"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                     Bayramovun ağlar günə qoyduğu Gəncə... .....                     Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib .....                     Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                     Qanunların üstündə əyləşən İCRA BAŞÇISI .....                     “Şəkər Zavodu metal alveriylə məşğuldur” .....                     Bölgələrdə bahalaşan əmlak... .....                     Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                 

"300 manata danışdıq, dedilər, problem olmayacaq" - vəzifəli şəxslərin rüşvət işi
Tarix: 8-08-2019, 13:01 | Çap et
"300 manata danışdıq, dedilər, problem olmayacaq"
Rüşvət almaqda ittiham edilən vəzifəli şəxslər hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rüşvət almaqda təqsirləndirilən sektor müdiri Elvin Nağıyev və sektorun məsləhətçisi Araz Qazıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Proses hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutub.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, iclasda şahidlər ifadə verib.

Qida Təhlükəsizlik Agentliyinin əməkdaşı, agentliyin Daxili Nəzarət Şöbəsinin rəisi Sənan Əsgərli ifadə verib.

S.Əsgərli deyib ki, bir vətəndaş onlara müraciət edərək Elvin Nağıyevin ondan rüşvət tələb etdiyini deyib: "Həmin şəxs qəssab idi. O bildirdi ki, Elvin Nağıyev onun işlədiyi obyektdə qanunsuz yoxlama apararaq ondan pul tələb edib və deyib ki, nə yolla olursa-olsun, pulunu alacaq. Vətəndaş dedi ki, Elvin ondan evinin kirayə pulunu alıb. Daha sonra vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib".

Elvin Nağıyevin vəkilinin suallarından məlum olub ki, rüşvət alındığı deyilən şəxslər 6 ay sonra şikayət ediblər.

Vəkillər Sənan Əsgərliyə sual verib: "Siz şikayət edən vətəndaşlardan maraqlandınızmı ki, niyə 6 aydan sonra şikayət ediblər?".

Sənan Əsgərli bununla maraqlanmadığını deyib.

Sərbəst ifadəsində Sənan Əsgərli bir məsələyə də toxunub. O deyib ki, Elvin Nağıyevin başqa şəxslərdən də rüşvət aldığı deyilib.

Nağıyevin vəkilləri həmin şəxslərlə bağlı araşdırma aparıb-aparmadıqlarını soruşub.

Suala cavabında Nağıyev bunları deyib: "Bizə müraciət edən vətəndaş bildirdi ki, Nağıyev ayrı sex sahiblərindən də pul tələb edib. Ancaq biz araşdırma aparanda sexlərin bağlı olduğunu müəyyən etdik".

Məhkəmənin davamında Nağıyevin rüşvət aldığı deyilən Taleh Bəbirov da dindirilib.

Taleh Bəbirov söyləyib ki, quş kəsimi sexi olub: "Bir gün gecə sexdə işləyəndə iki nəfər gəldi. Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları olduqlarını dedilər. Sonradan onların Elvin və Araz olduqlarını bildik. Sexin işinin dayandırılacağını bildirdilər. Onlar dedilər ki, bu şəkildə fəaliyyət göstərmək olmaz. Mən və qardaşım nə qədər xahiş etsək də razılaşmadılar. Bu istiqamətdə bir xeyli söhbət apardıq. Sonra Araz məni kənara çəkib, dedi ki, bu işi yoluna qoymaq olar. O bildirdi ki, bu işə onlar nəzarət edir, Elvin də müdiridir. Araz dedi ki, buna görə müəyyən məbləğdə pul ödəsəm, onlar mənim işimə problem yaratmayacaqlar. Araz danışıqdan sonra 300 manat ödənilməli olduğunu dedi. Mən də razılaşdım. Onunla bir neçə dəfə bu məsələni dəqiqləşdirdim. Araz dedi ki, narahat olma, özləri sexə nəzarət edəcəklər. Onlar bildirdilər ki, kimsə gəlsə, özləri yoluna qoyacaqlar. Mən səhər də Araza zəng edib danışdım. Dəqiqləşdirdim ki, problem olmaz ki. Araz dedi ki, narahat olma".

Taleh Bəbirov əlavə edib ki, bu danışıqdan bir neçə gün sonra daha iki nəfər də onların sexinə gəlib:

"Onlar da özünü agentliyin işçisi kimi təqdim etdilər. Biri Sənan, digəri də Elməddin idi. Onların agentliyin vəzifəli şəxsləri olduğunu öyrəndim. Məndən sexlə bağlı sorğu-sual etdilər, sexə kimin gəldiyini soruşdular, bildirdilər ki, sex bu şəkildə fəaliyyət göstərə bilməz. Mən də onlara Elvin və Araza danışığımız, razılığımız bardə bildirdim. Araza zəng etdim. Amma zəng çatmadı. Onlar da dedilər ki, bu qanunsuzdur və mən şikayət etməliyəm. Bildirdilər ki, bu barədə prokurorluğa məlumat verim".

Elvin Nağıyev şahidə sual vermək üçün məhkəmədən icazə istəyib.

O, əvvəlcə deyib ki, Taleh Bəbirova hədə-qorxu gələrək izahat alıblar: "Ona deyiblər ki, bizdən rüşvət aldığını deməsə, sexini bağlayacaqlar. Bu təzyiqdən sonra o şikayət edib. Onu agentliyə məcburi gətirib hədələyiblər. Amma indi deyir ki, agentliyə getməyib".

Taleh Bəkirov heç bir hədə-qorxu ilə üzləşmədiyini, agentliyə özü getdiyini deyib.

Hakim elan edib ki, şahidlərin dindirilmə mərhələsi başa çatıb və sənədlərin tədqiqinə başlanılmalıdır.

Elvin Nağıyevin vəkili növbəti prosesdə məhkəməyə vəsatət təqdim edəcəklərini, bu səbəbdən də prosesin təxirə salınmasını xahiş edib.

Xatırladaq ki, təqsirləndirilən şəxslərin əməlləri barədə Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyi rüşvət almaqda ittiham olunan iki vəzifəli şəxslə bağlı açıqlama yayıb.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Agentliyin Bakı regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti bölməsinin sektor müdiri Elvin Nağıyevin həmin sektorun məsləhətçisi Araz Qazıyev ilə cinayət əlaqəsinə girərək paytaxtın Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal Əliyevin istifadəsində olan ət mağazasının fəaliyyətinin məhdudlaşdırılmamasından ötrü 150 manat və eyni məqsədlə Sabunçu rayonu ərazisində yerləşən zeytun emalı zavodunun ərazisində antisanitar şəraitdə quş kəsimi ilə məşğul olan Taleh Bəbirovdan 300 manat məbləğində rüşvət almаları müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Həmin vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan olunmaqla E.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs, A.Qazıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru