Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                     Bayramovun ağlar günə qoyduğu Gəncə... .....                     Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib .....                     Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                     Qanunların üstündə əyləşən İCRA BAŞÇISI .....                     “Şəkər Zavodu metal alveriylə məşğuldur” .....                     Bölgələrdə bahalaşan əmlak... .....                     Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                 

Nazirlik qaziyə problemli maşın verdi - O İSƏ İMTİNA ETDİ (SƏS YAZISI)
Tarix: 19-09-2019, 11:28 | Çap et
Nazirlik qaziyə problemli maşın verdi
Qarabağ Müharibəsi əlili, Berkut Asif ləqəbli Biləsuvar sakini Həşimov Asif Gülverdi oğlunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona verilən problemli avtomobildən imtina edib.

dia-az.life Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Həşimov Asif Gülverdi oğlunun özü məlumat verib:

"Dedilər, sentyabrın 17-də avtomobili "Azsamand”ın zavoduna gətirim. Zavodda məni səmimi qəbul etdilər. Ancaq oranın iranlı rəhbəri bu məsələni ictimailəşdirməyimi mənə irad tutdu. Saytda bu haqda xəbər gedəndən sonra başqa media orqanları da məsələni işıqlandırdı. Dedi ki, biz zavoddan avtomobilləri saz vəziyyətdə veririk və sən də qəbul etmisən. Mən isə hələ maşını təhvil alanda onun nasaz olduğunu yerindəcə demişəm, ancaq deyiblər, problem deyil, düzələcək, ictimailəşdirmə. Bunların nə düşündüyü, nə etmək istədiyini anlamıram. Belə başa düşürəm ki, Qarabağ əlillərinə yuxarıdan-aşağı baxırlar".



Qarabağ Müharibəsi əlili qeyd edib ki, zavodda avtomobilin bərpa olunub ona təhvil veriləcəyi bildirilib. Lakin heç zavodun ustası da maşının probleminə əncam qıla bilməyib:

"Mənə dedilər, maşını burada düzəldəcəyik. Saat yarım orada gözlədim. Bir yerini düzəltdilər, bir yeri qaldı. Ustaya dedim ki, səni and verirəm Allaha, səmimi de, sən bu vəziyyətdə olan maşını qəbul edərdin? Durub üzümə baxdı.

İranlıya da dedim ki, siz maşın düzəltmək üçün İrandan deffekt mallar gətirmisiniz. Mənə deyir ki, bu, necə olur, heç kimdə problem olmadı, bircə səndə oldu? "Bu maşın, bu da sən, qardaş, düzəlt ver”, - dedim. Qaldı ki, maşının sənəd məsələsi, pasportda "Xəzər" yazılıb, amma üzərində "Azsamand"ın loqosu var. Deyir yox e, bu onların atributudu, nədi, mənim başım çıxmadı. Bildiyim tək bir şey var, onlar bizi aldadır. Mənə verilən maşın sökülüb yenidən yığılmalıdır. Çünki başdansovdu edirlər. Ən azından Qarabağ əlillərinə hörmət qoymaq lazımdır. Rövşən Atakişioğlunun "Ayağım torpaqdan üzüləndə" kitabında 105-ci səhifədə mənim erməninin üzərindən 5 avtomat götürüb təhvil verməyimlə bağlı yaz var. Buna kimi onlara göstərdim ki, bəlkə ürəkləri yumşalar, əziyyətimə qiymət verələr. O da olmadı. Bizim çəkdiyimiz əziyyətlərə hörmətsilzik edirlər".

Həşimov Asif maşını istehsal edən zavod rəsmilərinin dövlətin bu avtomobillər üçün ayrılmış pulundan istifadə etdiyini deyib:

"Texniki pasportda ən azından mənim ad-soyadım olmalı idi. Əgər bunlar doğrudan da bunu mənə veriblərsə, o xüsusi qeyddə niyə mənim adım yoxdu?! Belə çıxır ki, yalan danışırlar, avtomobili mənə təhvil verməyiblər. Maşını da yığa bilmədilər deyə, zavodda qoyub qayıtdım evə. Mənə dedilər, maşından imtina edirsən? Dedim, maşından imtina etmirəm, sırf bu maşından imtina edirəm. Çünki bu avtomobil yararsızdır. 3-5 gündən sonra dağılanda deyəcəklər ki, bu maşını niyə bu günə qoydun. Mən bu sözü eşitməmək üçün maşını orda qoyub çıxdım. Təsəvvür eləyin, maşının kuzovunun heç bir hissəsi bir-biriylə uzlaşmır, aralı qalır, içəri toz-torpaq dolur. Özləri də deyir ki, bütün maşınlar belədi, bundan artığı mümkün deyil. Yoxsa bizi ələ salırlar? Bunun yanında "Oka”ya min şükür. Dövlət niyə bu cür yararsız maşın üçün pul ayırmalıdır axı? İndi görün, dövlətimiz bu avtomobillər görə nə qədər pul ayırıb. İranlı da dedi ki, bizim pullarımız ödənib. Bunların pulu ödənibsə, yararsız maşınları bizə niyə verirlər? Sən pulu almısansa, pulun müqabilində iş görməlisən. Bizi bu hərəkətləri ilə aşağılayırlar. Bunlar başdansovdu iş görürlər və sadəcə pulu düşünürlər. Bizim adımızdan istifadə edərək pul yığırlar. Maraqlıdır ki, nazirlik yararsız maşını niyə qəbul edir?! Heç maşına aid təlimat kitabçası da yoxdur. İstədim, onu da vermədilər. Bu necə zavoddur, başım çıxmır".

Qeyd edək ki, avtomobil Həşimov Asif Gülverdi oğluna 28 may 2019-cu il tarixində dövlət tərəfindən verilib. Maşında problem olması ilə bağlı Qarabağ qazisi bir çox dövlət orqanlarına şikayət məktubu ünvanlasa da, heç birindən cavab çıxmayıb.

Nazirlik qaziyə problemli maşın verdi
Nazirlik qaziyə problemli maşın verdi










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru