"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." .....                     Astana sanksiyalardan yan keçməyin əleyhinədir .....                     Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər .....                     “Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir .....                     Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb .....                     Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var .....                     Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi .....                     Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! .....                     Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi .....                     Dolu düşəcəyi ehtimalı var .....                     “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? .....                     Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu .....                     Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? .....                     ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı .....                     Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı .....                     “Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı” .....                     Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR .....                     "Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." .....                     Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək .....                     Röyal Axundov Bakı həbsxanasında .....                     "Bu nə fırıldaqdır?" .....                     SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... .....                     ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib .....                     “Bioloji müxtəlifliyin mühafizəsi: .....                     Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... .....                     NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır .....                     BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər .....                     "Atam komada deyil, səhv məlumat verilir" .....                     Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... .....                     “Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” .....                     Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar .....                     Ermənistanda qorxu, təlaş və ümidsizlik: .....                     EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... .....                     Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... .....                     Pezeşkian Kazanda Paşinyanla görüşüb .....                     `Azəriqaz`da AYRISEÇKİLİK... .....                     İrəvanın SÜLH PƏRDƏSİ .....                     Ermənistan tələsir, Azərbaycan səbirlə davranır .....                     Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək .....                     Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? .....                 

Vasif Talıbovun yaratdığı eybəcərliklər DAVAM EDİR...
Tarix: 19-12-2022, 08:18 | Çap et
Vasif Talıbovun yaratdığı eybəcərliklər
DİA.AZ: - DİA.AZ olaraq tanınmış jurnalist Heydər Oğuzun Naxçıvanla bağlı paylaşdığı ayrı-ayrı olayları diqqətinizə çatdırmaqda davam edirik. Beləliklə...

Bundan əvvəlki yazı burada: Naxçıvanda vəzifəlilər toplantıya hazırlaşır - Belə davam edərsə...

***

Naxçıvan şəhər polisindən Vasif “xan”a səmərəli zəhmətkeş təklifi: Rəşad İsmayılov “Qəssab Kəmalə”nin oğlu ilə əvəz olunsun
Yadınızdadırsa, dünən Naxçıvan Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanovanın oğlu polis baş leytenantı Məhəmməd Nizami oğlu İmanov barədə redaksiyamıza daxil olan bir məlumat yayımlamışdıq. Məlumatda bildirilirdi ki, Naxçıvan DYP-nın inzibati cərimələr üzrə baş inspektor vəzifəsində işləyən Məhəmməd İmanov da xasiyyətcə anasına bənzədiyi üçün ona el arasında “maşın qəssabı” deyirlər. Paylaşımımıza Naxçıvandan dərhal reaksiya gəlmişdi. Əkbər Novruzov adlı bir facebook istifadəçisi statusumuzun rəy bölümündə yazdığı rəydə iddia etmişdi ki, bu məlumat yalandır. Məhəmməd İmanov o qədər təmiz, qabiliyyətli, mərhəmətli adamdır ki, hətta bu keyfiyyətləri ilə nazir olmağa layiqdır.
Əkbər Novruzovun bu fikirlərinə hörmətlə yanaşır, hesab edirik ki, o, öz düşüncələrini dilə gətirməklə əslində Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılovla Məhəmməd İmanovu qarşılaşdırır və üstünlüyü ikinciyə verir. Ümidvarıq ki, Naxçıvan “xanı” Vasif Talıbov da sadə vətəndaşın bu müqayisəsini nəzərə alacaq, yaxın vaxtlarda Rəşad İsmayılovla Məhəmməd İmanovun yerini dəyişdirəcək. Necə olsa, “xan” həzrətlərinin istənilən gizirə general rütbəsi verib 1 günün içində onu nazir qoymaq təcrübəsi var. Məhəmməd İmanov isə polis baş leytenantıdır və məntiqlə ona nəinki general, hətta marşal rütbəsi də vermək olar.
Vətəndaş Əkbər Novruzovun Vasif “xan”a ünvanladığı eyhamlı mesajlarını dəyərləndirməyi qibleyi-aləmin öz ixtiyarına buraxırıq. Bizi maraqlandıran isə “maşın qəssabı” kimi ad çıxarmış Məhəmməd İmanovun misli-bərabəri görünməmiş mənəvi keyfiyyətlərini gün işığına çıxaran Əkbər Novruzovun kimliyidir.
Apardığımız qısa araşdırmadan sonra Əkbər Novruzovun həqiqətən də sadə vətəndaş olduğunu təsbit etdik. Məlum oldu ki, bu sadə vətəndaş bufetçidir. Yəni alnının təri ilə pul qazanır. Həm də bilirsiniz harda? - Naxçıvan şəhər polis idarəsində. Bəs onu da bilirsinizmi ki, Əkbər Novruzov alın təri ilə pul qazanmaq imkanını kimin sayəsində əldə bilib? Yəqin ki, bilməzsiniz. Onda icazə verin, bunu da mən deyim. Sən demə, bizim məlumatımıza şübhə kölgəsi salmaq istəyən bu bufetçi Naxçıvan şəhər polis idarəsinin rəis əvəzi Şahin Novruzovun qardaşıdır. O Şahin Novruzovun ki, gözünə sataşan imkanlı adamların cibinə narkotik qoyub, tutur və qaz kimi yolduqdan sonra sərbəst buraxır. Yəni Vasif “xan”ın “0 cinayət” siyasətinin ən uğurlu icraçılarından biri kimi tanınır. Məhz bu qabiliyyətinə görə də Naxçıvan şəhərinin asayişi ona tapşırılıb.
Görünür, qardaşının yanında bufetçi işləyən Əkbər Novruzovun bu fikirləri dilə gətirməsi təsadüfi deyil. O, əslimdə özünün yox, qardaşının fikirlərini səsləndirib. Belə çıxır ki, Şahin Novruzov da Rəşad İsmayılovun şəxsi keyfiyyətcə Məhəmməd İmanovdan geri qaldığını və onların yerlərinin dəyişdirilməsini arzulayır. Ümid edirik ki, Vasif “xan” Naxçıvan polisindən gələn bu mesajları vaxtında qiymətləndirəcək və həbs olunmamışdan əvvəl Naxçıvan MR-ın taleyini daha ləyaqətli bir adama – Məhəmməd İmanova tapşıracaq.

***

Oruc Zalovun bacısı oğlu ölkədən qaçmaq istəyir

Srağagün Prezident İlham Əliyevin Fərmanı ilə Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalovun işdən azad edilməsindən sonra Naxçıvan MR-in sabiq İqtisadi İnkişaf naziri Famil Seyidovun qarnına sancıların dolduğu xəbər verilir.
Bildirilir ki, uzun illər Naxçıvanın İqtisadi İnkişaf naziri işləyən, 2019-cu ildə isə vəzifəsindən qovularaq Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi MMC-nin müdir müavini vəzifəsinə təyin olunan Famil Seyidov Oruc Zalovun bacısı oğludur. Famil Seyidovun son 3 ildə taxıl maxinasiyaları ilə qaz vurub qazan doldurduğu da gələn məlumatlar arasındadır.
Famil Seyidov Naxçıvan “xan”ı Vasif Talıbov Naxçıvanda hakimiyyətə gələn kimi onun komandasında yer alıb, əvvəl Muxtar Respublikanın Ticarət naziri, sonra isə İqtisadi İnkişaf naziri kimi mühüm vəzifələrdə işləyib. Onun xüsusilə İqtisadi İnkşaf naziri işlədiyi zamanlarda iş adamlarının başına inanılmaz oyunlar gətirildiyi deyilir. İddalara görə, Famil Seyidov iş adamlarına verdiyi kreditin 40%-ni şapka kimi alması, qalan 60%-i isə İrandan gətirdiyi keyfiyyətsiz malları onlara sırıması ilə məşhurdur. Məhz bu işgüzarlığı sayəsində Naxçıvanın iş adamları ucdan tutma iflasa sürüklənmiş və Muxtar Respublikanın iqtisadiyyatı bütünlüklə “xan” həzrətlərinin əlinə keçmişdir.
Əldə etdiyimiz məlumata görə, dayısının işdən çıxarılması xəbəri yayılar-yayılmaz Famil Seyidovun “hansısa xəstəlikdən əziyyət çəkdiyi” məlum olub. O indi xəstəliyə görə istefa ərizəsi yazıb xaricə “müalicəyə yollanmaq” istəyir. Təbii ki, bu xəstəliyin siyasi olduğundan şübhə duyulur. Ümid edirik ki, Naxçıvan iqtisadiyyatını böyrü üstə qoyan, Muxtar Respublikanın boşalmasında birbaşa “xidmətləri” olan Famil Seyidovun ölkədən qaçmasının qarşısı alınacaq və o, iş adamlarının qənimi kimi istintaqa cəlb olunacaq.
Qara Pişik

***

Naxçıvanbankın Şərur rayon şöbəsində Baş Xəzinədar işləyərkən müəmmalı şəkildə yoxa çıxan və bir neçə saatdan sonra Gümüşlü dağları arasında meyiti tapılan Həsənov Orxanın valideynləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanıma növbəti dəfə video-müraciət ünvanlayıb. Onların iddiasına görə, övladlarının ölümü şübhəlidir və bədbəxt hadisənin əsl səbəbi rayon hüquq mühafizə orqanları tərəfindən ört-basdır edilir. Naxçıvanda Vasif “xan”ın “0 cinayət” prinsipi qüvvədə olduğundan Həsənovların bu iddiası gözardı edilə bilməz. Azərbaycan hüquq-mühafizə orqanlarının bu müəmmalı ölüm hadisəsini araşdırması ümidiylə valideynlərin video-müraciətini yayımlayırıq.
Qeyd edək ki, Orxan Həsənovun ölümündən əvvəl NaxçıvanBankın Şərur şöbəsində ciddi yeyinti faktları ortaya çıxmış, şöbənin rəhbərliyi bunu mərhum Baş xəzinədarın boynuna qoymağa çalışmışdı. Orxan Həsənov isə bu ittihamları qəbul etmirdi. Ardınca da bu bədbəxt hadisə baş vermişdi. Mərhumun valideynləri yeyintilərin əsl günahkarının təsbit edilə bilməməsi üçün Orxanın aradan götürüldüyündən şübhələnirlər.

***

Prezident İlham Əliyev 2018-ci ildə Culfa-Ordubad magistralının salınması üçün dövlət əsaslı investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitdən 30 milyon manat ayırıb.
Prezident yenə ertəsi il eyni büdcədən eyni layihəyə 34.3 milyon manat ayırıb.
Bir yolun çəkilməsi üçün üst-üstə 64 milyon manatdan çox vəsait xərclənib.
Yolun uzunluğu nə qədər olsa yaxşıdır? – Cəmi 50 km. Bunu da 39 km-i iki zolaqlı, 11 km. isə 4 zolaqlı. Yəni hər km-ə 1.28 milyon manat düşür.
Culfa camaatı yola bu qədər vəsait xərcləndiyinə şübhə edir və məsələni araşdırması üçün DTX-nın Naxçıvan Baş İdarəsinə müraciət etməyə hazırlaşırlar.
"Vasif Talıbov ölkə rəhbərini aldadıb 50 km-lik yol üçün 64 milyon manat alıb", - şikayətə getməyə hazırlaşan bir Culfa sakini bizimlə söhbətində belə deyib.

***

Bir müddət əvvəl Ordubad rayon prokurorunun qaynanasının işlədiyi çörəkbişirmə sexinin xadiməsini bıçaqladığını xəbər vermişdik. Xəbərdə bıçaqlanan xadimənin adı çəkilməmişdi.
Maraqlıdır ki, bu gün Ordubad sakini Hümbətov Zülvəli Qulam oğlu video-təkzib yayımlayaraq, onun yoldaşının bıçaqlanmadığını bildirib və bizi bu iddianı təkrarlayarsaq, məhkəməyə verməklə təhdid edib.
Biz qarşı tərəfin mövqeyi kimi bu videonu paylaşırıq. Amma onu da bildirməyi borc bilirik ki, Hümbətov Zülvəli bəyin iddiaları istər-istəməz bu suallara yol açır: Həqiqətən də məlum hadisə baş verməyibsə, Zülvəli bəy hardan bilir ki, biz Ordubadda adam bıçaqlanıb deyərkən, məhz onun yoldaşını nəzərdə tuturuq?
Ümid edirik ki, müvafiq dairələr bu suala aydınlıq gətirmək, hansı tərəfin haqlı olduğunu müəyyənləşdirmək üçün iddiaları araşdıracaq və lazımi ölçü götürəcək.

***

Vasif Talıbovun yaratdığı eybəcərliklər

“Pulsuz Reklam” silsiləsindən: Avtovağzal Otel necə “talıbovlaşdırılıb”?
Talıbovlar ailəsinin cüzi qiymətə özəlləşdirib öz təsərrüfatlarına qatdığı dövlət obyektlərindən biri də “Avtovağzal Otel”dir.
Qara Pişiyin iddiasına görə, sovet hakimiyyəti illərindən 2016-cı ilə qədər bu otel dövlətin nəzarətində və balansında olub. Nə hikmətdirsə, 2016-cı ildə günlərin bir günündə Naxçıvan əhli yuxudan oyananda otelin Nəqşicahan holdingin mülkiyyətinə daxil olduğunu eşidib.
Otelin hansı qiymətə hərraca çıxarıldığını isə MR-də bilən yoxdur. Görünür, muxtar hüquqlu Naxçıvanda bu kimi məlumatlar dövlət sirri kimi qorunur. Amma Naxçıvan qaydalarını dərindən bilən “Qara Pişiy”in Avtovağzal Otelin neçəyə özəlləşdirilməsinə dair öz təxminləri var: “SOCAR-ın tikib ərsəyə gətirdiyi Diaqnostika Mərkəzi 100 min manata özəlləşdirilibsə, deməli Avtovağzal Otel “xan” ailəsinə daha ucuz qiymətə, bəlkə də 50-60 min manata başa gəlib”.
Bildirilir ki, cəmi 50-60 min manata özəlləşdirilən təkcə otel olmayıb. “Xan” ailəsi bir göz qırpımında oradakı 15 mağazanı da bu özəlləşdirmə yoluyla öz mülklərinə qatıb. Halbuki, həmin mağazaların hər birini 20-30 min manata satmaq olar və yəqin ki, elə də edilib. Amma Naxçıvanda mağazaların satın alınması o demək deyil ki, orada qazandıqların sənin olmalıdır. Mağaza sahibləri satın aldıqları mağazalar üçün kirayə ödəməklə yanaşı, həm də qazanclarının yarısını da “xanzadə” Seymur ibn Vasif həzrətlərinə verməlidirlər.
Hər ay Avtovağzal Oteldən gələn mənfəətlərin və kirayələrdən yığılan pulların holdinqin kassasına mədaxil olunduğunu bildirən mənbəmizin iddiasına inansaq, bu obyetlərin də təkcə 2022-ci ildə 458,350 ( dörd yüz əlli səkgiz min üç yüz əlli ) manatlıq dövriyyəsi olub və o belə, vergidən yayındırılıb.

***

DAVAMI MÜTLƏQ OLACAQ...

dia-az.site olaraq qeyd olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Bu gün, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Bu gün, 13:05
Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan
Bu gün, 13:03
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
Bu gün, 13:01
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb - VİDEO
Bu gün, 12:58
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:57
Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - FOTO
Bu gün, 12:54
Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! - ÇAĞIRIŞ
Bu gün, 12:49
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi - BU NƏDİ BELƏ?..
Bu gün, 12:43
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? - İLGİNC FAKTLAR...
Bu gün, 12:26
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." - FAKT BUDUR!
Bu gün, 12:00
Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək - AKTUAL
Bu gün, 11:51
Röyal Axundov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:50
"Bu nə fırıldaqdır?" - ETİRAZ
Bu gün, 11:48
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... - Cəzalarını çəkəcəklər
Bu gün, 11:42
ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib - FOTO
Bu gün, 11:39
“Bioloji müxtəlifliyin mühafizəsi: - Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
Bu gün, 11:36
Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:24
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır - TASS
Bu gün, 11:22
BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər - AÇIQLAMA
Bu gün, 11:22
"Atam komada deyil, səhv məlumat verilir" - Təhminə Mustafayeva
Bu gün, 11:14
Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... - ABŞ-ın növbəti İKİÜZLÜLÜYÜ
Bu gün, 11:09
“Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” - Firəngiz Əlizadə
Bu gün, 11:06
Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar - FOTO
Bu gün, 10:56
Ermənistanda qorxu, təlaş və ümidsizlik: - son sorğunun nəticələri nə göstərir?
Bu gün, 10:47
EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... - ÖZBAŞINALIĞIN QISA XRONOLOGİYASI...
Bu gün, 10:42
Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... - AXI NİYƏ?..
Bu gün, 10:24
Pezeşkian Kazanda Paşinyanla görüşüb
Bu gün, 10:17
`Azəriqaz`da AYRISEÇKİLİK... - Bəzi işçilər ezamiyyətə buraxılmır...
Bu gün, 10:16
İrəvanın SÜLH PƏRDƏSİ - NƏ İŞLƏR ÇEVRİLİR?
Bu gün, 10:08
Ermənistan tələsir, Azərbaycan səbirlə davranır - GƏLİŞMƏ
Bu gün, 09:53
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək - FOTO
Bu gün, 09:49
Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 09:45
"Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır - SƏRƏNCAM
Bu gün, 09:42
TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... - "120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə..."
Bu gün, 09:37
Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir – Zakaryan
Bu gün, 09:34
"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." - “Vətəndaş A”nın Almazı
Bu gün, 09:31
Bu günlərdə iş və dərs olmayacaq - SİYAHI
Bu gün, 09:27
“Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir - Yığımları azalmaqda davam edir
Bu gün, 09:24
"Xaçmaz düşmədi yadınıza?" - Sakinlər başçıdan soruşur...
Bu gün, 09:14
Rövşən Rüstəmovun başı cəncəldən açılmır... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:05
ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... - İTTİHAM VAR...
Bu gün, 08:59
"Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir - FAKT BUDUR!
Bu gün, 08:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru