BİR PROSPEKTDƏ 500-DƏN ÇOX EV KÖÇÜRÜLƏCƏK
Tarix: 13-06-2012, 14:52 |
Çap et
CAVİD QURBANOV ANONS ETDİ
Bakının Ziya Bünyadov prospektində 500-dən çox evin köçürülməsi nəzərdə tutulur.
SalamNews xəbər verir ki, bunu “Azəryolservis” ASC-nin rəhbəri, deputat Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, paytaxtda prospektin yenidən qurulduqdan sonra 2013-cü ilin ortalarında istismara verilməsi planlaşdırılır.
ASC rəhbəri deyib: "İndi prospektdə yol tikintisi aparmaq üçün problem daha böyükdür, mürəkkəb infrastruktur mövcuddur. Orada 500-dən çox yaşayış evlərinin və obyektlərin köçürülməsi lazımdır. Ərazidə su, qaz, işıq xətləri yerin altından keçirilməlidir. Bu məsələlər yolun tikintisinə problem yaradır. Düşünürəm ki, gələn ilin ortalarınadək yolun açılmasını təmin edəcəyik".