Çarəsiz sahibkarlar Azərbaycan məhkəmlərindən ƏLLƏRİNİ ÜZÜBLƏR... - NARAZILIQ!
Tarix: 18-08-2021, 09:30 | Çap et
Uzun müddətdir ki, paytaxt Bakının ən elitar ərazisində -- Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən "Yasmin" biznes mərkəzindən, külli miqdarda pullarını ödəməklə, özlərinə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamının olmazın haqsızlıqlarla üz-üzə qalmaları barədə, ölkə ictimaiyyəti də məlumatlıdır. Onu da bildiririk ki, haqları tapdanan bu sahibkarlar “Mars -- M” MMC-nin və “XalqBank”ın iştirakçısı olduğu tikinti fırıldağının qurbanlarıdırlar. Bu fırıldaq işlərində, bir neçə aidiyyatı dövlət qurumu da, hansısa formada rol oynayıb. Müəyyən iddialara görə, fırıldaq əməllərini ört-basdır etmək üçün, bu günə kimi, həm hüquq-mühafizə orqanları, həm də məhkəmələr hansısa maraqlar çərçivəsində 5 milyon manatdan çox ziyana düşmüş həmin obyekt və ofis sahiblərini öz investisiyalarından məhrum etməyə çalışırlar.
Xeyli müddətdir ki, burada baş verən qalmaqallı olaylarla bağlı, ölkə mətbuatı ilə bərabər, araz.az saytı da onlarla yazı dərc edib. Onu da qeyd edək ki, bu iş adamları, son ümid yeri olaraq, bu ciddi məsələ ilə bağlı, ölkə başçısı möhtərəm İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da müraciətlər ünvanlayıb və bu etiraz yazılarında, üzləşdikləri bu cinayət əməlinin yalnız onlara qarşı deyil, eyni zamanda dövlətimizə, xalqımıza, cənab Prezidentin yürütdüyü daxili siyasətə qarşı olduğunu da xüsusi vurğulayırlar. Onlar, ölkə rəhbərinə və Birinci vitse-prezidentə ünvanladıqları həmin müraciətlərində: "Sizdən xahiş edirik ki, bu məsələni şəxsi nəzarətinizə götürüb, haqq-ədalətin bərpa olunmasında bizə kömək əlinizi uzadasınız! Çünki "XalqBank" "Yasmin" biznes mərkəzini, məhkəmələr gedə-gedə hərraca çıxarmaqla, biz sahibkarlara hərtərəfli ciddi zərbələr vurur!” -- deyə, öz kəskin etirazlarını bu sözlərlə ifadə edirlər.
Unutmaq olmaz ki, cənab Prezident öz çıxışlarında dəfələrlə sahibkarlığın inkişafına mane olmaq istəyənləri, Azərbaycana xəyanət edən qatı düşmən hesab etdiyini bildirib. Yəni, ölkə rəhbəri dönə-dönə vurğulayıb ki, ölkənin uğuru onun biznesinin inkişafından daha çox asılı olduğu üçün, bu məqsədlə ortaya qoyulan dövlət siyasətinə, prezidentin siyasi iradəsinə hörmət və ehtiram göstərilməli, dövlət qurumları bu inkişafa maneçilik törətməməli, əskinə, daha yaxından kömək edib, şərait və imkan yaratmalıdırlar. Cənab Prezidentin bu yöndə etdiyi çıxışların varlığına baxmayaraq, ölkə biznesinin inkişafına əngəl olan məmurlar, eləcə də "XalqBank" ASC-də və "Mars -- M" MMC-də məsul vəzifə tutanlar, Yasmin» biznes mərkəzindəki 20 nəfərdən çox obyekt və ofis sahibinin başlarına olmazın oyunlar gətiriblər. Baxmayaraq ki, Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2017-ci il tarixli və Ali Məhkəmənin 18 oktyabr 2017-ci il tarixli ədalətli qərarları ilə, zərərçəkən bu sahibkarların mülkiyyət hüquqları müdafiə də olunub. Di gəl ki, sahibkarların hüquqlarını müdafiə edən həmin qərarları isə, Konstitusiya Məhkəməsi özünün 18 iyul 2018-ci il tarixli Qərarı ilə ləğv edib və Ali Məhkəmənin Plenuma göndərməsini məqsədəuyğun hesab edib. Bu isə, Konstitusiya Məhkəməsində qol qoyulan ciddi qanun pozuntusu kimi, kəskin etirazlarla qarşılanıb. Daha sonra, Plenum işə Apellyasiya Məhkəməsində ətraflı baxılması üçün, Qərar qəbul edib. Nə olsun!.. "Çevir tatı, vur tatı!" həmişə öz sözünü deyib. Ümumiyyətlə, obyekt sahibləri bu yöndən baş verənlərin hər birini əsl cinayət hadisəsi kimi qiymətləndirirlər.
Qeyd edək ki, iddiaçı obyekt və ofis sahibləri Əliyev Elçin Vahid oğlu, Məhərrəmov İlqar Sübhi oğlu, Məmmədova Ruhiyyət Əksəriyyət qızı, Quliyev Sahib Həmid oğlu, Hüseynov Anar Allahverən oğlu, Zamanov Ədalət Rəhman oğlu, Kazımov Zülfüqar Musa oğlu, Bağırova Natəvan Şəmistan qızı, Mahmudov Akif Bilal oğlu, Mahmudov Azər Akif oğlu və Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızı... cavabdehlər “XalqBank” və “Mars -- M” arasında bağlanmış 8 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair, İddia Ərizəsi ilə, bir daha məhkəməyə müraciət etsələr də, Bakı şəhər, Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(005)-512/2020 saylı Qətnaməsi ilə, iddia tələbi təmin olunmayıb. İddiaçılar bu Qətnamədən apellyasiya şikayəti versələr də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli 2(103)-8277/2020 saylı Qətnaməsi ilə apellyasiya şikayətini təmin etməyib. Məcburiyyətdən, iddiaçılar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Kassasiya Şikayətlərini təqdim ediblər və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci tarixli 2(103)-8277/2020 saylı Qətnaməsinin ləğv olunmasını istəyiblər.
İddia tələbinin təmin olunması barədə Qərar qəbul olunmasını xahiş edənlər, bu dəfə də, haqsızlıqla üzləşiblər. Bu günlərdə, Ali Məhkəmənin Mülki Kollegiyası onların Kassasiya Şikayətindəki tələbələrini təmin etməyib və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının Qərarını qüvvədə saxlayıb. Bütün bunlar bir daha onu sübut edir ki, “Xalq Bank”ın başında duranların yuxarılara bağlılıqları danılmaz həqiqətdir. Onların məhkəmə hakimlərinə hansısa yollarla təsir göstərərək, istəklərinə nail ola bilmələri elə də çətin olmur.
Sonda onu da bildirək ki, “Mars -- M” MMC-nin və “XalqBank”ın fırıldağına məruz qalan və mülkiyyət hüquqları pozulan bu sahibkarlar, ölkədə ədalətli açıq məhkəmə prosesinin təmin edilməməsi ucbatından, məcburiyyətdən, pozulmuş hüquqlarının bərpa olunması məqsədilə, son ümid yeri olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmağı qərara alıblar. Mövzu maraqlı olduğu üçün, diqqətdə saxlayacağıq. araz.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|