MƏLEYKƏ ABBASZADƏDƏN DAHA BİR XƏBƏRDARLIQ
Tarix: 14-07-2012, 14:43 |
Çap et
BU DƏFƏ SOYADINI DƏYİŞƏNLƏR DİQQƏTLİ OLSUN
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) soyadında və digər şəxsi məlumatlarında rəsmi qaydada dəyişiklik edilmiş abituriyentlərə müraciət edib.
Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verdikdən sonra soyadında və ya digər şəxsi məlumatlarında rəsmi qaydada dəyişiklik edilmiş abituriyentlər yeni sənədini TQDK-ya və ya Komissiyanın Gəncə, Naxçıvan, Şəki, Lənkəran, Quba regional bölmələrindən birinə təqdim etməklə bu barədə məlumat verməlidirlər. Əks halda həmin abituriyentlərin qəbul imtahanında iştirakı mümkün olmayacaq.