Əsas Səhifə > Güney Press > `Azəriqaz`dan işçinin iddiaları ilə bağlı AÇIQLAMA
`Azəriqaz`dan işçinin iddiaları ilə bağlı AÇIQLAMABu gün, 15:31 |
Keçən günlərdə "Azəriqaz" İstehsalat Birliyinin işçisi Emil Tahirovun gileyini təqdim etmişdik. YAZISI BURADA: `Azəriqaz`da işdə zədələndinsə... BATDIN! - GİLEY "DİA-AZ" bildirir ki, bununla bağlı sözügedən qurumdan münasinbət açıqlanıb. Həmin açıqlamanı təqdim edirik: "“Azəriqaz” İB-nin Ağsu RQİİ-nin Göyçay XS-də QDX-nin ustası Tahirov Emil İkram oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı ərizəyə tərəfimizdən baxılmışdır. İlkin olaraq bildirik ki, şikayətçi Tahirov Emil İkram oğlunun müxtəlif vaxtlarda xəstəliklə əlaqədar Birliyin Ağsu RQİİ-nə təqdim etdiyi xəstəlik vərəqələrinin görə təyin edilmiş ödənişlərin edilməsi mövcud qaydalara uyğun həyata keçirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsində Azərbaycan Respublikası ərazisində istehsalatda baş verən bədbəxt hadisələrin təhqiq edilməsinin və uçota alınmasının vahid qaydasını müəyyən edilmişdir. Qaydaya əsasən İstehsalatda bədbəxt hadisə və ya xəsarət halı nəticəsində işçinin əmək qabiliyyətinin 1 (bir) gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında 1 (bir) gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş hadisə İZ formalı aktla rəsmiləşdirilir və istehsalatda bədbəxt hadisə kimi qeydiyyata alınır. Eyni zamana istehsalatda baş vermiş bədbəxt hadisənin ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlərin təhqiqatı Dövlət Əmək Müfəttişliyində yaradılmış komissiya tərəfindən aparılır. Göstərilənləri nəzərə alaraq bildiririk ki, “Azəriqaz” İB-nin əməkdaşı E.Tahirovun istehsalatda xəsarət alması və ya peşə xəstəliyinin qazanması ilə əlaqədar “Azəriqaz” İB-də hər hansı məlumat qeydə alınmamışdır. Əlavə olaraq bildirək ki, Tahirov Emil İkram oğlu “Azəriqaz” İB və “Paşa Həyat Sığorta” ASC arasında imzalanmış 18.05.2022-ci il tarixli 2205432151459 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi ilə sığortalanmışdır. Həmçinin “Azəriqaz” İB və “Paşa Sığorta” ASC arasında imzalanmış 05.01.2024-cü il tarixli 0025/24 saylı Könüllü Tibbi Sığorta müqaviləsinə uyğun olaraq tibbi xidmətlərə olan tələbatın ödənilməsi üçün də işçi sığortalanmışdır". Geri qayıt |