“Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                     ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                 

Ziya Məmmədovdan "qurtuluş yolu"... - Naziri belə çıxdaş edəcəklər...
Tarix: 3-11-2015, 10:13 | Çap et
Ziya Məmmədovdan "qurtuluş yolu"...
Xatırlayırsınızsa son günlərə qədər ölkə gündəminin bir nömrəli mövzusu nəqliyyat naziri Ziya Məmmədovun “vurulma prosesinin” məntiqi sonluğuna yaxınlaşması idi. Müşahidələr də belə düşünməyə əsas verirdi ki, artıq bu istiqamətdə ciddi addımlar atılıb və prosesin dönməz xarakter aldığı qətiləşib. Belə ki, səlahiyyətləri bir-birinin ardınca əlindən alınan Ziya Məmmədov faktiki olaraq “portfelsiz nazir” statusuna gətirilib ki, bu da prosesin hansı məcrada cərəyan edəcəyini proqnozlaşdırmaq üçün ipucları verməkdədir. Amma Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən məlum olaylar bir vaxtlar ölkə gündəminin əsas mövzusu olan Ziya Məmmədov məsələsini sanki ikinci plana itələyib.

Məlum olduğu kimi, milli təhlükəsizlik naziri Eldar Mahmudov gözlənilmədən tutduğu vəzifədən uzaqlaşdırıldı, MTN-də iri rütbəli əməkdaşların həbsiylə müşaiyyət olunan proses isə bütün digər mövzuları kölgədə qoydu. Bununla belə, etiraf olunmalıdır ki, nəqliyyat naziri Ziya Məmmədovun aqibətilə bağlı məsələ hələ də ictimai maraq kəsb edir. Elə bu ictimai marağı nəzərə alaraq “Unikal” qəzeti mövzuya yenidən qayıtmaq və Ziya Məmmədovla bağlı hansı ssenarinin işə salına biləcəyi ilə bağlı ehtimalları nəzərdən keçirmək qərarına gəlib.
Məlumat üçün bildirək ki, Ziya Məmmədov 2002-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Nəqliyyat naziri vəzifəsinə təyin olunub. Artıq 13 ildir ki, bu postda əyləşən Ziya Məmmədov həm təmsil etdiyi sahədə baş verən nöqsanlar, həmçinin də ailə üzvləri və qohumlarının bir sıra neqativ hərəkətləri ilə hər zaman medianın gündəmində olub. İstisnasız olaraq deyə bilərik ki, haqqında mediada ən çox tənqidi məqalə yazılan məmurlardan birincisi elə Ziya Məmmədovdur. Bir çoxları hesab edir ki, əslində onun bu post ilə vidalaşacağı heç də qəribə görünməməlidir. Çünki buna əsas verən bir sıra səbəblər vardır. Nəqliyyat naziri Ziya Məmmədov əsasən ölkənin yol infrastrukturunun yaxşılaşdırılmasına cavabdeh olan şəxsdir. Düzdür, bu müddət ərzində yollar əvvəlki illərə nisbətən xeyli yaxşılaşsa da, amma nöqsanlar yenə də qalmaqda davam edir. Bu sahədə əsas narazılıq ondan ibarət idi ki, yolların çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər aidiyyatı üzrə xərclənmir, bu sahədə fantastik yeyinti faktları mövcuddur. Belə ki, çəkilən yollar bir neçə müddətdən sonra yararsız vəziyyətə düşür. Belə olan halda ikinci dəfə dövlət büdcəsi hesabına yenidən yollar çəkilməli olur. Bu da büdcəyə ikiqat ziyan gətirən amildir.
İkinci əsas problemlərdən biri də Bakıda avtobus və taksi sistemi ilə bağlıdır. Taksi sürücülərinin Nəqliyyat “qoçu” larından dəfələrlə narazı olduqlarının şahidi olmuşuq. Baş verən mübahisələr, davalara dair çoxsaylı videolar yayımlanıb. Bundan əlavə, sərnişindaşıma ilə məşğul olan avtobus sürücüləri bir çox hallarda qayda pozuntusuna yol veriblər. Görünür, elə bu narazılıqların məntiqi yekunu olaraq sürücülərin “qorxunc röyası”na çevrilmiş nəqliyyat müfəttişləri artıq tarixə qovuşdu. Nəqliyyat Departamentinin səlahiyyətləri isə Dövlət Yol Polisinə verilib. Söhbət Nəqliyyat Nazirliyinin əlindən alınmış səlahiyyətlərindən düşmüşkən qeyd edək ki, adıçəkilən qurumun əksər səlahiyyətləri “Asan xidmət” və digər dövlət strukturları arasında bölüşdürülüb.
Bütün bunlardan sonra isə gözlənilən o idi ki, proses nəqliyyat naziri Ziya Məmmədovun tutduğu vəzifədən azad ediləcəyi ilə yekunlaşacaq. Hətta belə bir xəbərlər də yayılmışdı ki, Ziya Məmmədov əmək məzuniyyətindən ya qayıtmayacaq ya da qayıdan kimi onun işdən azad olunmasına şahidlik edəcəyik. Amma fakt ondan ibarətdir ki, Ziya Məmmədov məzuniyyətdən qayıtdı və bu gün də işinin başındadır. Düzdür, demək olar ki, əksər vacib səlahiyyətləri əlindən alınıb, bununla belə o hələ də nazir kreslosunu qorumağı bacarıb.
O, hətta bu “uğur”u ilə öyünməkdən belə çəkinmir. Məsələn, məzuniyyətdən qayıtdıqdan sonra bölgələrdəki görüşlərdən birində jurnalistlərə “bəs yazırdınız ki, mən qaçmışam” deyə atmaca atan nazir bununla həm də hakimiyyət düşərgəsindəki rəqiblərinə meydan oxuduğu şübhəsizdir. Bununla bağlı “Unikal” qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, hakimiyyət daxilində Ziya Məmmədovun işdən çıxarılmasına çalışan güclü qruplaşmalar var.Amma
mənbəmiz iddia edir ki, Ziya Məmmədov hələ bir müddət postunda qalacaq: “Ziya Məmmədov aralıq dövrü üçün nazir postunu qoruyub saxlayacaq. Amma bunun uzun müddət davam edəcəyini düşünmək də doğru olmaz. Fakt bundan ibarətdir ki, hazırda Nəqliyyat Nazirliyinin əksər səlahiyyətləri əlindən alınıb, bu isə həmin strukturda ciddi islahatların aparılmasını diqtə edir. Çox böyük ehtimalla Nəqliyyat Nazirliyi yaxın zamanlarda ləğv olunsun və onun bazasında tamamilə yeni bir qurum yaradılsın. Ziya Məmmədovun “vurulması” isə məhz həmin ərəfədə reallaşa bilər”.
Bu və digər suallara cavab tapmaq məqsədilə “Unikal” qəzetinin əməkdaşı nazir Ziya Məmmədovla telefon əlaqəsi yaratmağa çalışıb. Təəssüf ki, “Unikal” qəzetinə dəfələrlə açıqlamalar vermiş nəqliyyat naziri bu dəfə tamamilə fərqli mövqe sərgiləyib. Telefonu qaldırandan və ona zəng edənin “Unikal” qəzetindən olduğunu bilən kimi Ziya Məmmədov “mən mətbuata heç bir açıqlama verməyəcəm” sözlərini deyərək telefonu qapadıb. Bununla belə biz yaxın günlərdə Ziya Məmmədovla yenidən əlaqə yaratmağa və ondan bəzi suallara cavab almağa çalışacağıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru