Köçkün ailəsini bayıra atdılar - Mənzil fırıldağı
Tarix: 2-08-2017, 10:08 | Çap et
Bakı sakini Arifə Əlfi qızı Haqverdiyeva "Yeni Müsavat”a şikayət məktubu ünvanlayıb. Şikayətçi bildirir ki, 2013-cü ilin 29 yanvar tarixində "Əzizbəyov-KM” MMC-dən 44 min 750 manata Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən və adıçəkilən şirkət tərəfindən tikilməkdə olan binadan ev alıb.
Daha sonra o, 40 min əlavə vəsait xərcləyərək, evi təmir edib 2 otaqlı mənzili 4 otaqlıya çevirdiyini və elə həmin ildən də 6 nəfərlik ailə üzvləri ilə birlikdə yaşamağa başladıqlarını yazır. A.Haqverdiyevanın aldığı 252 nömrəli 102 kvadratmetrlik mənzil binanın 3-cü girişində, 10-cu mərtəbəsində olub.
Lakin ailə yeni evinə yerləşdikdən sonra başlarına gözlənilməz hadisə gəlib. Belə ki, Xuraman Kamil qızı Mirzəyeva adlı şəxs "Əzizbəyov-KM” MMC və "Etalon-İnşaat” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirib ki, guya 252 nömrəli həmin mənzil 2006-cı ilin 30 iyulunda Məmmədov Fuad Haqverdi oğluna satılıb. Xətai Rayon Məhkəməsinin hakimi Mamidar Misirzadə isə 09.10.2014-cü il tarixində qarşı tərəfin iddiasını təmin edib və qərar çıxarıb ki, sözügedən mənzilin alınmasına dair Arifə Haqverdiyeva ilə bağlanılan müqavilə etibarsız sayılsın və mənzil iddiaçıya, yəni Xuraman Mirzəyevaya təhvil verilsin. Növbəti məhkəmə prosesində isə Bakı Apelyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını ləğv edib və Xuraman Mirzəyevanın iddiası rədd edilib.
Bakı Apelyasiya Məhkəməsi öz qərarını əsaslandırıb ki, "Etalon-İnşaat” MTK tərəfindən Xuraman Mirzəyevaya satıldığı iddia edilən mənzilin müqaviləsi saxtalaşdırılıb. Belə ki, Xuraman Mirzəyevaya satılmış eyni binanın 3-cü mərtəbəsindəki 203 nömrəli mənzilin sonradan başqa bir adama satıldığından, mənzilin nömrəsi müqavilədə ağardıcı ilə pozulub və 252 nömrəsi qeyd olunub. Mənzilin mərtəbəsini göstərən 3 rəqəmi də pozularaq əvəzində 10 yazılıb. Məhkəmə təsdiqləyib ki, bu iki mənzilin biri 3-cü, digəri isə 10-cu mərtəbədə yerləşir və bir-birinə heç bir aidiyyəti yoxdur.
Daha sonra isə proses Ali Məhkəmədə davam edib. 2015-ci ilin 27 mayında Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin Arifə Haqverdiyevanın xeyrinə çıxartdığı qərarı ləğv edib və Bakı Apelyasiya Məhkəməsinə yenidən baxılması üçün göndərib. Apelyasiya Məhkəməsi yenidən Xuraman Mirzəyevanın iddiası rədd edib.
Bunun ardından Ali Məhkəmə ötən ilin 5 iyun tarixində Xuraman Mirzəyevanın kasasiya şikayətini təmin edərək Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işi yenidən geri qaytarıb.
Bakı Apelyasiya Məhkəməsinin hakimləri Saqi Məmmədov, Mədinə Bağırova və Məmməd Məhəmmədov Xuraman Mirzəyevanın xeyrinə qərar qəbul ediblər ki, Xətai Rayon Məhkəməsinin çıxartdığı qərar saxlanılsın. Bu isə Arifə Haqverdiyevanın mənzilinin əlindən alınması deməkdir. Ali Məhkəmə də bu ilin 25 aprelində sözügedən sonuncu qərarı təsdiqləyib və A.Haqverdiyevanın iddiasını təmin etməyib. Bu qərarı verən Ali Məhkəmə hakimləri isə Asan Kalbalıyev, Əsəd Mirzəliyev və İlqar Xələlov olub.
Beləliklə, 4 illik məhkəmə prosesi Arifə Haqverdiyevaya 84 min 750 manata başa gələn evinin əlindən çıxması ilə nəticələnib.
Dərdini "Yeni Müsavat”a danışan Arifə Haqverdiyeva yazır ki, hakimlərin qanunsuz olaraq çıxartdıqları qətnamə əsasında 6 nəfərlik qaçqın ailəsi qanuni evini itirib: "Pul verib aldığım, təmir etdiyim, 4 il yaşadığım mənzildən məni çıxarıb çölə atırlar. Yaşamağa başqa yerimiz yoxdur. Müstəqil dövlətimiz olsa da, onun məhkəmə sistemi bərbad vəziyyətdədir, bəzi hakimlərdə insanlıq, millət sevgisi və vətənpərvərlik yoxdur. Onları istənilən məhkəmə prosesində haqq-ədalət deyil, pul maraqlandırır. Araşdırma aparılmadan pul verənin xeyrinə qərar qəbul olunur. İddiaçı və evimi əlimdən alan Xuraman Mirzəyeva hər yerdə deyir ki, Xətai Rayon Məhkəməsinə 3000 manat, Bakı Apelyasiya Məhkəməsinə 5 min manat, Ali Məhkəməyə isə 10 min manat verib və məhkəməni bu yolla udub. Məhz bunun nəticəsində hər üç məhkəmənin hakimləri Xuraman Mirzəyevanın mənzil müqaviləsinin saxta olması ilə bağlı ekspert rəyinin olmasına rəğmən, onun xeyrinə qərar veriblər”.
Qeyd edək ki, şikayətçi redaksiyamızla yanaşı, ölkə başçısına da eyni məzmunlu müraciət ünvanlayıb. Arifə Haqverdiyeva hər üç məhkəmədə onun mənzili ilə bağlı qanunsuz qərar çıxaran hakimlərin cəzalandırılmasını xahiş edir.
Məsələ ilə bağlı qarşı tərəfin, eləcə də yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
|