HİLAL MƏMMƏDOV SEPARATÇI ÇIXDI
Tarix: 4-07-2012, 13:33 |
Çap et
ONA QARŞI OXUNAN İTTİHAMLAR BƏLLİ OLDU
“Tolışi sədo” qəzetinin baş redaktoru və Talış Mədəniyyət Mərkəzinin rəhbərinin müavini Hilal Məmmədova yeni ittihamlar irəli sürülüb – maddə 274 (dövlətə xəyanət) və 283.2.2 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması).
Bu barədə Məmmədovun vəkil Anar Qasımlı məlumat verib.
Cinayət işi üzrə ilkin təhqiqatı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparacaq.
Baş Prokurorluğun mətbuat xidmətində xəbəri təsdiq ediblər və qeyd ediblər ki, bu məsələ ilə bağlı rəsmi məlumat veriləcək.
Məmmədov iyunun 21-də qanunsuz narkotik saxlama ittihamı ilə həbs edilib.
Yerli və xarici demokratik ictimaiyyət qəti əmindir ki, Məmmədovun təqibi aktiv vətəndaş mövqeyi, hüquq müdafiəsi fəaliyyəti ilə bağlıdır.
Məmmədov İnternetdə populyar olan «Tı kto takoy? Davay, do svidaniya» videoçarxının müəllifidir. Bu videoçarx Rusiya KİV-də böyük maraq yaradıb və Məmmədovdan çoxsaylı müsahibələr hazırlanıb.