Daha bir vəzifəli şəxsin qollarına qandal vuruldu - Tarama davam edir - YENİLƏNDİ
Tarix: 2-11-2015, 11:13 |
Çap et
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Optik Qurğular İdarəsinin rəisi Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Etibarlı mənbədən Trend-ə verilən məlumatda bildirilir ki, N.Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bundan öncə RYTN-nin başqa vəzifəli şəxsləri də işdən azad edilərək, barələrində cinayət işi başlanılıb.
***
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Optik Qurğular İdarəsinin rəisi Namazəli Məmmədovun həb s edilməsi ilə bağlı yayılan xəbərlərə Rabitə və İnformaisya Texnologiyaları Nazirliyi aydınlıq gətirib”.
Qurumun mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov SalamNews-a açıqlamasında bildirib ki, Optik Qurğular İdarəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində deyil. Namazəli Məmmədovu isə biz tanımırıq.
“Optik Qurğular İdarəsinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olduğunu yazmaq düzgün deyil”, - deyə şöbə rəhbəri əlavə edib.
Qeyd edək ki, Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun haqqında həbs-qətimkan tədbiri seçildiyi iddia olunur.