"TuranBank"a qarşı fırıldaq ittihamı - ŞİKAYƏT VAR
Tarix: 22-06-2016, 13:30 | Çap et
Doğru deyiblər ki, mal yiyəsinə oxşamasa, haramdır. Bəzən isə, bu oxşarlıq o qədər çox cəhətlərdə, həm də elə aşkar formalarda özünü büruzə verir ki, hətta “malın yiyəsini” qətiyyən tanımayan adam da, məhz bu oxşar cəhətlərə görə, bu və ya digər obyektinmi, müəssisə və ya təşkilatınmı, və ya hətta bankınmı arxasında məhz kimin durmasına dair kifayət qədər əsaslandırılmış ehtimal irəli sürə bilər. Məsələn, götürək elə “Turanbank” ASC-ni. Düzdür, bu maliyyə qurumunun əsil sahibinin Məmməd Musayev olduğu, ölkəmizdə demək olar ki, hər kəsə məlumdur. Həm də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti, “Aqrarkredit” SKT-nin, “Başak-İnam” sığorta şirkətinin və sairə, və ilaxır maliyyə qurumlarının, BOKT-lərin rəhbəri olan bu şəxsin iş üsulları da ölkə ictimaiyyətinə yaxşı məlumdur. Amma ola bilsin ki, bu üsulların məhz “Turanbank” ASC-də hansı interpretasiyalarda tətbiq olunması barədə, cəmiyyətimizin geniş təbəqələri məlumatlı olmaya da bilər. Halbuki, burada çox maraqlı və diqqətəlayiq məqamlar var. Gəlin belə məqamlardan birini Bakı şəhər sakini, vətəndaş Məlikrzayev Ramin Ənvər oğlunun dünən redaksiyamıza təqdim etdiyi şikayət ərizəsi əsasında araşdıraq.
Beləliklə, Ramin Məlikrzayev öz ərizəsində yazır ki, təxminən üç ay bundan öncə bir vətəndaşdan “Turanbank” ASC-nin Binəqədi filialında kreditləşmə yolu ilə avtomobil almışdır. Maraqlıdır ki, rəsmi və ya qeyri-rəsmi olduğunu deyə bilməsək də, banklarda işlənmiş avtomobillərin kreditləşməsinə icazə verilmədiyini hamı bilir. Ramin Məlikrzayevin aldığı avtomobil isə, nəinki yeni olmayıb, hətta avtomobil qəzalı vəziyyətdə, yəni “vurulmuş” olub. Özünü Raminə filialın müdiri kimi təqdim edən Emin Qəzənfərov adlı əməkdaş isə, ilkin ödənişi həyata keçirdikdən sonra, hələ bir müştəriyə “jest” edirmiş kimi, avtomobil təmirdə olan müddətdə aylıq ödənişləri təxirə salmağı da təklif edib. Ramin Məlikrzayev də bu alicənablıqdan təsirlənərək, bankdan nə müqavilə, nə də ödəniş cədvəli tələb etməyib. Daha doğrusu ödəniş cədvəli təqdim olunub, 30 aylıq və hər ay 437 (dörd yüz otuz yeddi) ABŞ dolları olmaqla. Amma bu sənəd heç bir möhür və ya ştampla təsdiqlənməyib. Avtomobilin İlham adlı sahibi Raminin adına etibarnamə verib və Ramin Məlikrzayev də avtomobili götürərək, birbaşa təmirxanaya aparıb. Nəhayət, bu günlərdə avtomobil təmirdən çıxıb və iyunun 15-də cədvəl üzrə ilk ödənişi etmək üçün Ramin Məlikrzayev yenidən banka gəlib. Lakin, burada “alicənab” Emin Qəzənfərov müştəriyə bəyan edib ki, artıq onun aldığı ödəniş cədvəli banka sərf eləmir (?) və ödəniş üçün yeni cədvəl tərtib olunacaq. Eyni zamanda da, Emin Qəzənfərov müştəriyə verilən etibarnaməni də notariusda ləğv etdirib və müştəriyə təmir etdirdiyi avtomobili DYP vasitəsilə saxlatdıraraq, yenidən banka gətizdirib. İndi çox maraqlı bir vəziyyət yaranıb. “Turanbank” ASC-nin Binəqədi filialının əməkdaşı açıq-aşkar aldatmaq yolu ilə, bankın balansında olan avtomobili müştəriyə təmir etdirib, üstəlik müştərini ona sərf etməyəcək kredit şərtlərini imzalamağa məcbur etmək üçün, ondan ilkin ödəniş də alıb və üstəlik avtomobili də müştəridən geri alıb.
İnanın ki, qəzetdə işlədiyim və bu kimi hadisələri araşdırdığım müddətdə bank işçisinin bu boyda fırıldağı belə məharətlə və ən əsası da belə həyasızlıqla həyata keçirməsinin çox az hallarda şahidi olmuşam...
Məhz elə buna görə də deyirəm ki, mal yiyəsinə oxşamasa, haramdır. Emin Qəzənfərovun bu hərəkətlərində isə, Məmməd Musayevin dəsti-xətti aydın hiss olunur. Nə deyək, Məmməd müəllim, öz yetirmələrinizlə fəxr edə bilərsiniz. Hər halda, bu fəxarətdən “Turanbank” ASC-nin Binəqədi filialının müdiri Yeganə xanım Eyyubovanın da payına azacıq da olsa düşər.
Qarşı tərəfin də mövqeyini əks etdirə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
|