"Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq" .....                     Həkimlərə 30 xəstə limiti? .....                     Atlantikdən gələn təhlükə: .....                     Ermənistan ordusunda "bardaq" hökm sürür .....                     İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb .....                     MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə .....                     Arabir duman olacaq .....                     İki insanın ölümünə səbəb olan tunel .....                     Bakıda 371 min manatlıq fırıldaq .....                     Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir .....                     Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib .....                     “Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” .....                     Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb .....                     Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir .....                     Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir .....                     Sülh danışıqlarında erməni quyuları: .....                     DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib .....                     "Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" .....                     İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib .....                     Keçmiş deputatdan cinayət işi ilə bağlı açıqlama .....                     Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak etmək üçün .....                     BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu .....                     “Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub .....                     “Finca Azerbaijan”ın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır .....                     Gürcüstan müxalifəti zorla hakimiyyət dəyişikliyi etmək istəyən .....                     Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil .....                     Kürdəmir İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin bəzilərinin .....                     Ordumuzun zabiti faciəli şəkildə öldü .....                     Xankəndidə erməniəsilli qadın ölüb .....                     MSK yenidən formalaşacaq: Məzahir Pənahov postunda qalır .....                     Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir .....                     Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ .....                     Gəncənin və digər iki rayonun prokuroru dəyişdi .....                     ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir .....                     `Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... .....                     Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında .....                     İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: .....                     Bakıda bahalı yas mərasimi .....                     Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... .....                 

“MÜXALİFƏT BİR ARAYA GƏLMƏLİDİR”
Tarix: 20-10-2011, 13:15 | Çap et
“MÜXALİFƏT BİR ARAYA GƏLMƏLİDİR”

“ƏRƏB İNQİLABININ ƏTRİ UÇUB GETDİKDƏN SONRA HAMI YÜNGÜL NARKOZDAN AYILACAQ”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin “OLAYLAR”-a müsahibəsi

-Əli bəy, müxalifətin birliyi istiqamətində partiyalar arasında aparılan məsləhətləşmələr hansı mərhələdədir?
-Oktyabrın 19-da Vətəndaş Hərəkatı Forumu çərçivəsində bizim növbəti məsləhətləşmələrimiz olacaq. Ola bilər ki, bu dəfə hansısa nəticələr əldə edilsin. Çünki artıq təşkilatlanma zərurəti yaranıb. Onu da qeyd edim ki, partiya liderlərinin müzakirəsinə çıxarılacaq iki prinsipial təklif var. Həmin təkliflərə münasibət nöqteyi- nəzərindən ola bilər ki, yaxın gələcəkdə hansısa təşkilatlanma barədə qərar qəbul edilsin. Hazırda bir qeyri-müəyyənlik hökm sürməkdədir. Belə ki, İctimai Palata formasında iki partiyanın təşkilatlanması, eləcə də Azərbaycan Demokrat Partiyası ilə Ümid Partiyasının siyasi ittifaqı mövcuddur. Biz isə 6 il müttəfiqlik etdiyimiz Azərbaycan Liberal Partiyası ilə parlament seçkilərindən sonra münasibətlərimizi rəsmiləşdirə bilməmişik. Bu da partiyalar arasında davam edən məsləhətləşmələrlə əlaqədardır. Təşkilatlanma strukturunun ortada olmaması müəyyən işlərimizə ziyan da gətirir. Ona görə də hesab edirik ki, təşkilatlanma formasının ərsəyə gəlmə zamanı yetişib. Bizim üçün bu görüş çox böyük əhəmiyyət kəsb edir. İnanıram ki, digər partiyalar da bu qənaətdədirlər.

-Sizcə, həmin görüşdə müsbət bir nəticə əldə ediləcək?
-Beş partiyanın mütəmadi olaraq görüşüb məsləhətləşmə aparması müsbət hadisə kimi qiymətləndirilməlidir. Ancaq təbii ki, nəticəli əlaqələrin olması daha arzuediləndir. Biz hesab edirik ki, cəmiyyətdəki situasiyanın, siyasi müvazinətin dəyişməsi üçün mütləq müxalifət bir araya gəlib təşkilatlanmalıdır. Çünki cəmiyyətin siyasətə qatılan və qatılmayan hissəsi arasında çox böyük fərq var. Ona görə də müxalifət təşkilatlanıb ölkədə ikiqütblü siyasi müstəvinin formalaşması istiqamətində qəti addımlar atmalıdır. Bunun isə birinci mərhələsi təbii ki, təşkilatlanmadan, cəmiyyətə ünvanlanmış düzgün mesajlar və atılan doğru addımlardan keçir. Cəmiyyətə müxalifətin ünvanını aydın göstərməyi bacarmalıyıq ki, siyasi situasiyanın dəyişməsində maraqlı olan cəmiyyət nümayəndələri prosesə qoşula bilsinlər. Əgər biz bunu edə bilməsək vəziyyətin dəyişməsi mümkün olmayacaq. Ona görə də müxalifətin təşkilatlanmasını çox vacib və zəruri bir addım kimi qiymətləndiririk. Çalışacağıq ki, apardığımız işlərdə nəticəli bir fəaliyyət olsun.

-Sizə elə gəlmirmi ki, müxalifət bu kimi nəticəsiz danışıqlarla zaman itgisinə yol verir?
-Müxalifətin zaman itgisinə yol verdiyi barədə deyilənlərlə razılaşıram. Bu da keçmişin acı təcrübəsi ilə bağlıdır. Hesab edirəm ki, ilk növbədə müxalifətin bir araya gəlməsinin şərtlərini müəyyənləşdirmək lazımdır. Bizi ayıran məsələlərin uzlaşmasına yönəlik cəhdlərdən daha çox hamının siyasi maraqlarına uyğun olan addımların atılması istiqamətində təşkilatlanmaya qərar verilməlidir. Bir qism müxalifət partiyaları hesab edirlər ki, yanaşmada fərqlilik olmalıdır. Bu gün müxalifət düşərgəsində çox ciddi təşəbbüslər var ki, müxalifət vahid komanda halına gəlsin, seçkiyə yönəlik namzədini müəyyənləşdirsin. Digər yanaşma tərəfdarları isə hesab edirlər ki, vahid namizəd, komanda məsələsi bir qədər sonrakı dövrün vəzifəsdir və hazırda hamının marağına uyğun olan dəyişikliklərin edilməsi lazımdır. Bu sıraya Seçki Məcəlləsinin, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi və s. daxildir. Bu kimi məsələləri əsas götürüb daha geniş çevrədə əməkdaşlıq təklif edən tərəflər də var. Hazırda daxili müzakirələrdə bu məsələ çox qabarıq təzahür edir. Aparılan məsləhətləşmələr də göstərəcək ki, hansı fikir tərəfdarları daha çoxdur.

-Hazırkı situasiyada vahid namizəd məsələsinin gündəmə gəlməsinin tərəfdarısınızmı?
- Vahid namizəd məsələsi bizi ayıran, müxalifətin bir araya gəlməsinə maneçilik törədən bir məsələdir. Ən başlıcası odur ki, bu gün həll edilməsi vacib olmayan məsələdir. Əgər ölkədə normal seçki mühiti mövcud deyilsə bu şəraitdə hansısa seçki üçün vahid namizədin müəyyənləşdirilməsi doğru deyil. Nəzərə alsaq ki, vahid namizəd olmağa namizədlərin sayı kifayətqədərdir, onda mütləq bu məsələ mübahisə mövzusuna çevriləcək və ayrılma nöqtələri meydana gələcək. Biz hesab edirik ki, müxalifət öz gücünü, imkanlarını siyasi şəraitin dəyişməsinə yönəltsin, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana cəlb etməyə nail olsun. Vahid namizəd məsələsi isə bir qədər sonra müzakirə edilə bilən mövzudir. Təbii ki, biz də hesab edirik ki, müxalifətin seçkilərdə vahid namizədi olarsa bu düşərgənin şansı artmış olar. Bunun da həlli üsulları var və dünyada belə praktika mövcuddur. Bu günlərdə Fransa sosialistləri öz vahid namzidlərini müəyyənləşdirə biliblər. Hətta vahid namizədin deyil, kölgə kabinetinin formalaşdırılması da yaxşı təklifdir. Ancaq ilk növbədə həlli vacib olan məsələlər var ki, məhz bu istiqamətlərdə fikirləşmək lazımdır.

-Növbəti görüş də Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının iştirakı olmadan keçiriləcək. Belə çıxır ki, adı çəkilən partiyalarla əməkdaşlıq istiqamətində bütün körpülər yanıb?
-Yox belə demək olmaz. Hesab edirəm ki, vahid namizəd məsələsini çıxmaq şərtilə sadaladığım məsələlər ətrafında həmin iki partiyanın da mövqeyi eynidir. Onlar da İctimai Palatanın timsalında ölkədə normal seçki mühitinin yaranmasını, siyasi prosesləri şərtləndirən qanunların qəbulunu istəyirlər. Bütün bunlar həmin partiyaların marağı daxilində olan məsələlərdir. İnanıram ki, Vətəndaş Hərəkatı Forumu çərçivəsində ortada olan təşəbbüs nəticə verdikdən sonra təşkilatlanmış qruplar arasında məsləhətləşmələrin aparılması mümkündür. Bunun təzahürünü bir qədər sonra görəcəyik.

-Ancaq qarşı tərəf bu cür əməkdaşlığı yalnız İctimai Palata daxilində görür?
-Biz İctimai Palata daxilində ola bilmərik. Bunu dəfələrlə bəyan etmişik və mövqeyimiz də dəyişməz olaraq qalır. İnanıram ki, bu məsələyə yaxın gələcəkdə də dəyişiklik etməyəcəyik. Ancaq qurumlar arasında əməkdaşlıq mümkündür. Onlar həmin qurumu təsis edib, yaradıblar, bu gün də onu yaşadırlar, çox yaxşı. Ancaq digər qurumlar da mümkündür və gələcəkdə təsisatı mümkün ola bilən birliklərin formulu üzərində düşünülür. Ən azı bizim iki partiya ALP və VİP yaxın gələcəkdə özünün təçkilatanma formatı barədə cəmiyyətə məlumat verəcək. Hesab edirəm ki, ərəb inqilabının ətiri uçub getdikdən sonra hamı yüngül narkozdan ayılacaq və başa düşəcəklər ki, heç bir millətə dəyişiklik nimçədə verilmir, onu əldə etmək laaımdır. Əldə etmək üçün də konkret mübariza aparmaq lazımdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq" - Al Jazeera
Bu gün, 13:29
Həkimlərə 30 xəstə limiti? - RƏSMİ CAVAB
Bu gün, 13:27
Atlantikdən gələn təhlükə: - İki ölkə donacaq, Azərbaycan isə...
Bu gün, 13:24
Ermənistan ordusunda "bardaq" hökm sürür - erməni mediası
Bu gün, 13:15
İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb - məhkəməni də saymır
Bu gün, 13:10
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə MƏHKƏMƏ BAŞLAYIB
Bu gün, 13:08
Arabir duman olacaq - belə deyirlər...
Bu gün, 13:07
İki insanın ölümünə səbəb olan tunel - Günahkar tapılacaq?
Bu gün, 13:05
Bakıda 371 min manatlıq fırıldaq - Şirkət rəhbərinə cinayət işi açıldı
Bu gün, 13:02
Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir - "Euronews"
Bu gün, 12:54
Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:52
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” - Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT
Bu gün, 12:51
Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO
Bu gün, 12:43
Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir
Bu gün, 12:39
Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir - VİDEO
Bu gün, 12:36
Sülh danışıqlarında erməni quyuları: - Paşinyanla Simonyan üz dəyişirlər
Bu gün, 12:32
DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib - DİQQƏT
Bu gün, 12:28
"Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" - ETİRAZ VAR...
Bu gün, 12:25
İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib - “Eronews”
Bu gün, 12:17
Keçmiş deputatdan cinayət işi ilə bağlı açıqlama - "İstintaqa cəlb olunmamışam..."
Bu gün, 12:15
Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak etmək üçün Kazana səfər edib
Bu gün, 12:14
BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu - İNCƏLƏMƏ
Bu gün, 12:12
“Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub - DOSYE
Bu gün, 12:09
“Finca Azerbaijan”ın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - Bununla da...
Bu gün, 12:07
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - FOTO
Bu gün, 12:04
Gürcüstan müxalifəti zorla hakimiyyət dəyişikliyi etmək istəyən “5-ci kolon” kimi fəaliyyət göstərir
Bu gün, 11:59
Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil - ETİRAZ
Bu gün, 11:49
Kürdəmir İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin bəzilərinin müsadirə edilmiş əmlaklarının yarısı geri qaytarılıb
Bu gün, 11:47
Ordumuzun zabiti faciəli şəkildə öldü
Bu gün, 11:45
Xankəndidə erməniəsilli qadın ölüb - Səhiyyə Nazirliyi məlumat YAYDI
Bu gün, 11:40
MSK yenidən formalaşacaq: Məzahir Pənahov postunda qalır - GƏLİŞMƏ
Bu gün, 11:37
Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir - Parlament sədri
Bu gün, 11:27
Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ – Görünməyən əllər və milyonluq yeyintilər
Bu gün, 11:25
Gəncənin və digər iki rayonun prokuroru dəyişdi - ƏMR
Bu gün, 11:21
ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:10
`Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... DEYƏSƏN...
Bu gün, 11:07
Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 11:01
İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: - "Nöqsanlar olub-olmadığı barədə heç nə deyə bilmərik"
Bu gün, 10:59
Bakıda bahalı yas mərasimi – Onlarla lüks avtomobil, ucsuz-bucaqsız çadır…
Bu gün, 10:57
Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:51
“Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” - deputat
Bu gün, 10:44
Xəlil Göyüşov həbs oluna bilər – iki nəfərin ölümü...
Bu gün, 10:41
Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?.. - Baydenin çağırışı...
Bu gün, 10:36
Sərhədlər Göyçə gölünün ortasından keçir: Tarixi sənədlər masaya qoyuldu - GƏLİŞMƏ
Bu gün, 10:34
Oktyabrın 25-də bütün müavinət və təqaüdlər ödəniləcək - MÜJDƏ
Bu gün, 10:29
Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı
Bu gün, 10:27
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament təsdiqlənib
Bu gün, 10:23
Erməni prezidentin “yuxuları”: Xankəndinə qayıdış, dustaqlar... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:22
Tərtər rayonunda pambıq yığımına start verilib - FOTO
Bu gün, 10:19
ADAU-nun müəllim kollektivi ETİRAZ EDİR - Rektor nə işlər çevirir?
Bu gün, 10:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru