Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid - FAKT BUDUR!
Tarix: 28-01-2022, 10:42 | Çap et
Azərbaycanda təhsilin zəif olması, müəllim-şagird davranışlarının düzgün qurulmaması, məktəblərdə pul yığılması, direktorların hegemonluğu, qəbul edilməsində validyenlərin çətinlik çəkdiyi “Valideyn, Müəllim Assosasiyaları” (VMA) və s. və ilaxır zaman-zaman sosial şəbəkələrin qınaq obyektinə çevrilib. Misir Mərdanov dövründən ölkədəki təhsili nazirin acınacaqlı duruma saldığı iddia edilsə də, nazirlər dəyişdikcə vəziyyətin daha da ağırlaşması, elə ən yaxşısının Misir Mərdanov olduğunu sübut edirdi. Nazirlər dəyişdi, amma nə məktəblərdə pul yığımının qarşısı alındı, nə təhsilin səviyyəsi yüksəldi. Əksinə, məktəblərə elə əvvəldən naqis olan müəllim-şagird münasibətləri bir qədər də acınacaqlı vəziyyət aldı. Bu gün də həmin vəziyyətin şahidi oluruq.
Əvvəlcə məktəb direktorlarından danışaq. Bu vəzifəyə direktorlar təyin edilərkən təkcə savadı, iş təcrübəsi, ona himayədarlıq edən şəxslər və yaxud bu vəzifəyə təklif etdiyi vəsait deyil, insanlığı nəzərə alınmalıdır. Amma təəssüf olsun ki, bu gün məktəb direktorlarının necə təyin edilməsi cəmiyyət üçün sual altındadır. Məsələn, təqaüd yaşı çatmış, ömrünün qalan hissəsini nəvələri ilə keçirməli olan biri əsəblərinə necə sahib olub başqasının uşağının nazını çəkə bilər ki? Məktəb direktorları təyin edilməzdən öncə, onların psixikası da xüsusi komissiyalar tərəfindən yoxlanılmalıdır. Əks halda, vay o məktəbin də, uşaqların da halına.
Etiraf edək ki, bu gün məktəb direktorlarının bəziləri sanki “verdiyi pulu yığmaq” prinsipi ilə çalışır. Müəllimlərə pul yığımı ilə bağlı verilən əmr və tapşırıqlar, danışıq və davranış tonu bunu bir daha sübut edir. Bəzən məktəb direktorları həddi o qədər aşır ki, adi qonşuluq qaydalarında belə əmrlə danışır, sanki məktəbdə işçilərinə əmr edirlər. Şəxsən mən elə birisini tanıyıram. Direktorun dəfələrlə pul yığması barədə mətbuatda məlumatlar yer alsa da, təqaüd yaşını keçsə də, nazirlik direktora “gözün üstə qaşın var” deməyib. O da, sağ olsun, təkcə məktəbdə deyil, həyatda da özünü elə aparır ki, sanki “burda odur, Bağdatda kor xəlifə”...
Və yaxud VMA-lardan danışaq. Deyirlər ki, bu ictimai təşkilatdır və hər kəs bura könüllü şəkildə üzv ola bilər. Könüllü şəkildə üzv olanlar da, könüllü şəkildə pul ödəyirlər. Ancaq nədənsə, bu könüllülük prinsipi bəzi məktəblərə valideynlərin işgəncəsinə çevrilib.
Yığılan məbləğ il üçün böyük olmaya bilər (100-150 manat ). Amma bu məbləğin hara xərcləndiyi valideynlər üçün hər zaman sual olaraq qalıb. Məsələn, hər bir valideyn düşünür ki, ölkədə 9 illik tısil məcburidir və mənim övladım 9-cu sinifə qədər pulsuz oxumalıdır. Belə olan halda mən niyə pul ödəməliyəm? Hə, istədiyim müəllim üçün onun davranışına görə, kiçik hədiyyə ala bilərəm. Amma hara xərclədiyini bilmədiyim bir quruma niyə pul verməliyəm? Belə vəziyyətlə özüm də 3 il əvvəl qarşılaşmışdım.
Və yaxud məktəblərdə müəllim-şagird davranışlarının düzgün qurulmaması məsələsi. Düzdür, müəllimin işi ağırdır, bu danılmazdır. Təsəvvür edin ki, bir sinifdə 30 şagird varsa, bu 30 müxtəlif ailə deməkdir. Və hər ailənin təlim-tərbiyəsi də müxtəlif olduğu üçün müəllim müxtəlif xarakterli uşaqlarla ünsiyyətdə olmaq çətinliyi ilə üz-üzə qalır. Və əgər müəllimin həyatında, şəxsi problemləri varsa, bu müxtəlifliyə dözüm nümayiş etdirə bilmir. Ya arsızlaşıb, hər şeyi buraxır, saatın keçməsini gözləyir, ya da zorakılığa əl atır. Şəxsi həyatında problemi olmayan bir qisim isə uşaqlarla normal davrana bilir.
Bu baxımdan müəllimlər də işə götürülərkən verdikləri imtahanlarla yanaşı, psxixoloji müayinədən keçirilməlidir. Psixi problemləri olan, zorakılıq nümayiş etdirən müəllimlərdən uşaq ancaq aqressiyanı öyrənə bilər.
İndi isə keçək, hörmətli nazir Emin Əmirullayev cənablarına... Gənc, potensiallı olduğu iddia edilən nazirin dəfələrlə brifinqlərinə, onun jurnalistlərlə davranışlarına nəzər salanda elə hiss edirsən ki, yuxarıda qeyd etdiyim məktəb direktorları bu nazirin “əlindən su içib”...
Hörmətli nazirimiz deyir ki, “onun vaxtında da məktəblərdə pul yığımı olub”. Yəni, bu problemi o da yaşayıb. Əvvəllər pul yığımı "pərdəli" aparılırdısa, nazirin bu açıqlamasından sonra təhsilimiz "örtülü bazardan açıq bazara" keçib.
Əgər bu problem nazir özü məktəbli olanda da görübsə, niyə qarşısını almır? Məktəblərdə yaşanan problemlər yalnız sosial şəbəkələrə düşdükdən sonra həllini tapır. Axı, niyə nazirimiz şəffaf və xüsusilə qeyd edim ki, rüşvətxor olmayan insanlardan təşkil edilmiş bir komissiya yaradıb anidən məktəblərə göndərmir? Niyə axı məktəblərə komissiya gələcəyi zaman hər kəs bir-birinə “bu yaxınlarda komissiya olacaq, diqqətli olun” deyə xəbərdarlıq edə bilir? Niyə axı gələcək komissiyadan direktorlar xəbərdar olub, xüsusi "süfrə" açır və hətta gələn "qonaqların" cibinə doldurmaq üçün “nəsə də” hazırlayır? Ən son isə nazirliyin mətbuat xidmətinə nəzər salaq... İllərdir ki, nazirlər dəyişilsə də, mətbuat xidmətində işçilər yenilənmir. Məsələn, əvvəllər biz deyirdik ki, Bayram Hüseynzadə suallarımıza cavab vermir, sanki nazir budur... İndi isə... Bayramlarda neçə manatlıq hədiyyə kartı və bir dəstə güllə jurnalist kütləsi yığan mətbuat katibi təhsildə olan çatışmazlıqları ört-basdır etməyə çalışır. Hər hansı bir neqativ hal olduğu zaman ancaq öz ətrafında olan jurnalistlərə açıqlamalar verib yazdırır. Əllərində olsa, Azərbaycan təhsilində baş verən neqativ hadisələrin hamısının Papua Yeni Qvineyada olduğunu iddia edərlər. Necə ki, nazirlik az əvvəl Xətai rayonu 165 saylı məktəbdə baş verənlərin "Azərbaycanda baş vermədiyini" bildirmişdi. Bizimyol.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
|