Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır .....                     Direktor xadimə ilə RƏQABƏTDƏ... .....                     Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir .....                     Onlarda yerli... bizdə isə miqrant... .....                     Paşinyandan SÜLH açıqlaması... .....                     Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar .....                     Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir .....                     Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi .....                     Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! .....                     "Sən düşəndə bilirsən ki, dostların kimdi..." .....                     Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? .....                     Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! .....                     Dövlət qurumu İKT malları aldı .....                     Nazirliyin 1,5 milyonluq tenderinin qalibi .....                     Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı .....                     Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır .....                     O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? .....                     Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur .....                     "Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?" .....                     Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı .....                     “ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” .....                     Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" .....                     Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? .....                     "COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... .....                     Qaya parçasının düşdüyü evin sahibəsi: .....                     Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir .....                     Bağçada övladına "Ketotifen" verilən ana: .....                     Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq .....                     Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi .....                     Polkovnik-leytenantla FHN arasında nə baş verir? .....                     İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb .....                     "Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" .....                     “Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” .....                     BRİKS ölkələri G7-ni geridə qoyub: .....                     Ehtiram Hüseynov işdən çıxdı .....                     Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... .....                     Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. .....                     Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb .....                     Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə .....                     “Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” .....                 

KƏLƏKİ KƏNDİ ƏBÜLFƏZ ELÇİBƏYİ UNUTMUR
Tarix: 24-06-2012, 11:47 | Çap et
KƏLƏKİ KƏNDİ ƏBÜLFƏZ ELÇİBƏYİ UNUTMUR

BU GÜN – 24 İYUN MƏRHUM REZİDENTİMİZİN DOĞUM GÜNÜDÜR

Mərhum eks-prezidentin qaldığı evə baş çəkirəm. İndi qapısı bağlı bu evdə, heç kim yaşamır. Bələdçimiz qonşu uşağı çağırıb Əbülfəz Elçibəyin düz 4 il yaşadığı bu kimsəsiz evin qapısını açdırır: "Bu, Əbülfəz Elçibəyin iş otağıdır..."

Naxçıvana gəlmək çətindir. Ancaq ondan da çətini Naxçıvandan getməkdir. Əslində Naxçıvana bir gəlib çatanda sevinirsən, bir də oradan getdiyinə tam əmin olanda. Çünki təyyarəyə minmək, trapın təyyarədən ayrılması və təyyarənin uçuş zolağına çıxması hələ uçuşun olacağı anlamına gəlmir. Uçuş qərarı hər dəqiqə dəyişə bilər. Bu barədə sonda.

Əvvəlcə ötən verilişimizdə yarımçıq qalan bir mətləbə aydınlıq gətirməyə çalışaq. Necə olur ki, əhalinin ilbəil azaldığı, iri müəssisə və zavodların hələ də tam işə düşmədiyi Naxçıvanda mehmanxanaların sayı durmadan artır? Bu sualın cavabı çox sadədir. Naxçıvanda danışırlar ki, mehmanxanalar əsasən qonşu İrandan gələn tacirlərin sayəsində gəlir qazanırlar. Onlar həm bu mehmanxanalarda gecələyir, həm də orada yaradılan sərbəstlikdən geninə-boluna istifadə edirlər. İranlı tacirlər gözləməkdə olsunlar, Sizə yerli bazarlardan bəhs edim.

"Saat 11 olub hələ siftə etməmişəm. Ya soyuqdur, ya da başqa bir səbəb var ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Ancaq keçən qış bundan yaxşıydı…" Bunu Naxçıvanda «57» adlanan bazarın bir satıcısı dedi. Satıcılar alverin getməməsindən gileylənirdilərsə, müştərilər də qiymətlərin bahalığından narazılıq edirdilər: "Bazar od tutub alışır. Almaq istədiklərimizin çoxunu ala bilmirik…"

Naxçıvanın başqa bazarlarında da eyni vəziyyətlə qarşılaşacaqsan. Yeni istifadəyə verilən «Cahan» Ticarət Mərkəzində də satıcıların sayı alıcılardan çoxdur.

Ancaq deyəsən, «Cahan» Ticarət Mərkəzində müştərilərin azlığı təkcə onların alıcılıq qabiliyyətinin aşağı olmasıyla bağlı deyil. Satıcılar danışır ki, köhnə bazarda alver daha yaxşı gedirmiş. Sadəcə orada "quş qripi"nin olmasıyla bağlı şayiə yayılıb və bunun ardınca da onları məcburi qaydada «Cahan»a köçürüblər. Deyilənə görə, hələlik "yer pulu" verməsələr də, əvvəlki qədər də qazana bilmirlər. Çünki bu bazar əhalinin gediş-gəlişi üçün münasib yerdə tikilməyib. Bununla belə, bazara gələn müştərilərin bəziləri deyirdilər ki, iş yerləri olsa, nə bazarın uzaqlığı, nə də qiymətlərin bahalığı onların gözünə görünməz.

KƏLƏKİ KƏNDİ ƏBÜLFƏZ ELÇİBƏYİ UNUTMUR
Kələki kəndi, Əbülfəz Elçibəyin qaldığı ev, 26 yanvar 2006

Bütün narazılıqların başlıca səbəbi işsizlikdir. İşsizliklə bağlı giley-güzarı təkcə bazarlarda yox, demək olar ki, hər yerdə sadə insanlardan eşitmək mümkündür. Ancaq bir də görürsən ki, 100-200 nəfərlik balaca bir iş yerinin açılması bir neçə kəndə əhalinin güzəranını dəyişdirir. Belə bir halla Ordubad rayonun kəndlərində qarşılaşdım.

Ordubad rayonunda qızıl yatağının istismarı ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə Kələki və ətraf kəndlərdən təqribən 100-150 nəfər işçi götürülüb. Bununla da bu kəndlərdə həyat bir növ yenidən canlanıb.

KƏLƏKİ KƏNDİ ƏBÜLFƏZ ELÇİBƏYİ UNUTMUR
Əbülfəz Elçibəyin yazı masası, 26 yanvar 2006

"Əvvəllər Kələki və ətraf kəndlərdə əhali mağazadan ərzağı belə nisyə alırdı. İndi qızıl mədənində iş yerlərinin açılması əhalinin vəziyyətini olduqca yaxşılaşdırıb. İndi mağazalara olan borcları ödəmək üçün Türkiyə və Rusiyaya işləməyə gedənlərin yolunu gözləməyə ehtiyac bir elə də qalmayıb...". Bunu mənə Kələki kəndində dedilər. Ancaq bu qızıl mədəni də hələ Kələki kəndinə 10 il əvvəlki qaynarlığı gətirməyib.

1993-cü ilin iyun qiyamından sonra mərhum eks-prezident Əbülfəz Elçibəyin Kələkiyə pənah aparmasıyla onun doğulduğu bu kənd az qala Azərbaycanın ikinci paytaxtına çevrilmişdi. Deyilənlərə görə, Əbülfəz Elçibəyin Kələkidə qaldığı 4 ildə bu kəndə nəinki Bakı və Azərbaycanın müxtəlif rayonlarından, hətta qonşu Türkiyədən saysız qonaqlar gəlib. Balaca bir dağ kəndin bu qədər qonaq-qaranı necə qəbul edib yerləşdirdiyi çoxlarına hələ də təəccüblü görünür. Kələkidə nə Əbülfəz Elçibəyi, nə də o günləri unudublar.

Mərhum eks-prezidentin qaldığı evə baş çəkirəm. İndi qapısı bağlı bu evdə, heç kim yaşamır. Bələdçimiz qonşu uşağı çağırıb Əbülfəz Elçibəyin düz 4 il yaşadığı bu kimsəsiz evin qapısını açdırır: "Bu, Əbülfəz Elçibəyin iş otağıdır...".

Əbülfəz Elçibəyin iş otağı o qədər də böyük deyil. Divarda Məmməd Əmin Rəsulzadənin, Səttar xanın, Şeyx Məhəmməd Xiyabaninin və Seyid Cəfər Pişəvərinin portretləri var. Yazı masasının üstündə isə prezident seçildikdən sonra ona verilən vəsiqə, vəsiqənin yanında isə içində hələ də bir neçə siqaret qalan «Camel» qutusu var. Görünür Əbülfəz Elçibəy 1997-ci ildə Bakıya qayıdarkən həmin vəsiqəni özü ilə götürməyi lazım bilməyib. Prezident kimi gəldiyi bu kənddən sadə vətəndaş kimi gedib. Bələdçimiz isə Əbülfəz Elçibəylə bağlı xatirələrinə ara vermir:

"Bəyin Bakıya qayıtmasına iki il qalmışdı, düz Kələki kəndinin girişinə polis postu qoyuldu. Bəy həmin polisləri bizdən ayırmırdı. Bizə tapşırmışdı ki, kəndə bir toy oldumu, polislərin də payı göndərilsin. Baxmayaraq ki, bu polis postu onun yolunu kəsmək üçün qoyulmuşdu...".

Düz 12 il əvvəl də mən Naxçıvana gəlib Kələki kəndinə baş çəkmişdim. O vaxt Culfa rayonunun girişindən Kələki kəndinə qədər düz 8 yerdə polis postu var idi. Hətta o vaxt biz bu postlardan keçə bilmədiyimizdən, dağ yolu ilə Kələkiyə getmişdik. İndi nə Əbülfəz Elçibəy var, nə də həmin polis postları.

Naxçıvanda olduğum bu 4 gün ərzində isə hara getdimsə, bir neçə polis daim ardımca gəldi. Hətta geri Bakıya qayıdarkən Naxçıvan Hava Limanında da onlar bir növ məni tək buraxmadılar. Ancaq onların hər hansı müdaxiləsi ilə qarşılaşmadım. Düzdür, uçuş yenə də ləngidi. Ancaq daha bundan danışmaq istəmirəm. Çünki onsuzda Naxçıvanda təyyarələrin uçuş cədvəli formal xarakter daşıyır və bu heç kimi təəccübləndirmir.

26 yanvar 2006-cı il / Azadlıq Radiosu /









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır - TƏFƏRRÜAT
Bu gün, 08:25
Direktor xadimə ilə RƏQABƏTDƏ... - GİLEY
Bu gün, 08:22
Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir - Gözlənilən "gələcək"...
Bu gün, 08:18
Onlarda yerli... bizdə isə miqrant... - AXI NİYƏ?..
Bu gün, 08:12
Paşinyandan SÜLH açıqlaması... - “COP29 bizim üçün fürsətdir”
Bu gün, 08:09
Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar - NƏ ETMƏLİ?
Bu gün, 07:14
Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir - deputat
Bu gün, 07:09
Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi - FOTO
Bu gün, 07:04
Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! – Manukyandan Paşinyana sərt sual
Bu gün, 07:01
"Sən düşəndə bilirsən ki, dostların kimdi..."
Bu gün, 06:59
Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? - AKTUAL
Bu gün, 06:56
Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! - NƏ BAŞ VERİR?
Bu gün, 06:53
Dövlət qurumu İKT malları aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Nazirliyin 1,5 milyonluq tenderinin qalibi - BƏLLİ OLDU
Bu gün, 00:02
Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı - DİQQƏT
Dünən, 23:54
Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır - KİV
Dünən, 23:49
O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? - İLGİNC FAKTLAR
Dünən, 23:40
Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan
Dünən, 23:36
"Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?"
Dünən, 23:34
Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 23:33
“ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” - deputat
Dünən, 23:28
Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" - Biz müttəfiqik?
Dünən, 19:02
Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... Qərbin qərəzli bəyanatlarla təzyiq göstərməsinə çoxdan hazır idi"
Dünən, 18:56
Qaya parçasının düşdüyü evin sahibəsi: - "Qardaşımın durumu ağırdır"
Dünən, 18:01
Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir - ŞƏRH
Dünən, 18:00
Bağçada övladına "Ketotifen" verilən ana: -"Təhdid edirlər, lakin şikayətimi geri götürməyəcəyəm"
Dünən, 17:57
Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq
Dünən, 17:55
Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi növbəti dəfə rədd edildi
Dünən, 17:53
Polkovnik-leytenantla FHN arasında nə baş verir? - ŞİKAYƏT VERİB
Dünən, 17:48
İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb - DETALLAR
Dünən, 17:47
"Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" - Ekspert danışır...
Dünən, 17:44
“Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” – Fazil Mustafa
Dünən, 17:41
BRİKS ölkələri G7-ni geridə qoyub: - Putin elə rəqəmlər səsləndirdi ki...
Dünən, 17:40
Ehtiram Hüseynov işdən çıxdı - AÇIQLAMA
Dünən, 17:38
Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... - İcra başçısı isə deyir ki...
Dünən, 17:30
Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. - FOTO
Dünən, 17:18
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO, VİDEO
Dünən, 17:15
Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 93 MİLYON MANAT ZƏRƏR VURUBLAR
Dünən, 17:12
“Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” - Mətanət İsgəndərli
Dünən, 17:06
Aktyorla xanımının qətlinin TƏFƏRRÜATI
Dünən, 17:02
“Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” - Ülvidən onu QINAYANLARA
Dünən, 16:59
15 il həbs cəzası alan iş adamı və digərləri Ali Məhkəməyə üz tutdu
Dünən, 16:57
Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? - AKTUAL
Dünən, 16:53
Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:41
AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? - Millət vəkili detallı danışdı
Dünən, 16:29
Gürcü hərbi attaşe Papikyanla görüşdü
Dünən, 16:28
Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir
Dünən, 16:25
Tanınmış vəkil komaya düşdü - hazırda reanimasiyadadır
Dünən, 16:22
"MİDA" Binəqədidə inşa olunan yaşayış kompleksi üçün 1,4 milyon xərcləyəcək
Dünən, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru