OQTAY GÜLALIYEVİN “ORTAĞI”NA QARŞI İTTİHAM
Tarix: 9-06-2012, 13:14 |
Çap et
ƏMİRASLANOVDAN TAPANÇA GÖTÜRÜLÜB
Sabirabadda insanların hüquqlarını müdafiə etmiş şəxsin həbsinin səbəbi məlum olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İlqar Əmiraslanov qanunsuz silah gəzdirdiyinə görə saxlanılıb. Onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qandallayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini İlham Əmiraslanovdan 1 ədəd "Makarov" markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Onu da əlavə edək ki, İ.Əmiraslanov əvvəllər də məhkum olunub. / “Qafqazinfo” /
Qeyd edək ki, Əmiraslanovun həbsini yerli mətbuat hazırda qondarma kütləvi iğtişaş ittihamı ilə məhbəsdə saxlanılan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin həbsi ilə əlaqələndirir və ehtimal olunur ki, həbs olunmuş hüquq-müdafiəçisi “Kür”ün məhbus koordinatorunun “kütləvi iğtişaş ortağı” kimi təqdim olunacaq.