Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                     “Avropa İttifaqı mini-Çindir” .....                     “İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” .....                     Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq .....                     "Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” .....                     Yeni HƏBS DALĞASI .....                     Seymur Verdizadə baş redaktorluqdan getdi .....                     "Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar" .....                     İran səhvə yol versə yenidən vuracağıq! .....                     Arağın qiyməti qalxacaq? .....                     Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub .....                     Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət .....                     Əliyevin uğurlu BRICS diplomatiyası .....                     Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... .....                     47 yaşlı elektrik faciəli şəkildə öldü .....                     Naxçıvanda KTN sistemi niyə irəli getmir... .....                     Paşinyan KAZANDA NƏ QAYNATDI? .....                     `Kontakt Home` hər yerdə elə eynidir... .....                     İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı .....                     Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib .....                     Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR .....                     Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır .....                     Nazir NK-nın qərarlarını SAYA SALMIR... .....                     GDU tələbələri Prezidentə müraciət etdi .....                     Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... .....                 

“Öz Hasanoğlu” şirkəti ilə işgəncəli səfər... – “Avtobusa kim öz pisliyini etdi?”
Tarix: 16-07-2019, 15:07 | Çap et
“Öz Hasanoğlu” şirkəti ilə işgəncəli səfər...
Tətil haqqında planlar qurmağa başlayanda gedəcəyimiz yerlə birgə nəqliyyat vasitəsini də seçirik.

Bizim üçün tətil ölkəsi Türkiyə idi, hər şeyi təyin etdik, planımızı qurduq. Təyyarə ilə getmək büdcəmizə uyğun gəlmədi. Məlumdur ki, ölkəmizdə təyyarə biletləri anormal şəkildə bahadır. Buna görə də, nəqliyyat vasitəsi kimi avtobusu seçdik.

Dost məsləhəti ilə “Öz Hasanoğlu” şirkətindən istifadə etmək qərarına gəldik. Səfər günü gəlib çatdı. Şirkətin nümayəndəsi avtobusun yanında bizimlə görüşdü, ödənişi aldı, amma biletləri təqdim etmədi. “Biletləri bir azdan yazıb gətirəcəyəm” dedi, amma sona qədər biletlər ortalıqda görünmədi.

Sadəcə bizə yox, avtobusda olan heç bir sərnişinə bilet verilməmişdi. Düşünün ki, Azərbaycandan Türkiyəyə şirkət avtobusu ilə yol gedirsən, amma biletin yoxdur. Yolda hər hansı bir hadisə baş verərsə avtobusda kimlərin olduğu, hansı oturacaqda əyləşdiyi bəlli olmayacaq. Yolda da bilet olmadığı üçün yetərincə yer davası oldu. Azərbaycan vətəndaşının yerindən qaldırılması, yerində Türkiyə vətəndaşının əyləşdirilməsi, etiraz edəni avtobusdan düşürməklə hədələmək və s.

“Öz Hasanoğlu”nun “oyunları” bununla da bitmədi. Avtobusu idarə edən və Türkiyə vətəndaşı olan Adəm adlı şəxs yolboyu sərnişinlərlə dalaşır, qışqırır, ən kobud şəkildə rəftarı ilə seçilirdi. Hətta bir azərbaycanlı qadının yerini zorla dəyişməyə çalışması tərəflər arasında mübahisəyə səbəb oldu. Qadının üzərinə dayanmadan qışqırması eyni tərzdə iradımdan sonra dayandı.

Daha öncə bəlkə də çobanlıq etmiş sürücü avtobusda insan daşıdığını, bağırmaqla işinin keçməyəcəyini bilmirdi. Səfərimiz 45-48 saat çəkdi. Bu müddət ərzində təbii ki, sərnişinlərdən kiminsə halı pisləşə bilər, təbii ehtiyacı üçün 5 dəqiqə avtobusu saxlamağı istəyə bilər. Amma sürücü hər dəfə bağırmağa davam edirdi. Baxmayaraq ki, yolda yük götürmək üçün istədiyi yerdə saxlayırdı. Narazılıq edən sərnişinə də, “Düş mənim avtobusumdan. Xoşun gəlmir, getmə” deyən Adəm adlı şəxs, həqiqətən də düz deyirmiş. Öyrəndim ki, avtobus onun özünə məxsusdur, sərnişinlərə xidmət edən cavan oğlan da oğludur.

Ata və oğul elə buna görə özlərini məkanın ağası hiss edirmiş. Əsəbi, özünü idarə edə bilməyən ata və tərbiyədən uzaq oğul… Belə ki, kimsə avtobusda ayaqqabısını ayağından çıxardığı üçün pis qoxu yayılmışdı. Bu zaman atasından geri qalmadığını sübut etməyə çalışan oğul normal irad bildirmək yerinə, “Avtobusa kim öz nəcisini etdi?” deyərək bağırmağa başladı. Əslində cümlə daha iyrənc idi. Mənə olduğu kimi yazmağa tərbiyəm və KİV haqqında qanun imkan vermir. Təbii ki, yenə də günahkar “Öz Hasanoğlu” şirkətidir. Bir avtobus sərnişini belə normal olmayan şəxslərə etibar etmək onların ciddi xətasıdır.

“Öz Hasanoğlu” şirkəti ilə işgəncəli səfər...

Müştəri cəlb etmək üçün, “Avtobuslarımızda yolboyu izləmək üçün hər oturacağa monitor quraşdırılıb” deyən şirkət deyəsən bu xidmətlərinin də normal olmadığını bilmir. Çünki monitorların böyük hissəsi işləmirdi. Bundan əlavə, bu sistemdən istifadə etmək üçün qulaqcıq lazımdır. Bunu da şirkət verməlidir, amma verilmir. Səbəb kimi də qadağan olunduğunu deyirlər. Təklif edilən wi-fi sistemi də şirkət kimi idi. Var idi, amma normal çalışmırdı. Bir təhər gedib Bursaya çatdıq. Geri dönən zaman da başqa şirkətdən bilet tapmadığımız üçün məcbur “Öz Hasanoğlu”dan istifadə etməli olduq. Bu dəfə də ayrı problemlərlə qarşılaşdıq. Bu dəfə sürücülərlə heç bir problem yaşamadıq. Ümumiyyətlə sürücü sərnişinlə dialoqa girmirdi, sakit, işini görürdü. Doğrusu da budur.

Bu dəfə problem fərqli idi. Belə ki, Bakıdan gedərkən 2 yaşlı qızım üçün şirkət bilet qiymətinin yarısını istədi. Eyni şirkətlə Bakıya dönən zaman isə tam bilet üçün ödəniş istənildi. Görünür şirkətdə dərəbəylikdir. Kim hansı qiyməti istəsə təyin edir. Birtəhər danışıb, 30 dollar ödəyib, qızım üçün bileti aldım. Bundan sonra bizi daha bir sürpriz gözləyirmiş.

Belə ki, Bursadan Bakıya getmək üçün bilet alsaq da, verilən biletdə bizim Batumiyə getdiyimiz yazılmışdı. Biletin qiyməti də 200 TL olaraq qeyd edilmişdi. Hansı ki, biz bu səfər üçün 260 TL vermişdik. Şirkət deyəsən vergidən yayınmaq üçün bu yollara əl atır. Gah bilet satmır, gah da biletdə saxtakarlıq edir.

“Öz Hasanoğlu” şirkəti ilə işgəncəli səfər...

Bu səfər haqqında yazmağa qərar verməyimin səbəbi var. “Öz Hasanoğlu”nun “yüksək” xidmətlərindən istifadə etmədən öncə bir neçə dəfə düşünün. Uzun yol gedəcəksiniz, daha peşəkar şirkətlərin xidmətlərindən istifadə edin ki, oxşar və ya daha betər problemlərlə üzləşməyəsiniz.
Minval.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət - AXI NİYƏ?..
Bu gün, 10:57
Əliyevin uğurlu BRICS diplomatiyası - Kazan səfərinin əsas yekunu
Bu gün, 10:54
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
Bu gün, 10:51
47 yaşlı elektrik faciəli şəkildə öldü
Bu gün, 10:46
Naxçıvanda KTN sistemi niyə irəli getmir... - FAKT BUDUR!
Bu gün, 10:38
Paşinyan KAZANDA NƏ QAYNATDI? - Görünəni odur ki...
Bu gün, 10:24
`Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...
Bu gün, 10:03
İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı
Bu gün, 09:56
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib
Bu gün, 09:54
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR - Qərbin ənənəvi TAKTİKASI
Bu gün, 09:46
Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Bu gün, 09:45
Nazir NK-nın qərarlarını SAYA SALMIR... - NARAZILIQ VAR...
Bu gün, 09:38
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? - iddia
Bu gün, 09:20
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib
Bu gün, 09:17
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru