Əsas Səhifə > Güney Press > “Gürcü Arzusu” müxalifəti seçkiləri saxtalaşdırmaqda ittiham edir

“Gürcü Arzusu” müxalifəti seçkiləri saxtalaşdırmaqda ittiham edir


Bu gün, 14:15
“Gürcü Arzusu” müxalifəti seçkiləri saxtalaşdırmaqda ittiham edir
Hakim “Gürcü Arzusu” partiyası son parlament seçkilərində tərəfdarlarının səslərinin oğurlanması ilə bağlı 81 fakt müəyyən edib.

Gununsesi.info xəbər verir ki, bu barədə partiyanın icraçı katibi Mamuka Mdinaradze noyabrın 1-də keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, “Gürcü arzusu”nun tərəfdarları artıq seçki məntəqələrində öyrəniblər ki, onlar tamamilə ayrı-ayrı rayonlarda müxtəlif müxalifət partiyalarından olan müşahidəçilər tərəfindən qeydiyyatdan keçiblər.

Mdinaradze qeyd edib ki, 81 analoji hal müəyyən edilib və “Gürcü arzusu” noyabrın 1-də onları Gürcüstan Prokurorluğuna təqdim edəcək.

Geri qayıt