Ziya Məmmədovun adamı məmurlara OD PÜSKÜRDÜ.... - Sən də... Brut?!
Tarix: 30-08-2019, 16:02 | Çap et
Teref.az olaraq bir zamanlar keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namiq Həsənov məmurlara müraciət edib. Namiq Həsənov məmurların etdiyi haqsızlıqları görərək müracitəində yazır: Salam, Azərbaycanın bütün rayon və şəhər icra hakimiyyətlərinin başçıları!
Hamınızın ad və soyadlarını, habelə rəhbərlik etdiyiniz ərazilərin isimlərini bir-bir bura yazsam, uzun alınar.Ona görə də qərara gəldim ki, cümlənizi bir yerə yığıb, Zülümov demişkən, “məsələni elə bir dəfəlik həll edim”.Vaxtınızı çox almayacam. Cəmi 3 bəndlik müraciətim var. Katibələrinizə deyin, çay gətirsinlər və Siz də kresloya söykənib rahat-rahat oxuyun.
1.Əvvəla, əksəriyyətinizin axıradək oxumadığı Konstitusiyaya bir də baxın və unutmayın ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır.Siz də Prezidentdən nümunə götürün və hər bir vətəndaşın xidmətçisi olun.Camaata yuxarıdan aşağı baxmayın, çünki aşağıdan yuxarıya baxanın qəzəbi çox pis olur.Bəzi para işlərinizi(para-pul mənasında deyil-red) bir kənara qoyun, çünki şair demişkən, “qəfil dünya işıqlanar, kim kmin evindən, kimin əli kimin cibindən çıxdığı görünər”. Sonrasını özünüz təsəvvür edin.Nə isə… 1-ci bənd əslində mövzuya kiçik bir giriş idi.Keçək 2-ci bəndə…
2.Bu bənddə fikrimi Azərbaycan filmlərinin adları ilə izah edəcəm ki, mətləb Sizlərə də, hörmətli oxucuya da asan aydın olsun…
Çalışın, xalqa “Böyük dayaq” olun, ətrafınızdakı kadrları “O olmasın, bu olsun” prinsipi ilə seçməyin, vətəndaşlarla keçirdiyiniz “Görüş” yola vermək və ya yenə də Zülümov demişkən, “quş qoymaq” xatirinə olmasın.Həyata dövlət maşınlarının rəngli şüşəsindən yox, kasıbın “Qəm pəncərəsi”ndən baxın.Şəhid anası “Fəryad” çəkməsin.Azərbaycan qadını özünü “Ögey ana” kimi hiss eləməsin.Azərbaycan kişisi “Xoşbəxtlik qayğıları” üçün xaricə üz tutmasın.Elə işləyin ki, əməlləriniz Sizin üçün “Axırıncı aşırım” olmasın və indi çoxlarınızın tanıdığı bəziləri kimi “Uzaq sahillərdə” qalmayasınız.”Həm ziyarət, həm ticarət” üçün getdiyiniz ölkələrdə özünüzü elə aparın ki, Sizə tutulan irad “Arxadan vurulan zərbə”yə oxşamasın, qayıdanda işiniz “İstintaq”la bitməsin və ölkə rəhbərliyi də fikrləşməsin ki, “Onu bağışlamaq olarmı?”. Villalarınızı, iqamətgahlarınızı bir az balaca tikin ki, ora yaxınlaşan jurnalist “Bir qalanın sirri”ndən yazmasın. Bunu işdə də, evdə də, hətta “Otel otağı”nda dincələndə də unutmayın.Dəbdəbəli “Ad günü” keçirməyin, çünki, “Şərikli çörək” yeyənlər var. Belə etsəniz, xalqın yanında “Ulduz”unuz parlayar və Sizin qədər maaş almayan “Bizim Cəbiş müəllim” də Sizə dəstək verər. “Qızmar günəş altında” pambıq yığanlarla insaflı davranın.Qaçqın və köçkünə sayğı ilə yanaşın.Unutmayın ki , bu qəhrəman camaatın qarşıda hələ ermənilərlə “Dağlarda döyüş”ü var. “Babək”dən “Koroğlu”dan, Moşu Göyəzənli kimi “6 dənə də öz oğlum” dan danışıb vaxt aparmayım.Amma onu deyim ki, “7 oğul istərəm” əvəzinə 7 icra başçısı istəyirəm ki, bu yazılanlara istehza ilə yanaşıb yazının müəllifini sadəlövh adlandırmasın. Nə isə. Filmlərimiz çoxdur. Hərəsinin də sərlövhəsi Sizin üçün də, elə bizim üçün də bir ibrətdir. Düşünürəm ki, bu bəndi də burda bitirək.Füzulluq eləməyək.
3.Bir az kitab oxuyun.Gülməyin, çünki Allah da insanla əlaqəni kitabla-QURANla qurub.Nizamini, Sabiri, Mirzə Cəlili, Haqverdiyevi, Axundovu, Zakiri və s. oxuyun və camaat-məmur münasibətlərinin incəliklərini bilin. Adını çəkdiyim yazarların kitabları söykəndiyiniz kreslonun arxasındakı şkafları doldurmaq üçün deyil. Xülasə, 19-cu əsr Rusiyasındakı ifadə ilə desək, “xalqın içərisinə getmək” lazımdır.Bunu Sizdən mən tələb eləmirəm.Prezidentin göstərişidir. Və nəhayət, icra başçısı təyin olunan günə qədər olan vəziyyətinizi və azad olunandan sonra düşəcəyiniz halı bir an da olsa yadınzdan çıxarmayın. Hətta imkanınız olsa, ikinci bənddə siyahıya salmadığım “Qızıl uçurum” filmini xatırlayın…Daha nə deyim?
…Bu yazını oxuduğunuza görə təşəkkür edirəm. Oxumayan icra başçılarına da çatdırın.Molla Nəsrəddinin sözü olmasın, “bilən bilməyənə desin”.Hələlik.Bu ümumu müraciət idi.Allah xüsusi müraciətdən saxlasın…
İcra başçısı OLMAMAQ arzusu ilə yaşayan
Namiq Həsənov 1az.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
|