Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                     Bayramovun ağlar günə qoyduğu Gəncə... .....                     Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib .....                     Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                     Qanunların üstündə əyləşən İCRA BAŞÇISI .....                     “Şəkər Zavodu metal alveriylə məşğuldur” .....                     Bölgələrdə bahalaşan əmlak... .....                     Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                 

Nəqliyyat nazirinin səlahiyyətlərini itirməsi səhhətinə də mənfi təsir edib? - İDDİA
Tarix: 29-04-2016, 10:53 | Çap et
Nəqliyyat nazirinin səlahiyyətlərini itirməsi səhhətinə də mənfi təsir edib?
Məlum olduğu kimi, Nəqliyyat naziri Ziya Məmmədov son bir il ərzində xeyli səlahiyyətini itirib. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, "Azəryolservis" ASC və digər strukturların Nəqliyyat Nazirliyinin balansından alınması ciddi hadisədir. Bunların ardınca, Nəqliyyat departamentinin ləğvi, Beynəlxalq Avtovağzal Kompleksinin də Ziya Məmmədovdan alınması, Bakıda sərnişindaşıma prosesindən nazirin himayədarlıq etdiyi şirkətin uzaqlaşdırılması da önəmli məqamlardandır. Nəqliyyat nazirinə vurulan zərbələr bununla bitmir. Çünki bir vaxtlar böyük bir imperiyaya rəhbərlik edən Ziya Məmmədovun hazırda nazirliyini inzibati binasından başqa heç yerdə hökmü keçmir. Bəlkə də elə bu səbəbdən də Ziya Məmmədov son dövrlər daha aqressiv davranışlar nümayiş etdirir. Diqqətli oxucular xatırlayar ki, MTN adı ətrafında yaranan qalmaqaldan öncə Ziya Məmmədov mətbuatın bir nömrəli hədəfi idi. Hətta onun yaxın günlərdə istefaya göndəriləcəyi ilə bağlı iddialar səslənirdi. Amma MTN məsələsi daha böyük miqyaslı hadisə olduğuna görə nəqliyyat naziri kölgədə qaldı və karyerasını davam etdirmək şansı qazandı. Həmin dönəmdə jurnalistlərə «Nə oldu, bəs deyirdiniz ki, işdən çıxarılmışam?» ironik bir cavab da vermişdi. Amma Ziya Məmmədov nazir kürsüsünü qoruya bilsə də, demək olar ki, bütün səlahiyyətlərini itirmiş bir qurum rəhbərinə çevrildi. Sözsüz ki, bir müddət öncəyə qədər böyük bir imperiyaya hökm edən bir şəxsin inzibati binadan başqa heç yerdə səlahiyyəti olmayan şəxsə çevrilməsi həzm olunan məsələ deyil. Sözsüz ki, Z.Məmmədovun düşdüyü bu vəziyyət nazirə əlavə problemlər də yaradıb. «Unikal»ın məlumatına görə qısa müddət ərzində səlahiyyətlərini itirən nazirin əsəbləri pozulub. Bu barədə bizə məlumat verən nazirə yaxın şəxslərdən biri deyib ki, Ziya Məmmədov son vaxtlar həddindən artıq əsəbi olub. Belə ki, o, həm nazirlikdə, həm də qeyri-rəsmi dairələrdə aqressiv davranışlar nümayiş etdirir. Onun aqressiyası bu günlərdə mətbuatda da öz əksini tapmışdı.

Belə ki, unikal.org-un əməkdaşına açıqlama verən nazir əsəblərini cilovlaya bilməyərək yüksək rütbəli dövlət məmuruna yaraşmayan tərzdə jurnalisti təhqir etmişdi. Son dövrlər baş verənlərlə bağlı unikal.org-un əməkdaşı Ziya Məmmədovdan açıqlama almaq istəyib. Nazir telefonda jurnalistə bu formada cavab verib: "Bəsdirin, məni bezdirdiniz. Abrınız, həyanız olsun. Bir açıqlama verən kimi bütün mətbuat məndən yazır. Yorulmuşam artıq”. Göründüyü kimi, Z.Məmmədov psixoloji cəhətdən o qədər gərgindir ki, hətta mətbuat nümayəndələrinin suallarına normal cavab verə bilmir. Halbuki KİV haqqında qanuna görə dövlət məmuru mətbuat nümayəndələrinin suallarına cavab verməyə borcludur. Amma Z.Məmmədov nəinki bu vəzifə borcunu yerinə yetirir, əksinə, jurnalistə kobud cavab verərək təhqir edib.
Azərbaycan mətbuatında Ziya Məmmədovla ən çöx ünsiyyəti olan və gündəmi zəbt edən müsahibələrin müəllifi olan «Unikal» qəzetinin baş redaktoru Asəf Rzayev bizimlə söhbətində bildirib ki, nəqliyyat nazirinin son davranışları başadüşülən deyil: «Bir nazir kimi mənim Ziya Məmmədova böyük hörmətim var. İndiyə kimi bir neçə dəfə söhbətimiz olub. Hətta elə müsahibələrimiz olub ki, gündəmə bomba kimi düşüb. Yəni, «Unikal» olaraq, Ziya Məmmədovla aramızda hər hansı bir problem olmayıb. Mətbuatın böyük hissəsi onunla bağlı tənqidi fikirlər yayanda biz onun mövqeyini ictimailəşdirmişik. Amma son dövrlər Ziya müəllimin davranışlarında qəbulolunmaz məqamlar sezilir. İnsandır, hər şey ola bilər. Yəqin ki,bir sıra səlahiyyətlərini itirməsi nazirə pis təsir edib. Bu səbəbdən də əsəbləri gərgindir. Ona görə də sonuncu dəfə sualımıza kobud cavab verdi. Mən mütəxəssis deyiləm, amma psixoloqlar bu gərginliyin səbəblərini aydınlaşdıra bilər».

Məsələylə bağlı "Unikala” münasibət bildirən psixoloq Dəyanət Rzayev vəzifədən kənarlaşdırılan və yaxud səlahiyyətlərini itirən məmurların psixologiyasında dəyişikliklərin olmasını mümkün sayır. Onun sözlərinə görə, bu cür şəxslər əsasən aqressiv olurlar: «Keçmiş Sovetlər Birliyində məmurları vəzifədən uzaqlaşdıranda onlar ölürdülər, çox yaşamırdılar. Bilmirəm bunu qərəzli edirdilər ya yox. Ola bilsin müəyyən sirləri bildikləri üçün onlara qarşı bu addımı atırdılar. İnsan belə varlıqdır ki, əlindən səlahiyyət alındıqda onun psixikasına çox mənfi təsir göstərir. Bundan sonra özünü narahat hiss edir, müəyyən problemlər yaşayır. Belə vəziyyətdə olan insan ətrafındakılarla aqressiv davrana bilər. Şəxsin səlahiyyətləri əlindən alındıqda, vəzifədən uzaqlaşdırıldıqda güclü stress yaşayır. Stress orqanizmin ümumi ablitasion sindromudur. Yeni həyata uyğunlaşana qədər müəyyən narahatçılıq yaşayır. Vəifədən uzaqlaşandan və ya səlahiyyətləri əlindən alındıqdan sonra onun sözü keçmir, ona bahalı maşınlar artıq bağışlanmır, ətrafında yaltaqlar azalır. Bu da həmin şəxsdə ciddi aqressiyalar yaradır». Mütəxəssis onu da bildirib ki, insan vəzifədən uzaqlaşdırılandan az müddət sonra xəstəxanalıq olur, ciddi ürək problemləri yaranır. Onun sözlərinə görə, infarkt və digər halların baş verməsi də müşahidə oluna bilir. Psixoloq deyir ki, hansısa məmurun vəzifədən uzaqlaşdırılması, böyük səlahiyyətlərinin əlindən alınması kiçik məsələ deyil. Bu şəxslərdə ciddi psixoloji dəyişikliklərin baş verməsi qaçılmazdır. Bu vəziyyətlərdə insan özünə qapana, ətrafına, yaxınlarına qarşı aqressiya göstərə bilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru