Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                 

“Gəncə Körpü Tikinti-2” ASC-dən dövlət başçısına şikayət - İşçinin haqqını yeyirlər
Tarix: 18-03-2014, 13:47 | Çap et
“Gəncə Körpü Tikinti-2” ASC-dən dövlət başçısına şikayət
Redaksiyamıza Gədəbəy rayonunun Arıxdam kənd sakini Məhərrəm Məmmədovun Prezident İlham Əliyevə ünvanladığı müraciəti daxil olub. Şikayətçi məhkəmə hakimlərini ədalətsiz, qanun-qaydaya sığmayan qətnamələr çıxarmaqda günahlandırır. M.Məmmədovun müraciətindən aydın olurdu ki, o, 1990-cı ildən Gədəbəy rayonunda yerləşən “Azəravtoyol” İstehsalat Birliyinin 5 nömrəli Körpü tikinti sahəsində sürücü kimi işə qəbul olunub. 17 avqust 1992-ci ildə Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı və 12 avqust 1992-ci il tarixli 0855296 nömrəli yol vərəqi ilə 95-93 dövlət qeydiyyat nişanlı “KAMAZ” markalı avtomobillə xüsusi hərbi təyinatlı yük gətirmək üçün Ağdam şəhərinə göndərilib. Ağdamdan qayıdarkən idarə etdiyi avtomobil qəzaya uğrayıb, nəticədə, ayağından ağır xəsarət alıb. Sol bud sümüyünün aşağı üçdə birinin qapalı sınığı və sağ diz çanağının sınığı diaqnozu ilə dörd ay Şəmkir Mərkəzi Rayon Xəstəxanasında müalicə olunub. Sonra Şəmkir rayonunun Kür qəsəbəsindəki xəstəxanaya köçürülüb. İki ay burada müalicə olunduqdan sonra evə buraxılıb. Həkimlərin rəyinə görə, sağlamlığının 60 faizini itirən M.Məmmədova “Azəravtoyol” İstehsalat Birliyinin 5 nömrəli Körpü tikinti sahəsinin rəhbərliyi tərəfindən ona bədbəxt hadisə aktı verilib.

1993-cü ilin aprel ayından 1996-cı ilin dekabr ayına kimi əmək xəsarəti və əmək qabiliyyətimin müvəqqəti itirilməsinə görə M.Məmmədova orta əmək haqqının 60 faizi məbləğində aylıq ödənc hesablanaraq ödənilib. Ancaq “Azəryolservis” ASC-nin 07 yanvar 1997- ci il tarixli 33 nömrəli əmri ilə Gədabəy rayon 5 saylı Körpü tikinti sahəsi 01 yanvar 1997-ci il tarixdən Gəncə şəhər 2 saylı Körpü tikinti idarəsinə birləşdiriləndən sonra M.Məmmədova əmək xəsarəti ilə əlaqədar aylıq ödənclər ödənilməyib. Belə ki, “Gəncə Körpü Tikinti-2” ASC rəhbərliyi aylıq və birdəfəlik ödəncləri ödəməkdən imtina edib. Belə olan halda, M.Məmmədov “Gəncə Körpü Tikinti-2” ASC-yə qarşı istehsalatla bağlı əmək xəsarəti nəticəsində əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq və birdəfəlik ödənişlərin xeyrinə tutulması tələbi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə iddia ərizə ilə müraciət edib.

Hakim Emin Əliyevin icraatında olan mülki işin məhkəməsi 8 ay çəkib. Uzun süründürməçilikdən sonra iddia rədd edilib. M.Məmmədov həmin qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Eyni zamanda “Gəncə Körpü Tikinti-2” ASC ona qarşı istehsalatda bədbəxt hadisə haqqında aktın etibarsız hesab edilməsi tələbi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib. Bu səbəbdən də hakim Rəhman Muradov iş üzrə icraatın Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan “Gəncə Körpü Tikinti-2” ASC-nin M.Məmmədova qarşı istehsalatda bədbəxt hadisə haqqında aktın etibarsız hesab edilməsi tələbinə dair işin həll edilməsinə qədər dayandırılması haqqında qərar verib.

M.Məmmədovun müraciətə əlavə etdiyi sənədlərdən göründüyü kimi, 12.08.1992-ci il tarixdə onun qəzaya düşməsi ilə əlaqədar “İstehsalatda bədbəxt hadisə haqqında” Gədabəy rayon 5 saylı Körpü tikinti sahəsinin rəhbərliyi və Həmkarlar İttifaqı tərəfindən 12 avqust 1992-ci il tarixli akt tərtib edilib.

Onu da qeyd edək ki, M.Məmmədovun sözügedən iddiası üzrə mülki iş Kəpəz rayon Məhkəməsinin icraatında olan dövrdə cavabdeh “Gəncə Körpü Tikinti-2” ASC Gədəbəy rayon Məhkəməsində Məmmədov Məhərrəm Kərim oğluna qarşı “İstehsalatda bədbəxt hadisə haqqında 5 №-li Körpü Tikinti sahəsinin tərtib etdiyi 12 avqust 1992-ci il tarixli aktın etibarsız sayılması barədə” iddia qaldırıb. Gədəbəy rayon Məhkəməsinin 19 avqust 2013-cü il tarixli 577/2013 saylı qətnaməsi ilə “Gəncə Körpü Tikinti-2” ASC-nin iddiası təmin edilməyib.

Qeyd etdiyimiz kimi, 2013-cü il avqustun 19-da Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımovun sədrliyi ilə iddiaçı “Gəncə Körpü Tikinti-2” ASC-nin Məmmədov Məhərrəm Kərim oğluna qarşı “İstehsalatda bədbəxt hadisə haqqında aktın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə baxılıb.

İddiaçı “Gəncə Körpü Tikinti-2” ASC-nin nümayəndəsi İsaq Tomiyev məhkəmə iclasında iddia tələbini müdafiə edib.

Cavabdeh M.Məmmədov iddia tələbini etiraf etməyib və izahatında iddia tələbinin əsassız olduğunu, təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edib ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir: “Belə ki, işdə olan Şəmkir rayon Kür Qəsəbə Xəstəxanası tərəfindən verilmiş xəstənin stasionar tibbi kartasından çıxarışdan görünür ki, Məmmədov Məhərrəm Kərim oğlu 08 dekabr 1992-ci ildən 02 fevral 1993-cü il tarixədək sol bud sümüyünün xəsarəti ilə stasionar müalicədə olmuşdur.

İşdə olan Şəmkir Mərkəzi Rayon Xəstəxanasınm arayışından görünür ki, Məmmədov Məhərrəm Kərim oğlu 13 avqust 1992-ci il tarixdən 07 dekabr 1992-ci il tarixə kimi Şəmkir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsində sol bud sümüyünün aşağı 1/3-nin qapalı sınığı, sağ diz çanağının sınığı diaqnozu ilə müalicədə olmuşdur. İşdə olan 12 avqust 1992-ci il tarixli müdriyyət və həmkarlar ittifaqı tərəfindən tərtib edilmiş bədbəxt hadisə aktından görünür ki, M.K.Məmmədov 12 avqust 1992-ci il tarixdə 085296 saylı yol vərəqi ilə Azərbaycan Milli Ordusunun Gədəbəy bölməsinin və Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə Ağdam şəhərindən xüsusi yük gətirməyə göndərilmiş, geri qayıdarəkən Gədəbəy rayon Qaradağ kənd ərazisində avtomaşın qəzasına düşmüş, Şəmkir Mərkəzi Xəstəxanasına göndərilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında iddiaçı mübahisələndirilən aktın etibarsızlığı üçün istinad etdiyi halları sübuta yetirə bilmədi. Belə ki, iddiaçının ərizəsində aktın etibarsızlığı üçün irəli sürdüyü arqumentlər əsaslı hüquqi faktlara deyil, şəxsi mülahizələrinə əsaslanmış, həmin mülahizələr cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla tam təkzib edilmişdir”.

Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlib.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət edib ki, “İddiaçı “Gəncə Körpü Tikinti-2” ASC-nin Məmmədov Məhərrəm Kərim oğluna qarşı “İstehsalatda bədbəxt hadisə haqqında aktın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin”.

M.Məmmədov hesab edir ki, vaxtilə işlədiyi və əmək xəsarəti ilə əlaqədar aylıq ödənc aldığı Gədabəy rayon 5 saylı Körpü tikinti sahəsi ləğv olunsa da, hüquqi varisi “Gəncə Körpü Tikinti-2” ASC tərəfindən ona aylıq və birdəfəlik ödənclər 1 yanvar 1997-ci il tarixindən ödənilməlidir.

Ona görə də qeyd etdiyimiz kimi, M.Məmmədov “Gəncə Körpü Tikinti-2” ASC-yə qarşı istehsalatla bağlı əmək xəsarəti nəticəsində əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq və birdəfəlik ödənişlərin xeyrinə tutulması tələbi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə iddia ərizə ilə müraciət edib. 5 avqust 2013-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi keçirilən məhkəmə iclasında iddiaçı Məmmədov Məhərrəm Kərim oğlunun cavabdeh “Gəncə Körpü Tikinti-2” ASC-yə qarşı istehsalatla bağlı əmək xəsarəti nəticəsində əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq və birdəfəlik ödənişlərin onun xeyrinə tutulması tələbinə dair mülki işə baxılaraq müəyyən edilib ki, iddiaçı Məmmədov Məhərrəm Kərim oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Gəncə Körpü Tikinti-2” ASC-dən 75600 manat məbləğində aylıq ödənişin, 25200 manat məbləğində birdəfəlik ödənişin, 5000 manat məbləğində maddi ziyanın, 5000 manat məbləğində mənəvi zərərin, 01 avqust 2012-ci ildən 420 manat məbləğində aylıq ödənişin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. Məhkəmə iclasında izahat verən Məmmədov Məhərrəm Kərim oğlu iddianı müdafıə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edib.

Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq qət edib ki, “iddiaçı Məmmədov Məhərrəm Kərim oğlunun cavabdeh “Gəncə Körpü Tikinti-2” ASC-yə qarşı 75600 manat məbləğində aylıq ödənişin, 25200 manat məbləğində birdəfəlik ödənişin, 5000 manat məbləğində maddi ziyanın, 5000 manat məbləğində mənəvi zərərin, 01 avqııst 2012-ci ildən 420 manat məbləğində aylıq ödənişin onun xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin”.

M.Məmmədov dövlət başçısına ünvanladığı müraciətində daha sonra yazır:

“Hörmətli cənab Prezident!

Vətən, torpaq uğrunda sağlamlığımın 60 faizmi itirmişəm. Vətənə can yandıran oğullara hörmət budurmu? Siz fərman verdiniz ki. Azərbaycanda zorakılığa və korrupsiyaya qarşı ciddi mübarizə aparılacaq. Ancaq korrupsiyanı yaradan İsaq Tomiyev kimiləri və digər vəzifəli şəxslərdir. Əgər qanuna müvafiq deyildirsə, nə üçün onlar mənim 3 il aylıq məvacibimi qismən ödəmişlər, indi isə ödəmirlər?! Məni süründürürlər.

Azərbaycan Konstitusiyasınm maddə 26-cı bəndində yazır ki, insan azadlıqlarının müdafiəsi

1. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır;

2. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Ancaq çox təəssüf ki, Azərbaycan Respublikasında məhkəmə hakimlərinin özbaşınalıqları müstəqil Azərbaycanda bitmək bilmir. Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımovun verdiyi ədalətli qətnaməni Gəncə Apellyasiya Məhkəməsinin hakimi Fikrət Mehdiyev İsaq Tomiyevin bütün sənədlərini icraata götürərək, bir aydan sonra məhkəmə prosesində bildirmişdi ki, guya İsaq Tomiyevin verdiyi etibarnamədə sənədlərə imza atmaq səlahiyyəti olmayıb. Bu adla Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımovun verdiyi ədalətli qərarı ləğv edərək, yenidən iddia qaldırmaq barədə qətnamə çıxartmışdır.

Gəncə şəhər Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov və hakim Fikrət Mehdiyev şikayətimi bir-birinə ötürür, öz hüquq səlahiyyətlərini icra etmirlər. Azərbaycan Konstitusiyasının qanunlarını maddi maraqları əsasında icra edirlər. Bu səbəbdən də haqlı şikayətimi müdafiə edə bilmirəm.

Hörmətli cənab Prezident!

Gədəbəy rayon Məhkəməsinin sədri Ceyhun Əhmədov tərəfindən 31 mart 2014-cü ildə, saat 12:30-da keçiriləcək prosesin, həmçinin mənim və ailəmin təhlükəsizliyinin təmin edüməsi üçün aidiyyəti qurum rəhbərlərinə göstəriş verməyinizi xahiş edirəm”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
\\tezadlar.az \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru