“Hörmətli Sahil Babayev, indi mən nə edim?” - Müraciət
Tarix: 25-06-2019, 15:33 | Çap et
Ölkədə bir çox sahələrdə islahatlar aparılsa da, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan addımlar hələ də qənaətbəxş deyil. Belə ki, ölkədə kifayət qədər saxta əlillik statusu alan vətəndaşların olmasına rəğmən, həqiqi xəstə olan insanlar əlilik statusu ala bilmir. Halbuki, belə insanlara daha həssas yanaşılmalı, onlara əlillik statusu verilməlidi ki, ayrılan təqaudlə öz dərman xərclərini ödəsinlər.
Həssas yanaşılmalı, əlillik statusu verilməli olan vətəndaşlardan biri də Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Sadıqov Səməd Bəxtiyar oğludur ki, onun kəllə-beyini xəstə, onurğası sınıq olduğu halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona əlillik statusu verməkdən imtina edib. Hansı ki, bu vətəndaşın heç bir iş qabiliyyəti yoxdur, hər gün başının ağrısını kəsmək üçün ona “Dexalgin”, “Rotafen” iynələri vurulur. Buna rəğmən, sözsügedən nazirlik vətəndaşa əlillik statusu verməkdən imtina edir. Cavaba baxın, “Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. İnstrumental müayinələrin nəticələrinin yenilənməsi və dəqiqləşdirilməsi üçün əlavə müalicə təyin olunur”. Görəsən, iş qabiliyyəti olmayan bir şəxs hansı pulla müalicə olunmalıdır? Təbii ki, adı keçən vətəndaş dəfələrlə Bakıda, Şəkidə müalicə alıb, amma bu müalicələr heç bir effekt verməyib. Əslində, bu, həm də bizim səhiyyəmizin səviyyəsinin göstəricisidir. Səhiyyəsi “ölü” vəziyyətdə olan bir ölkənin vətəndaşının maddi durumu tükənibsə, hansı pulla yenidən müalicə alsın? Sözügedeən nazirlikdə isə bunun fərqinə varmadan imtina yazıblar.
Vətəndaşın vəziyyətini araşdırmadan imtina yazan məmur, yaxşı olar ki, bir az özünüzu həmin şəxsin yerində təsəvvür etsin. Məhz bu kimi məmurların yarıtmaz fəaliyyəti ucbatından həm maddi sıxıntı, həm də dözülməz ağrılarla yaşayan bu və bunun kimi insanlar nələr çəkir. Amma görünən odur ki, bu və bunun kimi insanların ağrı, üstəlik də ehtiyac içərisində yaşamaları məmurları narahat etmir. Çox güman ki, adı keçən şəxs lazımi məmurlara rüşvət versəydi, əlillik dərəcəsi ala bilərdi. Çünki dəfələrlə mətbuatda əlil olmayan şəxslərin saxta yollarla əlillik dərəcəsi aldığı vurğulanıb. Hətta xatırlayırsınızsa, ötən il Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlandığını sözügedən nazirlik özü açıqlamışdı.
Göründüyü kimi, Azərbayacanda bəzi məmurlar rüşvətlə saxta əlilik verərək dövlət büdcəsinə zərər vurmaqla məşğuldurlar, amma həqiqətən xəstə olan insanlara əlillik statusu vermək lazım gələndə əlavə müalicəyə ehtiyac yaranır. Məmurların bu yanaşması isə xalqı dövlətdən narazı salır. Amma xalqla dövlətin vəhdətinə nail olmaq lazımdır. Bunun üçün isə ölkədə insan hüquq və azadlıqları təmin edilməlidir. Yoxsa 3,6 ay Qarabağ ərazisində, Tərtərdə, Ağdərədə, Murovda hərbi xidmətdə olub, sağlamlığını vətən yolunda fəda edən vətəndaşa laqeyd münasibət bizə heç nə verməyəcək. Hətta bundan qazanan düşmən, itirən isə biz olacağıq. Gəlin, hansısa vətəndaşımızın dövlətimizə etibarının, güvənin itməsinə yol verməyək, onun sosial problemlərini həll edək.
Bildiyimiz kimi, Azərbaycan rəsmi olaraq 2013-cü ildən sosial dövlət elan olunub. Azərbaycan sosial dövlətdirsə, xüsusən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gərək öz sosiallığını qoruyub saxlaya. Təəssüf ki, bu, belə görünmür...
“Hörmətli Sahil Babayev, indi mən nə edim?”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtina cavabından sonra Şəki sakini Səməd Sadıqov “Hürriyyət” qəzeti vasitəsilə nazir Sahil Babayeva səslənib: “Hörmətli Sahil Babayev, mən 1994-cu ilin ortalarından 1998-ci ilin sonuna qədər Azərbaycanın azadlığı və bütövülyü uğrunda döyüşlərdə iştirak etmişəm. Hal-hazırda ağır vəziyyətdəyəm. İki azyaşlı məktəbli uşağım var. Özgənin evində qalıram. Özümün də əmək qabiliyyətim yoxdur. Əllərim, belim qırıq, başım travma alıb, beyin itmələrim var. Tez-tez məni qıc olma tutur, kiminsə köməyi ilə oturub-dururam. Şəki Rayon Mərkəzi Xəstəxanasında komissiya vəziyyətimi yazıb göndərir, Dövlət Sosial Müdafiə Fondu isə imtina yazır. Hörmətli Sahil Babayev, indi mən nə edim? Ailəmə baxa bilmirəm. Sosial yardım da almıram. Artıq özümə qəsd etmək həddindəyəm. Sizdən xahiş edirəm, mənə tezliklə kömək edəsiniz”. Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
|