`Azəriqaz`da işdə zədələndinsə... BATDIN! - GİLEY
Tarix: 23-10-2024, 09:48 |
Çap et
" "Azəriqaz"da iş vaxtı d-125 millimetrlik boruya güc edəndə belimdə zədə əmələ gəlib. 08.05.2024-cü il tarixindən bu günə kimi öz hesabıma müalicə alıram. Yazmadığım dövlət qurumu qalmayıb..." "DİA-AZ" xəbəbr verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin işçisi Emil Tahirov gileyində ifadə edib.
Narazı vətəndaş daha sonra bildirir: " "Azəriqaz" İB-nin həmkarlar ittifaqı sədri Ədalət Qurbanova maddi köməkliyin göstərilməsi üçün məktub unvanladım müalicəmi davam etdirilməsi üçün... cavabsız qaldı.
SOCAR prezidenti Rövşən Nəcəfə yazdım, hüquqlarımın pozulmasıyla bağlı... cavabsız qaldı.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə məktub ünvanladım... Hələ də bir cavab yoxdur.
Bir sözlə SOCAR işçilərinə qarşı, xüsusi ilə də "Azəriqaz" İB-də çalışanlara qarşı ədalətsiz davranırlar. Bərabərlik prinsiplərin kobud şəkildə pozurlar.
Güman edirəm işçilərə olunan bu haqsızlıqları da görmək istəyənlər görəcək və son qoyacaq..."