Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                     Bayramovun ağlar günə qoyduğu Gəncə... .....                     Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib .....                     Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                     Qanunların üstündə əyləşən İCRA BAŞÇISI .....                     “Şəkər Zavodu metal alveriylə məşğuldur” .....                     Bölgələrdə bahalaşan əmlak... .....                 

Başçı Siyəzəni necə qarışdırır... - İDDİA
Tarix: 8-06-2019, 12:59 | Çap et
Başçı Siyəzəni necə qarışdırır...
Azərbaycanın şimal və cənub zonaları həmişə həssas regionlar olublar. Buna səbəb birində Rusiya, digərində isə İranla həmsərhəd olmağımızdır.

O baxımdan hakimiyyət İran və Rusiya ilə sərhəd bölgələrə xüsusi diqqət ayırıb, hansısa dairələrin məkrli planlar qurmasının qarşısını almağa çalışıb.

Çünki ölkəni içindən qarışdırmaq planı hər zaman cənub və şimal bölgəsindən olub və ötən illərdə müəyyən qüvvələrin cəhdləri nəticəsiz qalıb.

Misal üçün 2012-ci ildə Quba hadisələrini göstərmək olar ki, iqtidar prosesin miqyasının genişlənməsinə imkan vermədi, bir məmur özbaşınalığına qəzəblənmiş kütləni sakitləşdirməyə nail oldu.

Bir icra başçısının qudurğanlığı, yekəxana çıxışı böyük fəlakətə, araqarışdıranların fitnəsinə gətirib çıxara bilərdi. Eləcə də 2016-ci ilin yanvarında Siyəzəndə bahalaşma əleyhinə kütləvi aksiyaları, həbsləri qeyd etmək olar.

Devalvasiyadan sonra iqtisadi vəziyyətin pisləşməsi və vəziyyətdən sui-istifadə edən möhtəkirlərin, bəzi biznesmen məmurların süni qiymət aıtımına yol verməsi Siyəzəni ayağa qaldırmışdı. Bu proses böyüyə bilərdi və nəzarətdən çıxmaq təhlükəsi yaranardı.

Ona görə bəzi həbslər və qiymətlərin tənzimlənməsi siyasəti növbəti də şimal zonasını içindən qarışdırmaq niyyətində olan qüvvələrin ssenarini pozdu. Bu xronoloji xatırlatmaları diqqətə çatdırmaqda məqsəd budur ki, şimal bölgəsi yenidən qaynayır.

İndi də Siyəzəni Şabrandan bu rayona yeni transfer edilmiş qocaman icra başçısı, əslən lerikli olan Novruz Novruzlu gərginləşdirir. Maraqlıdır ki, cənublu məmur şimalda narazılıq ocağı yaradır, prezidentin apardığı sosial islahatlar ərəfəsində camaatı qızışdırır, ayağa qalxmağa sövq edir.

Reportyor.info-nun əməkdaşlarının verdiyi məlumata görə, səbəb Siyəzənin Tofiq İsmayılov küçəsində yaşayan ailələri yurd-yuvasından didərgin salıb, evlərini başına uçurub, yerində inşa aparmaqdır.

Bir cənublu sabiq başçısı Rauf Həbibovun Qubanı qarışdırıb, hakimiyyətin başına oyun açması azmış kimi, indi də digər cənublu icra başçısı Novruz Novruzlu Siyəzəndə aranı qatmaqda, əhalini narazı salmaqdadır.

Belə ki, Tofiq İsmayılov küçəsi, korpus- 12,13,17, 18, 21 və 22-də yaşayan sakinlərin evlərini yerlə-yeksan etmək istəyirlər.

Siyəzənin mərkəzində olan əraziyə “Cənub”MTK-nın gözü düşüb. Taleyin ironiyasıdır ki, şirkətin adı da cənubla əlaqəlidir. Belə ehtimallar və iddialar var ki, “Cənub” MTK elə N.Novruzluya yaxın şəxslər tərəfindən idarə olunur.

Şirkət bu yeri gözaltı edib və apreldə Mənzil İstismar Sahəsinin rəisi Xalid Əliyev, bələdiyyə sədri Azər Babayev sakinlərlə söhbətə gəlib. Camaata deyilib ki, şirkət ərazini alır, kvadratetrinə 400-500 manat təzminat verəcək.

Amma şirkət vəd edir ki, ərazini şumlayıb burada tikinti apardıqdan, yeni mənzilləri satdıqdan sonra mülk sahiblərinə kompensasiya ödəyəcək.

Kəsəsi, insanlara kələk gəlirlər, quru söz verirlər və vətəndaşlar aldadılmasından qorxur. Bu azmış kimi, sakinlərə deyilib ki, korpuslarda özbaşına tikililər aparmısınız, təzminatda nəzərə alınmayacaq.

Əslində, dövlət layihəsi və planı olmadığına görə şirkət ərazidəki bütün tikililər üçün kompensasiya ödəməyə məcburdu. Bu evlər dövlət planına düşmədiyi üçün vətəndaşların mülkiyyətini satmamaq və onu mənzil bazarının indiki reallıqlarına uyğun dəyərləndirmək hüququ var.

Çünki ərazini almaq istəyən özəl firmadır, öz kommersiya maraqlarını güdür, dövlət sifarişi deyil. Bu zaman sakinlərə onların tələb etdiyi kompensasiya verilməlidir.

Əks halda mülkiyyət toxunulmazdır və heç bir şirkətin ərazinə buldozer yeridib, məhkəmə qərarı olmadan söküntü aparmaq ixtiyarı yoxdur.

Reportyor.info-nun müxbirlərinə bildirilib ki, sakinləri hədələyirlər. Video müsahibə verən şikayətçilərin sözlərinə görə, onları qane edən məbləğ verilməsə evlərini tərk etməyəcəklər.

Lakin “JEK rəisi Xalid Əliyev və bələdiyyə sədri Azər Babayev onlara hədə-qorxu gəliblər. Deyiblər ki, qanunsuz tikililər və zəbt olunmuş ərazilər söküləcək.

Məsələ ilə bağlı sakinlər icra başçısının qəbuluna gediblər. Novruz Novruzov deyib ki, məsələdən xəbəri yoxdur, amma narahat olmayan, kimsə evinizə toxuna bilməz.

Üç gün sonra evlərə bildiriş gəlib ki, artıq tikililəri sökün. Əks halda 118.1.1 maddəsinə görə 10 min manat cərimə olunacaq yaxud həbs ediləcəksiniz.

Bu da bəs eləməyib, FHN nümayəndəsi əraziyə gələrək yaşayışın təhlükəli olduğunu, yanğın və s. əsassız iddialar irəli sürüb. Guya binalar qəzalıdır.

Sakinlər bildirirlər ki, illərdir uçuq-sökük evlərdəyaşayıb, dövlətdən yardım almayıb, öz xərcləri ilə kanalizasiya düzəldib, şərait qurublar, indisə məmurlar və bir şirkət ortalığa düşüb, vətəndaşları dövlətdən incik salır.

Maraqlıdır ki, “Cənub MTK” 2006-cı ildən sakinlərdən pul yığıb, onları bir il ərzində mənzillə təmin edəcəyinə dair müqavilə imzalayıb. Bu müqavilədəki öhdəliyə hələ də əməl etməyib.

Yeri gəlmişkən, şirkətin Bakının Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 60 ünvanında ev alan sakinləriindiyə qədər halal mənzillərinə sahib çıxa bilməyiblər.

Siyəzəndəki evlərdə isə 24 ailədir, içərisində Qarabağ veteranı da var, xəstəsi də, qocası da, şikəsti də… Amma kasıb adamlardan Siyəzən icra başçısı və “Cənub” MTK nə istəyir, bilmək olmur.

Ən azı qanuni şəkildə kompensasiyalar ödənməli, insanlar kirayələrə yerləşdirilməli, sonra evlər sökülməlidir. Amma şirkət bələdiyyə sədri və “JEK” rəisinin vasitəsi ilə təzyiq yolu seçib, əlavə tikililəri hesaba almır.(REPORTYOR.info)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru