Rektorun qovduğu müəllimlər geriyə necə yol tapır? - İTTİHAM VAR
Tarix: 10-08-2016, 10:41 | Çap et
Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birləşdirilmişdi. Bu ilin aprel ayının 29-da isə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Pedaqoji Universitetin Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyinə verilmişdir.
Ötən ayın sonlarında ölkə mətbuatında Maliyyə Nazirliyi tərəfindən keçmiş Müəllimlər İnstitutunun Zaqatala filalınının son bir neçə illik fəaliyyətinin yoxlanması barədə məlumat yayıldı. Xəbərə görə, yoxlamalar zamanı filialın direktoru olmuş Orucəli Rzayevin bir çox korrupsiya əməlləri üzə çıxıb. Mənbələrin iddiasına görə, hazırda İqtisad Universitetinin filialı kimi fəaliyyət göstərən bu təhsil müəssisəsinin müəllimləri bildiriblər ki, Orucəli Rzayev onların bir aylıq əmək haqqlarını tələb edir. Deyilənə görə, direktor müəllimlərdən yığdığı pulu ADİU-nun rektoru Ədalət Muradova təqdim etməklə, Maliyyə Nazirliyinin əməkdaşlarını “yola salacağını” deyib. Maraqlıdır ki, Zaqatala filialının ADİU-nun tabeliyinə verilməsindən hələ kifayət qədər az bir müddətin keçməsinə rəğmən, bu iki təhsil müəssisəsinin rəhbərləri arasında bu qədər yaxın münasibətlər yaranıb. Maraqlıdır, amma heç də təəccüblü deyil. Məsələ bundadır ki, miqyasları kifayət qədər fərqli olsa da, hər iki müəssisənin idarəçilik prinsipləri son dərəcə oxşar əsaslar üzərində qurulub. Məlum olduğu kimi, qəzetimizin səhifələrində ləğv olunmuş Azərbaycan Müəllimlər İnstitutunun müxtəlif filiallarında həyata keçirilən maxinasiyalar barədə dəfələrlə tənqidi yazılar dərc olunub. Bizə təqdim edilən açıqlamalarda həmin filiallarda yer almış neqativ hallar, bu müəssisələrə rəhbərlik edən şəxslərin öz işlərində yol verdikləri ciddi nöqsanlar barədə məlumatlar öz əksini tapırdı. Xüsusilə diqqəti cəlb edən qanun pozuntularından biri kimi rəhbərlik tərəfindən bu tədris müəssisəsində mütəmadi olaraq, tələbə transferləri xüsusunda maxinasiyaların həyata keçirildiyi vurğulanırdı. O cümlədən, davamlı olaraq redaksiyamıxa daxil olan şikayət məktublarında Zaqatala filialında yer almış neqativ hallar, filialın direktoru Orucəli Rzayevin işindəki ciddi nöqsanlar barədə məlumatlar öz əksini tapırdı. Bu məlumatlar əsasında hazırlamış və qəzetimizin ötən saylarında dərc olunmuş tənqidi materiallarda filial direktorunun yol verdiyi özbaşınalıq və qanun pozuntularının son həddə çatması xüsusi qeyd olunurdu. Diqqəti cəlb edən qanun pozuntularından biri kimi, rəhbərlik tərəfindən bu tədris müəssisəsinə saxta tələbə qəbulunun həyata keçirilməsi göstəilirdi. Belə ki, ümumi qəbul zamanı ali məktəblərə daxil ola bilməyən tələbələrdən bəziləri Orucəli Rzayevin köməyi ilə guya ki, Rusiya Federasiyasının və yaxud da Gürcüstan Respublikasının müxtəlif universitetlərinə qəbul olunurdular. Lakin, bütün vaxtı Azərbaycandan kənara çıxmayan tələbələr 1-2 ildən sonra birbaşa AMİ-nin Zaqatala filialına, II-III kurslara keçirilirdilər.
Həmçinin “Bizim Dövr”ün səhifələrində Azərbaycan Dövlət İqtisad Universitetinin fəaliyyətində müşahidə olunan ciddi qanun pozuntuları barədə indiyədək kifayət qədər materiallar dərc olunub. Universitetdən aldığımız məlumatlar əsasında hazırlanmış həmin materiallarda ADİU-nun fəaliyyətini müşayiət edən müxtəlif qalmaqallar və korrupsiya halları barədə açıqlamalar öz əksini tapıb. Bu xüsusda bizimdovr.az-a daxil olan məlumatlarda Ədalət Muradovun rəhbərliyə gəldiyi ilk günlərdən artıq bu ali təhsil müəssisəsində yeni qaydaların bərqərar olunduğu, həm də bu qaydaların müxtəlif səpgili korrupsiya hallarının daha da dərinləşməsinə yol açdığı bildirilir. İddialara görə, Ədalət Muradov universitetə rektor təyin olunduqdan dərhal sonra bir sıra başqa qaranlıq əməliyyatlara da imza atıb. Həmin qaranlıq əməliyyatlar içərisində şübhəli tələbə transferlərindən tutmuş, rüşvətin yeni məzənnəsinə qədər bir çox məqamlar var. Bunlardan biri və ilk növbədə universitet tələbələrini daha çox narahat edən cəhət bundan ibarət olub ki, yeni təyinatdan sonra ADİU-da rüşvət yığımları indiyədək görünməmiş dərəcədə yüksək həddə çatdırılıb. Yeri gəlmişkən, bir müddət əvvəl ADİU-dan bizimdovr.az-a daxil olmuş növbəti məlumatda da məhz universitetdə həyata keçirilən növbəi rüşvət yığımının təfərrüatlarından bəhs olunurdu. Açıqlamada deyilirdi: “Bu gün universitetimizdə ən aktual mövzu buraxılış kurs tələbələrinin diplom ala bilmək ehtimallarının “qiymətləndirilməsilə” bağlıdır. Məlumdur ki, hazırda iqtisad universitetində buraya müxtəlif özəl ali təhsil müəssisələrindən transfer olunmuş tələbələr də təhsil alırlar. Əksəriyyəti bilavasitə Ədalət Muradovun rektor təyin olunmasından sonra belə bir şansı əldə etmiş tələbələrin çoxu, savad baxımından xeyli “axsayırlar”. Buna görə də bu tələbələrin demək olar ki, hamısının onlarla imtahan kəsirləri yığılıb qalıb. Təbii ki, belə olan vəziyyətdə bu tələbələrin diplom almaq şansları da azalır. Amma universitet rəhbərliyi bu şansların artırılması üçün xüsusi formulalar təklif edir. Məsələn, mənim tələbə tanışlarımdan biri ADİU-nun Dünya İqtisadiyyatı fakültəsinə özəl universitetdən transfer olub. Hazırda onun 28 fənn imtahanından kəsiri var. Aydındır ki, belə bir vəziyyətdə onun diplom ala bilməsi demək olar ki, mümkün deyil. Lakin buna baxmayaraq, həmin tələbəyə “işgüzar” bir təklif olunub. Belə ki, o, hər imtahana görə 1000 manat və dövlət imtahanına görə 5000 manat olmaqla, cəmi 33 min manat ödəyərsə, bu zaman onun bütün problemləri həll olunar”. Yeri gəlmişkən, mövzuya dair son dərc etdiyimiz materialda biz universitet rəhbərliyinin rüşvət tələblərilə üzləşmiş tələbələrdən birinin atdığı addımın gözlənilməz nəticələrə səbəb olduğunu qeyd etmişdik. Bu xüsusda aldığımız məlumtda deyilirdi ki, həmin tələbə məcburiyyət qarşısında qalaraq Heydər Əliyev Fonduna şikayətlə müraciət etmişdir. Bundan sonra həmin tələbə Fondda qəbul olunub və onun şikayəti dinlənilib. Daha sonra, tələbənin şikayətini araşdırmaq məqsədilə Heydər Əliyev Fondundan Ədalət Muradovla əlaqə saxlanılıb. Rektor isə öz növbəsində, pul yığımları barədə qətiyyən heç bir məlumatı olmadığını və məsələni mütləq araşdıracağını bəyan edib. Bundan sonra ADİU-da tələbələrdən artıq yığılmış külli-miqdarda rüşvət pulları sahiblərinə qaytarılıb. Son dəqiqləşdirməmizə görə, bu məbləğ 530 min manat təşkil edib. Bundan sonra isə, özünü sığortalamaq məqsədilə Ədalət Muradov universitetin bir neçə əməkdaşını cəzalandırmaq qərarına gəlib. Nəticədə, rektorun əsas pulyığanlarından biri olan Nizami Musayev və daha 8-9 nəfər işdən azad olunublar. Lakin son əldə etdiyimiz məlumata görə, Ədalət Muradovun tətbiq etdiyi “cəza” tədbirləri yalnız gözdən pərdə asmaq xarakteri daşıyır. Mənbə deyir ki, rektor işdən çıxardığı əməkdaşlara bu tədbirin müvəqqəti olduğunu bildirib və cəmi üç aydan sonra onları yenidən öz yerlərinə bərpa edəcəyi barədə söz verib. Qeyd edək ki, Nizami Musayev özü də bizə yaxın qaynaqlardan biri ilə baş tutmuş söhbət əsnasında “üç aylıq cəza” görüntüsü barədə deyilənləri təsdiq edib... Göründüyü kimi, istər ADİU-ya, istərsə də bu gün həmin universitetin tabeliyində fəaliyyət göstərən Zaqatala filialına rəhbərlik edən hər iki şəxsin idarəçilik üsullarında oxşar cəhətlər həqiqətən də çoxdur. Və bu ümumi cəhətlər də, Ədalət Muradovun hər zaman öz ətrafına korrupsiyaya meyilli kadrları toplamaq xüsusiyyətindən formalaşır. Materialda adları keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|