Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                     Bayramovun ağlar günə qoyduğu Gəncə... .....                     Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib .....                     Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                     Qanunların üstündə əyləşən İCRA BAŞÇISI .....                     “Şəkər Zavodu metal alveriylə məşğuldur” .....                     Bölgələrdə bahalaşan əmlak... .....                     Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                 

Elməddin: “Mən toylara 7 il əvvəl yox demişəm”
Tarix: 27-10-2014, 09:03 | Çap et
Elməddin: “Mən toylara 7 il əvvəl yox demişəm”
Kulis.Az-ın “Yeməli söhbət” layihəsinin qonağı məşhur yumorist Elməddin Cəfərovdur.

- Elməddin müəllim, xoşladığınız yeməklər hansıdır?

- Birmənalı olaraq ət yeməklərini sevirəm. Qoyun, toyuq, balıq xüsusən də balığı lap çox xoşlayıram. Bircə broyler toyuqlarını sevmirəm. Onların budu çox böyük olur. Bəzən broyler toyuqlarının budlarını qoyun budlarına oxşadıram.

- Kababla aranız necədir?

- Yalnız “antrikod”u bəyənirəm.

- Yemək bişirə bilirsiz?

- Əslində, mən çox yaxşı yemək bişirirəm, amma kollektiv inanmır. İşdə yemək olmayanda dostlara deyirəm ki, mən yemək bişirim. Qoymurlar. Amma vallah mən yaxşı yemək bişirirəm. Yaxşı pomidor-yumurta və ayran hazırlaya bilirəm.

- Tələbə yeməklərini necə?

- Mən məktəbdə oxuyanda təbii ki, yeməyi anam bişirirdi. Sonra elə yaşadığım Gəncədə universitetə qəbul oldum. Universiteti bitirən kimi evləndim. Buna görə, özümə qulluq eləmək imkanım az oldu. Adam yemək bişirəndə dincəlir.

- Mən bilən, həyat yoldaşınız Zaqataladandır. Zaqatala mətbəxi ilə aranız necədir?

- Zaqatala mətbəxində xəmir xörəkləri çoxdur. Xəmir xörəklərindən xoşum gəlmədiyi üçün elə çox yemirəm. Zaqatala mətbəxi gürcü mətbəxinə yaxındır. Zaqatalada ətə turşu vururlar. Mən bunun əleyhinəyəm. Ətə turşu vuranda dadı qaçır. Hər şeydə təbiiliyin tərəfdarıyam.

- Evdə hansı mətbəxə üstünlük verirsiniz?

- Birmənalı olaraq Gəncə mətbəxi. Uşaqlar da o mətbəxi sevir. Həyat yoldaşım bilir ki, öz mətbəxlərinə uyğun yemək hazırlasa, hamısını özü yeməli olacaq. Gəncə mətbəxi çox zəngindir.

- Səncə, özəlliyi nədir?

- Gəncə mətbəxi ilə Göyçə mətbəxi oxşardır. Göyçə mətbəxinin yeməkləri ilə böyüdüyümə görə, təbii olaraq Gəncə mətbəxini də sevirəm. Gəncə mətbəxində Xan plovu var, çox bəyənirəm. Mənə elə gəlir ki, Azərbaycanda ən yaxşısı Qərb mətbəxidir.

- Toylara aparıcı kimi gedəndə nə yeyirsiniz?

- Mən 5-6 ildir toylara aparıcı kimi getmirəm. İçki olan toylara getmirəm. Bu da o deməkdir ki, 90 faiz toylara getmirəm. Toy yeməklərini, demək olar ki, yemirəm. Çünki bəzən, o yeməklər köhnə olur. Həm də ümumi bişirilən yeməklə özəl bişirilən yemək eyni deyil. Hər halda 500 nəfərə bişirilən yeməklə 4 nəfərə bişirilən yemək eyni dadı vermir. Mən yeməyi doymaq üçün yox həzz almaq üçün yeyirəm.

- Bəzi yazarlar “Toylara yox de” adlı kampaniya keçirir. Buna münasibətiniz necədir?

- Bizim toylarda 30 çeşid yemək verirlər. Mən elə insanlar tanıyıram ki, toy eləmək üçün borca girir. Biz niyə toy məsələlərində Avropaya baxmırıq. 800 manata 800 adama toy eləyirlər. 7-8 mərtəbə tort bişirirlər. 4-5 çeşid şirə, bir də balaca şirniyyat. Biz belə etsək olmaz? Bizim toylarda adamlar əlində araq tutub Allahdan evlənənlərə dua edir. Amin deyilən yerdə araq içirlər. Ailənin bünövrəsini haramla qoyurlar. Bir nəfər 50 müğənni çağırır toya, fişənglər, bahalı maşınlar... Sonra borclu qalır. Bu gün toy edəndə bütün planları bəylə gəlinin xoşbəxtliyi üzərində qurmaq lazımdır. Mən toylara 6-7 il qabaq yox demişəm. Yox deməyimin səbəblərindən biri də israfçılıqdı.

- Toylara aparıcı kimi gedən vaxtlarınızda başınıza maraqlı hadisələr gəlməmiş olmaz...

- Biz efirə təzə çıxan vaxtlarda rayonlardan birinə “palatka” toyuna getmişdik. Toyda çölə çıxmışdım. Birdə gördüm, arxadan bir nəfər qışqıra-qışqıra deyir: “Ay adam güldürən, ayaq saxla!”

- Dieta saxlayırsınız?

- Yayda mənə dostlar deyirdi ki, çox kökəlmisən, dieta saxla. Deməli iki gün ancaq çay, su içdim. Sonra baxdım ki, cəmi 200 qram arıqlamışam. Yəni tərəzidə hiss olunmurdu. Dəhşət əsəbləşdim. Gecə saat 2-də o qədər yedim ki, gördüm ölürəm. Danışa da bilmirdim.

- Fast-foodla aranız necədir?

- Fast-fooddan həmişə qaçmışam. Fast-food yemək deyil, sadəcə mədəni aldatmaqdır.

- Sevgilinizlə ilk dəfə nə yemisiniz?

- Mənim ilk sevgilim indiki həyat yoldaşımdır. Mən həyat yoldaşımla 4 il Gəncə Dövlət Universitetində bir partada oturmuşuq. Dördüncü kursda nişanlandıq. Gəncədə o vaxt indiki şərait yox idi. Yəni, tələbə yoldaşınla gedə biləcəyin bir kafe yox idi. Gəncədə bir park idi və biz o parkda oturub şirniyyat, peraşki yeyirdik. Ümumiyyətlə, mən peraşkini çox sevirəm.

- Restorana gedəndə əsasən nəyə üstünlük verirsiniz?

- Əsas xidmətə. Bunun içinə ofisiantın geyimi də daxildir. Əgər ofisiant geyiminə fikir verirsə, demək o, yeməyi də səliqəli gətirəcək. Dostlarımla həmişə getdiyimiz bir restoran var idi. Bir il hər gün naharımı orda etdim. Axırıncı dəfə həmin restorana qonağımla getdim. 3 tikə ət qoyub, 40 manat hesab istədilər. Ofisianta dedim, qardaş, efirdə görürsünüz, elə bilirsiniz, milyanerik? Yeməyi yemədən pulu verib çıxdım və bir də həmin restorana getmədim.

- Təbiət qoynunda yeyib-içməyi xoşlayırsınız?

- Kollektivlə gedirik. Amma son vaxtlar o qədər qəzalar olur ki, avtomobillə uzaq yola çıxmaqdan qorxuram. Bu yay dostlarla Lerikə getmişdik. Yeməyi özümüz bişirməsək də, yaxşı istirahət elədik. Təbiətdə insanın bütün zehni yorğunluğu çıxır.

- Ova gedirsən?

- Mənim qardaşım ovçudur. Bir dəfə onunla ova getmişdik. Sevmədim. Soyuq, söhbət edə bilməmək, ov tapmaq adamı yorur. Qardaşım dovşana güllə atanda bilərəkdən səs çıxartdım ki, qaçsın. Sonra gördüm yox e... acından ölürəm, sakit durdum, bir dovşan vurdu, yeyib qayıtdıq.

- Sənətinizdə nə yeniliklər var?

- İnşallah, gələn ay “Qız atası” serialının çəkilişinə başlayırıq. Mətanət Əliverdiyeva baş rolda çəkilib. Serialın quruluşçu rejissoru Ramin Hacıyev, ssenaristləri Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynovdur. Bu serialın çox uğurlu olacağına əminəm.

- Sizi kim güldürə bilir?

- Məni yumoristlərin hamısı da güldürə bilər, heç biri də. Gülmək məsələsi həm də ovqatımdan asılıdır. Azərbaycanda ən çox güldüyüm aktyor Fərdadır. Onunla çox işlədiyimə görə, zarafatlarını tam başa düşürəm.

- Elə toy olub ki, gedəsiz, pulunuzu verməyələr?

- Olub. Bir dəfə zəng gəldi ki, vallah imkanımız yoxdur, amma istəyirik toyumuzu siz aparasız. Dedim, gəl söhbət edək. Fikrimizdə kasıb bir adam canlandı. Üstündən az keçmiş, gördük, bizim kasıb dediyimiz Nissan Murano ilə gəldi. O vaxt Bakıda 3-4 Murano var idi. Fərdanın köhnə “Mercedes”i var idi. Fərda Muranonu görüb maşınını gizlətdi. Daha doğrusu, maşın özü utandığından gizləndi. Bu adama dedik ki, qardaş, hərəmiz min manata gəlirik, amma sizə güzəşt edib ikimizə 1500 alarıq. Qonağımız dedi ki, sizə cəmi 500 manat verə bilərəm. Fərda buna dedi ki, elədirsə, biz havayı gələrik. Bir sözlə, biz dediyimiz qiymətə razılaşdıq, amma toyda pul vermək istəmədi. Dedi, 500 manatdansa havayı gəlmək istəmirdiniz? Fərda sağ olsun, birtəhər 500 ala bildi. Aldığımız pulun 300 manatını yolxərci elədik.

Elə toy olub ki, dava düşüb pulsuz qayıtmışıq. Bir dəfə rayonların birinə toya çağırmışdılar. Bəy gəlinin keçmiş sevgilisinin dostu imiş. Gəlinin keçmiş sevgilisi Rusiyadan toya gəlmişdi və toyda mikrofonu alıb oğlana dedi ki, sən düz hərəkət eləmədin. Gərək mənim sevdiyim qızla evlənməzdin. Dava düşdü. Polis gəldi şadlıq evinə və toy dağıldı.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru