GƏRGİNLİK: Şərurun polis rəisi üsyan bayrağı qaldırdı... - Naxçıvan MR DİN-də növbəti qalmaqal
Tarix: 22-01-2022, 11:47 | Çap et
Naxçıvan MR Daxili İşlər naziri əvəzi Rəşad İsmayılovun səriştəsizliyinə sıravi polislərindən sonra indi isə yüksək vəzifəli rəis heyəti də üsyan etməyə başlayıb. DİA.AZ ovqat.com-a istinadən xəbər verir k, bu barədə məlumat Muxtar Respublika DİN-də çalışan yüksək vəzifəli şəxslərdən biri tərəfindən verilib. Bəs Nəsib İsmayılovu qiyam bayrağı qaldırmağa nə vadar edib? Sualın cavabına keçməmişdən əvvəl kiçik bir haşiyəyə çıxıb Şərur Polis İdarəsinin əhəmiyyətindən bəhs etmək istərdik. Şərur rayonu Naxçıvan MR-nın əhali baxımından ən böyük rayonudur. Rəsmi statistikaya inansaq, Şərur rayonunun 120.000 nəfərdən çox əhalisi var. Bunu nəzərə alan Naxçıvan MR Ali Məclisi sədrinin fərmanı ilə Şərur Rayon Polis Şöbəsinə İdarə statusu verilib. Başqa sözlə, bu idarə Naxçıvan DİN-nin əsas sütunlarından sayılır. İdarəyə polis polkovnik-leytenantı Nəsib İsmayılov rəhbərlik edir. Nəsib İsmayılovu istefa verməyə hazırlaşacaq qədər zinhara gətirən isə Naxçıvan DİN-in xüsusi əhəmiyyətli şöbəsinin (dövlət sirri sayıldığından şöbənin adı çəkilmir) rəisi, el arasına “Gestapo” ləqəbiylə məşhur olan Tofiq Qarayevin əməlləridir. Belə ki, nazir əvəzi Rəşad İsmayılovun göstərişi ilə Naxçıvan “Gestapo”sunun ənənəvi fəaliyyətini bərpa etməsi (İddialara görə, legitim nazir Fazil Ələkbərovun zamanında bu idarənin əl-qolu bağlanmışdı) Muxtar Respublikanın polis orqanlarında heç kəs işləmək istəmir. Sırf Şərur Polis İdarəsinin rəisinin məsələsinə gəlincə, bildirilir ki, Tofiq Qarayevin əmri ilə İmran adlı polis serjantı bu rayona göndərilib. İmran tez-tez Şərur rayonunda olur və işə getmir. Sadəcə “Gestapo”nun ona tapşırdığı gizli işləri görür. Naxçıvan şəhərində olduğu müddətdə isə o, 85-NP-101 dövlət qeydiyyat nişanlı “KİA SPORTAGE” markalı xidməti avtomobillə Tofiq Qarayevin ailə sürücülüyü funksiyasını həyata keçirir. Halbuki, xidməti avtomobildən şəxsi məqsədlər üçün istifadə etmək qəti qadağandır. Əl-qərəz, Naxçıvan DİN “Gestapo”sunun Şərur üzrə nümayəndəsi olan İmran müəllim rayonda olduğu müddətdə qanunsuz olaraq yerli polis əməkdaşlarını güdür. Polis əməkdaşlırının necə güdülməsi barədə keçən yazılarımızda məlumat verdiyimizə görə təkrarçılığa yol vermirik. Bu güdülmə nəticəsində isə Naxçıvan DİN əvəzi Rəşad İsmayılov Şərur RPİ-nin rəisi Nəsib İsmayılovu çox ağır ittihamlara məruz qoyur. Tez-tez eşitdiyi qınaqlara dözə bilməyən Nəsib İsmayılov bir neçə gün öncə artıq bu rejimdə xidmət etmək istəmədiyini bildirib və xidmətdən xaric olunmasını tələb edib. Hətta bu barədə raport yazmaq istəyən polis rəisinə yuxarı dairələr imkan verməyib. Birdən səs-sorağı gəlib paytaxta çıxa və media tərəfindən işıqlandırıla bilər, deyə”.
Haşiyə Mənbəmizin bildirdiyinə görə, Naxçıvan MR rəhbərliyi Şərur RPİ-nin rəisi apardıqları proflaktik söhbət zamanı onu inandırmışlar ki, yaxın zamanlarda “kiçik torpaq” polislərinin gününü qara edən “Gestapo” rejimi yumşaldılacaq, həmin idarənin rəisi Tofiq Qarayev və ətrafı ümumiyyətlə sistemdən uzaqlaşdırılacaq. Dediklərinə görə, Muxtar iradəni bu addımı atmağa imkan verməyən paytaxtdakı bəzi “antopod” media nümayəndələridir. Guya həmin “antipod” media davamlı olaraq bu məsələni gündəmdə saxladığına görə, rəhbərlik həmin şəxsləri işdən uzaqlaşdıra bilmir. Axı, millət “hansısa jurnalist yazdı, Cənab Sədr filankəsi işdən çıxardı” deyər, bununla da zati-alilərinin xənçərinin gümüşü düşər. Görünür, Naxçıvan muxtar hakimiyyəti “antipod” deyərkən bizim Ovqat.com-u və bizim zavallı “Qara Pişiyi” nəzərdə tutur. “Qara Pişik” isə zavallılığına baxmayın, az aşın duzu deyil; Muxtar Respublika hakimiyyətinin səmimiyyətinə inanmadığından bu zillət bitməyənədək “xəbərçiliyinə” fasilə vermək istəmir. Belə çıxır ki, Naxçıvan polislərinin işi qaldı qiyamətə.
*** “Muxtar Resublika hakimiyyətinin bu inadkarlığının nəticəsidir ki, bu gün artıq Naxçıvanda cinayətkarlıq böyük vüsətlə artır. Naxçıvan MR-də dələduzluq və oğurluq cinayətləri artım tepmi ilə yüksəlməkdə davam edir. Təbii ki, bu cinayət hadisələrinin heç biri qeydiyyata alınmır. Naxçıvan DİN-in “Gestapo” şöbəsi (adını açıqlamaq qanunən qadağan olunduğundan biz də onu bu cür təqdim etməyə məcburuq) isə cinayətkarlıqla mübarizə aparmaq yerinə polis əməkdaşlarını sinsidirlər. Bilirsiniz niyə? Çünki, orada xidmət edənlərin cinayətkarlıqla necə mübarizə aparılmasından xəbərləri yoxdur. Axı necə xəbərləri olsun? Bir stukturun rəsinin ki, hüquq təhsili olmaya, işçilərinin biri musiqi müəllimi, birinin keçmişi müəmmalı (Haqqında bəzi məlumatlarımız olsa da, insanlıq xətrinə açıqlamırıq. “Qara Pişiy”in humanizmi yenə öz işini görür) ola, bundan artıq nəticə gözləməyə dəyməz”. Mənbəmiz hesab edir ki, Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbovun bütün bunlardan xəbəri yoxdur: “Cənab sədr bilmir ki, Tofiq Qarayev hər addımını onun xüsusi göstərişi ilə atdığını bildirir. Haqlı olaraq sual olunur: Cənab Sədrmi deyir ki, gedin polis əməkdaşlarını güdün? Yəni Ali Məclisin sədri həqiqətənmi öz işini-gücünü atıb polis əməkdaşlarının güdülməsini tapşırıb? Əlbəttə ki, yox. Rəşad İsmayılov, Tofiq Qarayev, Asəm Kazımov, İmran və s. kimi şəxslərin yarıtmaz fəaliyyətləri nəticəsində həm cənab Vasif Talıbovun şəxsi nüfuzuna, həm də dövlətin daxili dayaqlarına böyük zərbələr vurulur. Polis dövlətin daxili sütunudur. Yuxarıda adını çəkdiyimiz işbilməz şəxslərin sayəsində dövlətimizin dayaqları laxlayır. Vasif Talıbov özü şəxsən bu vəziyyətə müdaxilə etməsə, işlər daha da pisləşəcək. Cənab Sədrə düzgün informasiya çatdırılmır. Onu ətrafındakılar aldadırlar”, - mənbəmiz belə fikirləşir. P.S. Biz də mənbəmizin iddialarını sınaqdan keçirmək üçün bütün deyilənləri qələmə alıb yayımlayırıq. Ümidvarıq ki, Cənab Sədr də arada Ovqat.com-un səhifələrini "vərəqləyib" Naxçıvanda baş verən hadisələrdən xəbər tutar. Beləcə mənbəmizin ümidləri öz təsdiqini tapar. Bundan sonra da Muxtar Respublika rəhbərliyi “jurnalist yazdısa, mən problemləri həll etməyəcəyəm” inadkarlığına üstünlük verəcəklərsə, yenə öz seçimləridir. Biz bir media orqanı kimi öz işimizi görürük və kiminsə bizə “antipod” kimi baxması vəzifə borcumuzu yerinə yetirməyə əngəl törədə bilməz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
|