Hakim “Gürcü Arzusu” partiyası son parlament seçkilərində tərəfdarlarının səslərinin oğurlanması ilə bağlı 81 fakt müəyyən edib.
Gununsesi.info xəbər verir ki, bu barədə partiyanın icraçı katibi Mamuka Mdinaradze noyabrın 1-də keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, “Gürcü arzusu”nun tərəfdarları artıq seçki məntəqələrində öyrəniblər ki, onlar tamamilə ayrı-ayrı rayonlarda müxtəlif müxalifət partiyalarından olan müşahidəçilər tərəfindən qeydiyyatdan keçiblər.
Mdinaradze qeyd edib ki, 81 analoji hal müəyyən edilib və “Gürcü arzusu” noyabrın 1-də onları Gürcüstan Prokurorluğuna təqdim edəcək.