HİLLARİ KLİNTON BAKIDADIR
Tarix: 6-06-2012, 13:54 |
Çap et
ABŞ DÖVLƏT KATİBİNİN SƏFƏRİ BAŞLADI
ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfərə gəlib.
APA-nın məlumatına görə, dövlət katibi səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşlər keçirəcək. Dövlət katibinin dünən Bakıda açılışı keçirilən 19-cu Beynəlxalq. Xəzər Neft, Qaz, Neftayırma və Neft kimyası Sərgi-Konfransı ilə tanış olacağı da gözlənilir.
Dövlət katibi Bakıda keçirdiyi görüşlərdə Azərbaycanla ABŞ münasibətlərinin bütün spektri, energetika sahəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparacaq.
Xatırladaq ki, Hillari Klinton iyunun 4-də Ermənistanda, dünən isə Gürcüstanda səfərdə olub.