"Müstəqilliyimizi bərpa etmişik, amma yenə də, Şimal - Quzey küləkləri əsməkdədir...” - Mirmahmud Mirəlioğlu
Tarix: 19-10-2024, 00:10 | Çap et
“Bir qərinədir ki, müstəqilliyimizi bərpa etmişik, amma yenə də, Şimal - Quzey küləkləri əsməkdədir... Müstəqilliyimizə təhdidlər var... Təhdidlər - savadsız, bilgisiz adamları qorxudar. Təhdidlər - qorxaqların silahıdır. ALLAH qanı təmiz, yolu, idealı aydın, məqsədi müqəddəs, inamlı, imanlı olanları tək qoymaz! Biz əzəldən Qalib idik! Yenə də, Qələbə bizim olacaq! Xalqımız, Millətimiz Qalib olacaq”. Bu fikirləri Moderator.az-a açıqlamasında 1988-1992-ci illərdəki milli azadlıq hərəkatının liderlərindən biri olmuş, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktına imza atmış istiqlalçı deputat, KXCP sədri Mirmahmud Mirəli oğlu dilə gətirib. “ “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsi rəhbər tutularaq, Azərbaycan Respublikasının Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunmasından 33 il – bir qərinə keçir. 1920-1930-cu illərdə də Sovet-bolşevik-kommunist imperiyasına qarşı açıq üsyanlar qaldıran və amansız qətllər və repressiyalarla üzləşən Azərbaycan xalqının müstəqilliyimizin bərpasına doğru aparan hərəkatı gizli, bəzən də yarımgizli şəkildə həmin sovet dövründə - XX əsrin 40-60-cı illərində də davam edərək 1988-ci ildən açıq şəkildə üzə çıxdı və nəhayət, 1991-ci ilin oktyabrın 18-də - o şərəfli gündə öz əsas hədəfinə çatdı. Müstəqilliyimizin bərpasına doğru gedən yolda bizlər bir xalq, millət olaraq ŞƏHİDLƏRLƏ iştirak etdik, Qazilərlə iştirak etdik, Azərbaycan Xalq Cəbhəsi olaraq iştirak etdik... Milli Azadlıq Hərıkatının lideri Azərbaycan xalqıdır”- deyən Liderimiz ilə iştirak etdik”, -davamında bunları söyləyən partiya sədri hələ də müstəqilliyimizə təhdidlər olduğunu, lakin sonda yenə də Azərbaycan xalqının qalib olacağını diqqətə çatdırıb. “Bu gün mən çox qürurluyam və çox xoşbəxtəm ki, ALLAH Müstəqilliyimizin Bərpası Gününün yetişməsi uğrundakı o müqəddəs Hərəkatda bir fərd olaraq iştirakı, o Müstəqillik haqqında Konstitusiya Aktının altında imza qoymağı mənə də nəsib etdi… Biz müstəqilliyimizi bərpa etməklə qanlı, qırmızı rus - sovet imperiyasına son verdik. Xalqlar həbsxanası olan – “sovet sosialist respublikaları ittifaqı” adlanan şər imperiyası, tarixin arxivinə göndərildi... Və o ittifaqın guya könüllü üzvü olmuş “Azərbaycan ssr”-in əvəzində yeni, müstəqil dövlətçiliyimizin əsasını qoyduq... Fəqət, nə yazıqlar ki, qırmızı, çar - rus - sovet imperiyasının yerində, özünü qanlı sovet imperiyasının varisi elan edən "yeni" rusiya peyda oldu... Və əslində çar-rus-sovet imperiyasının varisi demək həm də “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay”, “28 Aprel”, 20 Yanvar qətliamı, Xocalı soyqırımının varisi olmaq deməkdir... Təzadlıdır ki, Vətənimizi xalqımızı parçalayıb iki şaqqaya ayıran mənfur Gülüstan müqaviləsi də oktyabrda imzalanmışdı... Bu günlər 211 ili tamam oldu... Bir vaxtlar o müdhiş 70 il boyu – bir "böyük oktyabr sosialist inqilabı" deyilən "bayram" da var idi... Allah bu xalqın taleyini elə yazdı ki, Müstəqilliyimizin Bərpası da məhz oktyabrda baş tutdu... Bir qərinədir ki, müstəqilliyimizi bərpa etmişik... Amma yenə də, Şimal - Quzey küləkləri əsməkdədir... Müstəqilliyimizə təhdidlər var... Təhdidlər - savadsız, bilgisiz adamları qorxudar. Təhdidlər - qorxaqların silahıdır. ALLAH qanı təmiz, yolu, idealı aydın, məqsədi müqəddəs, inamlı, imanlı olanları tək qoymaz! Birdəfəlik bilməliyik ki, qarı düşmən dost olmaz. Düşməni dost tutanlar - kim olur olsun, bilərəkdən - bilməyərəkdən - daxili düsmənimizdir... Amma biz əzəldən Qalib idik! Yenə də, Qələbə bizim olacaq! Xalqımız, Millətimiz Qalib olacaq... Odur ki, bu müqəddəs bayram münasibətlə xalqımızı təbrik edir, ona yeni-yeni qələbələr diləyirəm... Müstəqilliyimizin bərpasının 33 - cü ili mübarək olsun! Müstəqilliyimiz dünya durduqca əbədi olsun! Allah şəhidlərimizin qisaslarını almaqla ruhlarını şad etməyi nəsib etsin bizlərə! Allah qazilərimizə şəfa versin! Ordumuz, Müzəffər Əsgərimiz daim Qalib olsun! İnşallah, Bütöv Azərbaycan vətəndaşı olmaq da nəsibimiz olsun!”, - deyə sonda istiqlalçı deputat arzularını ifadə edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|