövlətlər arasında bərabər bölünmüş, sərhəd qoşunları yaradılmış, Azərbaycan gömrük sistemi və Ləl-Cəvahirat fondu yaradılmış, milli valyuta dövriyyəyə buraxılmış, ölkənin siyasi sistemini dəyişdirmək məqsədilə siyasi partiyalar və kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edilmiş, “Milli Məclisə Seçkilər haqqında” qanun layihəsi hazırlanıb Milli Məclisə təqdim edilmiş, məhkəmələrin statusu, bazar iqtisadiyyatının formalaşması, özəlləşdirmə, banklar və bank fəaliyyəti, mülkiyyət, xarici investisiyaların qorunması, icarə, torpaq vergisi, aksizlər və Milli Dövlətin ən mühüm strateji sahələrindən biri olan təhsil haqqında qanunlar qəbul edilmiş, liberal iqtisadi islahatlara başlanılmış, bu məqsədlə Dövlət Əmlak Komitəsi, Torpaq komitəsi, Dövlət Antiinhisar siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi və s. kimi yeni dövlət orqanları yaradılmış, ticarətin liberallaşdırılması, Dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi, kiçik sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları verilmiş, Özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatlarının, emal sənaye sahələrinin inkişafı haqqında dövlət proqramları hazırlanmış, elm, təhsil və mədəniyyət sahəsində mühüm islahatlara başlanılmışdı.

“Təhsil haqqında” qanuna uyğun olaraq özəl müəssisələrin açılmasına icazə verilmiş, bir çox müstəqil təhsil ocaqları yaqradılmış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ilk dəfə olaraq test üsulu ilə keçirilmiş, yüzlərlə gəncə xarici ölkələrdə dövlət hesabına nadir ixtisaslar üzrə təhsil almaq imkanı yaradılmış, müstəqil Azərbaycanın orta məktəbləri üçün Milli Dövlətin mənafeyinə uyğun yüzlərlə alim, müəllim və metodistin gərgin əməyi sayəsində qısa müddətdə yeni proqramlar və 90 adda yeni dərsliklər hazırlanıb latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr edilmiş, ölkənin maliyyə böhranı içərisində olduğuna baxmayaraq prezident Əbülfəz Elçibəyin göstərişi ilə 110 milyon manatlıq yardımla “Öyrətmən” adlı yeni nəşriyyat yaradılmış, dövlət idarələrində yeni Azərbaycan əlifbasından istifadəyə başlanılmışdı.

AXC-nin bir illik hakimiyyəti dövründə Milli Məclisdə xalqın xeyrinə 118 qanun, 160 qərar qəbul edilmiş, bununla Azərbaycanda müstəqil qanunvericiliyin əsası qoyulmuş, prezident Əbülfəz Elçibəy Milli Dövlət əhəmiyyətli bir çox fərman və sərəncamla yanaşı milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında da fərman vermiş, bu fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi yaradılmış, onlar normal iş şəraiti ilə təmin edilmişdi.

AXC hakimiyyəti zamanı Azərbaycan beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmuş, BMT-də, ATƏM-də (indiki ATƏT-də), İslam Konfransı Təşkilatında, Regional İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə bərabərhüquqlu dövlət kimi, təmsil olunmağa başlamış, Bakıda BMT-nin nümayəndəliyi açılmış, Rusiya, Türkiyə, İran, Ukrayna və Gürcüstanla bərabərhüquqlu əməkdaşlığın əsası qoyulmuş, Moldova, Qazaxıstan və Türkmənistanla iqtisadi sazişlər imzalanmış, ABŞ, İngiltərə, Almaniya, Belçika, Pakistan, Misir və İsraillə sıx əlaqələr yaradılmış, Türkiyə, Rusiya və Gürcüstanla dostluq və əməkdaşlıq haqqında iki tərəfli müqavilələr bağlanmış, BP, AMOKO, Yunokl, Statoyl, Pennzoyl və digər böyük şirkətlərlə neft sənayesi sahəsində sazişlər hazırlanmış, neftin Aralıq dənizinə, oradan da Avropa ölkələri və ABŞ-a daşınması haqqında ilkin sənəd imzalanmış, Qərbdə Azərbaycanın demokratik imici formalaşmış, bir sözlə, Azərbaycanın inkişafı üçün böyük perspektivlər açılmışdı.

Elçibəy başda olmaqla AXC iqtidarının apardığı geri dönməz Milli Dövlət siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil etmiş, ölkədə vətəndaş müharibəsi yaratmağa səy göstərmiş, öz xalqını bu ağır faciədən qurtaran Əbülfəz Elçibəy 1993-cü ilin iyun ayında Bakını tərk etdi.

Vaxtilə Azərbaycanın müstəqilliyi əleyhinə gedənlərin, bu müstəqilliyi xəyal sayanların və ya bu mübarizədən ehtiyat edib kənarda duranların əksəriyyəti tarixi saxtalaşdıraraq AXC-nin bütün bu uğurlarını bir şəxsin adına yazmaqla bu müstəqillikdən maksimum bəhrələnməkdə, bu müstəqillik uğrunda şəhid olanların ailələrinə və bu mübarizəni qələbə ilə nəticələndirənlərə keçmişdə olduğu kimi bu gün də düşmən münasibət bəsləməkdədirlər.
Çağdaş Azərbaycan ictimai-siyasi həyatına yön verən, yorulmadan bütün mənalı həyatını Azərbaycanın milli azadlığı və bütövlüyü uğrunda mübarizəyə həsr edən ümummilli lider Əbülfəz Elçibəyin davamçıları əmindir ki, Türk kimi yaşamaq, Türk olmanın mənəvi yükünü dərk etmək və bundan qürur duymaq, Elçibəy yolunu ləyaqətlə davam etdirmək hər bir şəxsin vəzifəsidir. Elçibəyin Bütöv Azərbaycan, Türkiyə-Azərbaycan Konfederativ birliyi və Ümumtürk Birliyi ideyaları gerçəkləşəcək. Rəsulzadə - Elçibəy yolunu seçən Elçibəysevərlər buna varlıqları qədər inanırlar.

Əziz həmvətənlər!

Dəyərli bacılar və qardaşlar!

Müstəqillik Bayramınızı təbrik edir, Milli demokratik dövlətçiliyimizin yenidən bərpası uğrunda mübarizədə Sizlərə uğurlar diləyirik!
Tanrı yardımçınız olsun!
Amin!”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan ordusunda "bardaq" hökm sürür - erməni mediası
Bu gün, 13:15
İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb - məhkəməni də saymır
Bu gün, 13:10
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə MƏHKƏMƏ BAŞLAYIB
Bu gün, 13:08
Arabir duman olacaq - belə deyirlər...
Bu gün, 13:07
İki insanın ölümünə səbəb olan tunel - Günahkar tapılacaq?
Bu gün, 13:05
Bakıda 371 min manatlıq fırıldaq - Şirkət rəhbərinə cinayət işi açıldı
Bu gün, 13:02
Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir - "Euronews"
Bu gün, 12:54
Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:52
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” - Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT
Bu gün, 12:51
Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO
Bu gün, 12:43
Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir
Bu gün, 12:39
Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir - VİDEO
Bu gün, 12:36
Sülh danışıqlarında erməni quyuları: - Paşinyanla Simonyan üz dəyişirlər
Bu gün, 12:32
DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib - DİQQƏT
Bu gün, 12:28
"Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" - ETİRAZ VAR...
Bu gün, 12:25
İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib - “Eronews”
Bu gün, 12:17
Keçmiş deputatdan cinayət işi ilə bağlı açıqlama - "İstintaqa cəlb olunmamışam..."
Bu gün, 12:15
Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak etmək üçün Kazana səfər edib
Bu gün, 12:14
BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu - İNCƏLƏMƏ
Bu gün, 12:12
“Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub - DOSYE
Bu gün, 12:09
“Finca Azerbaijan”ın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - Bununla da...
Bu gün, 12:07
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - FOTO
Bu gün, 12:04
Gürcüstan müxalifəti zorla hakimiyyət dəyişikliyi etmək istəyən “5-ci kolon” kimi fəaliyyət göstərir
Bu gün, 11:59
Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil - ETİRAZ
Bu gün, 11:49
Kürdəmir İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin bəzilərinin müsadirə edilmiş əmlaklarının yarısı geri qaytarılıb
Bu gün, 11:47
Ordumuzun zabiti faciəli şəkildə öldü
Bu gün, 11:45
Xankəndidə erməniəsilli qadın ölüb - Səhiyyə Nazirliyi məlumat YAYDI
Bu gün, 11:40
MSK yenidən formalaşacaq: Məzahir Pənahov postunda qalır - GƏLİŞMƏ
Bu gün, 11:37
Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir - Parlament sədri
Bu gün, 11:27
Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ – Görünməyən əllər və milyonluq yeyintilər
Bu gün, 11:25
Gəncənin və digər iki rayonun prokuroru dəyişdi - ƏMR
Bu gün, 11:21
ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:10
`Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... DEYƏSƏN...
Bu gün, 11:07
Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 11:01
İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: - "Nöqsanlar olub-olmadığı barədə heç nə deyə bilmərik"
Bu gün, 10:59
Bakıda bahalı yas mərasimi – Onlarla lüks avtomobil, ucsuz-bucaqsız çadır…
Bu gün, 10:57
Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:51
“Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” - deputat
Bu gün, 10:44
Xəlil Göyüşov həbs oluna bilər – iki nəfərin ölümü...
Bu gün, 10:41
Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?.. - Baydenin çağırışı...
Bu gün, 10:36
Sərhədlər Göyçə gölünün ortasından keçir: Tarixi sənədlər masaya qoyuldu - GƏLİŞMƏ
Bu gün, 10:34
Oktyabrın 25-də bütün müavinət və təqaüdlər ödəniləcək - MÜJDƏ
Bu gün, 10:29
Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı
Bu gün, 10:27
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament təsdiqlənib
Bu gün, 10:23
Erməni prezidentin “yuxuları”: Xankəndinə qayıdış, dustaqlar... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:22
Tərtər rayonunda pambıq yığımına start verilib - FOTO
Bu gün, 10:19
ADAU-nun müəllim kollektivi ETİRAZ EDİR - Rektor nə işlər çevirir?
Bu gün, 10:14
Əmək müqaviləsinin müddətli bağlanması? - Ekspert danışır...
Bu gün, 10:07
Adı `Tərtər işi`ndə hallanan general ölkədən qaçmağa hazırlaşır - NƏ BAŞ VERİR?
Bu gün, 10:04
Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru