Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                     İcra başçısının oğlu məhkəməyə verildi .....                     “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur .....                     "Xəzər RİH bizi yola verir" .....                     Ukraynaya kimin qalib gələməsi sərfəlidir? .....                     Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? .....                     İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib .....                     "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                 

Azərbaycana bıçaq saplayan “azərbaycanlı müxalifətçilər” – rəzalətin anatomiyası
Tarix: 19-09-2016, 08:16 | Çap et
Azərbaycana bıçaq saplayan “azərbaycanlı müxalifətçilər”
Xəbər verildiyi kimi, sentyabrın 15-də ABŞ Konqresinin İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib. Dinləmələrdə Xədicə İsmayıl, Türkel Kərimli (AXCP sədri Əli Kərimlinin oğlu) və Amerikanın ölkəmizdəki sabiq səfiri Riçard Kozlariç də çıxış ediblər.

Lakin qabaqcadan təşkil edilmiş reklamın əksinə olaraq, tədbir çox sönük keçib. Tədbirdə cəmi 20 nəfərə yaxın adam iştirak edib, konqresmenlərdən isə yalnız ermənipərəst Cim Makqavern müzakirələrə qatılıb. İştirakçıların əksəriyyəti isə (diqqət!!!) ABŞ-dakı erməni lobbi qruplarının və diasporun təmsilçiləri olublar.

Tədbirin videogörüntüsündə erməni diasporunun fəallarından olan Armen Saakyanın da dinləmələrdə iştirak etdiyi bəlli olub. Burda yada salaq ki, Armen Saakyan Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğludur. O, Amerikadakı erməni diasporunun ən nüfuzlu qurumlarından sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) fəal funksionerlərindəndir. Bu mənada AXCP sədrinin oğlunun əli Azərbaycan xalqının qanına batmış Saakyanın oğlu ilə Azərbaycana qarşı keçirilən eyni tədbirdə iştirakçı olması doğrudan da düşündürücüdür. Xədicə İsmayıl isə dinləmələrə Skype vasitəsilə qatılıb.

O da diqqətçəkicidir ki, tədbirlə eyni gündə ABŞ Helsinki Komissiyası bəyanat yayaraq, 8 sentyabrda konqresmen Kris Smitin Azərbaycan rəhbərliyinə ünvanladığı məktubun mətnini ictimaiyyətə açıqlayıb. Məktubu Smitlə yanaşı, Konqresdə Ermənistan üzrə işçi qrupun həmsədri, Dağlıq Qarabağ separatçılarının əsas dəstəkləyicilərindən olan konqresmen Adam Şif də imzalayıb.

*****

Beləliklə, həm sözügedən məktubun, həm də ABŞ Konqresindəki dinləmələrin arxasında erməni lobbisinin dayandığına şübhə yeri qalmır. Təəccüblü deyil. Təəccüblüsü Azərbaycan əleyhinə bu hücumlarda bəzi soydaşlarımızın da can-başla yer almasıdır. Ancaq eyni zamanda təəccüblü də deyil...

Başa düşürük, siyasi müxalifətçilik lazımdır. İqtidara qarşı radikal müxalifətçilik də haradasa bəlkə anlaşılandır. Hakimiyyət uğrunda siyasi mübarizə, siyasi plüralizm olar və lazımdır da. Normal, müasir dövlətçilik prinsipləri, demokratik dəyərlər, insan haqları bunu diktə və hətta zəruri edir. Ancaq Azərbaycan maraqları olan yerdə, Azərbaycan davası gedən yerdə xain düşmənlə, onun təmsilçiləri ilə, separatçılarla eyni cərgədə və cəbhədə qərar tutub eyni səngəri bölüşmək ... bu, artıq Azərbaycan maraqlarına, Azərbaycan xalqına xəyanətdir!

Şəxsi, qrup mənafeyi naminə milli və dövlət maraqlarını satmaq, şeytanla belə ittifaqa girib, Qarabağ boyda dərdi olan gənc dövlətimiz haqda mənfur ermənilərə qoşulub mənfi fikir formalaşdırmaq, hakimiyyətlə Azərbaycan məfhumlarını qəsdən qarışdırıb da “bulanıq suda” tarixi düşmənlərimizlə birgə “balıq tutmaq”- gerçəkdən də millətə və dövlətə xəyanətdir, əsl rəzalətdir.

Bəli, insan haqları ümumbəşəri dəyərdir. Amma və lakin həm də konkret məfhumdur və onu kiminsə və ya hansısa qrupun maraqları naminə sonsuzadək istismar eləmək yolverilməzdir. Əfsus ki, ABŞ kimi demokratik dövlət də ideal deyil. Bildiyimiz kimi, burada erməni lobbisinin çirkli pulları hesabına insan haqları kimi həssas mövzu da bir sıra konqresmenlər tərəfindən Azərbaycan əleyhinə illərdir istifadə olunur. Bu da onlardan növbəti birisi olsun.

*****

Yeri gəlmişkən, Azərbaycana qarşı bədnam “907-ci düzəliş” məhz Əli Kərimlinin də təmsil olunduğu Elçibəy iqtidarı dövründə (1992) ABŞ-dakı erməni lobbisinin diktəsi ilə, həmin Konqres tərəfindən qəbul edilib və hələ də ləğv edilməyib! İnsan haqları bəhanəsi ilə Azərbaycana qarşı bu haqsız oyunlar əfsus ki, davam edir. Və nə yazıq ki, bu oyunlara ermənilərlə yanaşı, özünü azərbaycanlı hesab edənlər, Azərbaycana rəhbərlik iddiasında olan “ana müxalifət”in yaxınları, bioloji və siyasi varisləri də məmnuniyyətlə qatılıblar. Bir daha yazıqlar!

Hər halda, biz hələ indiyədək bir erməni müxalif siyasətçisini belə hakimiyyət maraqları naminə öz ölkəsinin, dövlətinin aşağılanmasına, dünyada nüfuzdan salınmasına yönəlik projelərdə iştirakçı olmasını görməmişik. Onlar sanki and içiblər kimi, ümummilli məsələlərdə həmişə eyni hədəfə vururlar. Nəinki vahid cəbhədə çıxış edərək eyni hədəfə vururlar, indi bəlli olur ki, hətta bu yöndə Azərbaycanın korazehin “ana müxalifəti”nin imkanlarından da məharətlə istifadə etməyə başlayıblar.

*****

Bu xüsusda Respublikaçı Alternativ (REAL) İdarə Heyətinin üzvü, tanınmış hüquqşünas Erkin Qədirlinin məlum dinləmələrlə bağlı qeydləri də diqqət çəkir və bu qəbildən anti-Azərbaycan tədbirlərinin məkrli mahiyyətini bir daha çılpaqlığa ilə ortaya qoyur. Erkin bəy statusunda yazır:

“Onu deyim ki, mənim bu dinləmələrdən öncədən xəbərim olmayıb. Toplantıya bir həftə qalmış mənə Vaşinqtondan yazdılar ki, belə bir dinləmə olacaq, oraya məni dəvət etmək istəyirlər. Dedim, gələ bilməyəcəm, yol uzaq, həvəs yox, pul da az. Dedilər ki, problem deyil, bütün xərcləri dəvət edən tərəf ödəyə bilər. Nə isə, pasportumu istədilər, şəklini göndərdim. Üstündən iki, ya üç gün keçəndən sonra yazdılar ki, bəs ABŞ-ın Bakıdakı səfirliyi Qurban bayramına görə işləmir, ona görə vizanı almağa vaxt qalmır. Skype-la qoşulmağı təklif etdilər. Razılaşdım.

Açığı, “Konqresdə dinləmə” adıyla toplantıya qatılmaqda həvəssizliyimin başqa, daha önəmli səbəbi vardı. Bu dəfə mənim dəvətimi təşkil edən dostlardan bir neçə dəfə soruşdum: “Dədiq dinləmədir, yoxsa, keçən dəfəki kimi, yenə axırda brifinqə endirəcəklər?” Dinləmə yerinə brifinq olacaqsa, qatılmayacağımı dedim. Məni inandırdılar ki, dinləmə olacaq. Odur ki, Skype-la qoşulmağa razılaşdım... Dinləmələrə bir gün qalmış, Bakı vaxtı ilə gecə idi, mənə yazdılar ki, bəs, alınmır, məni siyahıdan çıxarıblar. Səbəbini soruşdum, dedilər ki, bəs, kimlərsə konqresmenlərə mənim üç il bundan öncə yazdığım “Xocalı statusu”mdan xəbər verib. Hər şey mənə aydın oldu. Bir şeyi öyrənmək istədim: konqresmenlərə bunu konkret kim(lər) göndərib. Cavab ala bilmədim. Dedilər ki, konqresmenlər tədbirin pozula biləcəyini ehtimal edərək belə qərar veriblər. Çünki oraya jurnalistlər gələcək, erməni təşkilatlarından qatılanlar da ola bilər. Yəni, güman üzərində verilmiş bir qərar olub. Dedilər ki, ermənilər, ya da jurnalistlər tədbirin başında, ya da ortasında mənim iştirakıma etiraz edə, bu da dinləməinin gedişatını poza bilər".
Erkin Qədirli daha sonra yazıb: “Donos” deyəndə kimin yadına nəyin düşdüyünü bilmirəm, amma mənə qarşı konqresmenlərə xəbərçiliyin olduğunu dəqiq bilirəm. Yuxarıda yazdığım kimi, ən son anda - dinləmələrə bir gün qalmış məni siyahıdan çıxardılar. Hərçənd, ona qədər hər şey yaxşı gedirdi. Mənə iki ünvan dedilər - ANCA (Amerikanın Milli Erməni Komitəsi) və Congressional Azerbaijani Caucus (ABŞ Konqresində Azərbaycanla dostluq və əməkdaşlıq qrupu). Birincilərlə hər şey aydındır - Amerikadakı daşnaklardır. İkincilərsə, bizim hökumətin pulu, ya da başqa təklifləri hesabına ələ alınmış konqresmenlərdir.

İkincilər heç də pis anlama gəlmir. Amerika üçün normal lobbi işləridir... Məsələ başqadır - daha böyükdür və siyasidir. Məqsəd məni və mənim qismimdə REAl-ı vurmaq, beynəlxalq əlaqələrimizi kəsməkdir, bizi hər yerdə aşağılamaq, nüfuzdan salmaqdır və s."
Erkin Qədirli iddia edir ki, onun vaxtilə yazdığı “Xocalı statusu” ilə bağlı ABŞ-ın Bakıdakı sabiq səfirlərindən birinə məlumat veriblər və belə deyiblər: “Siz İlqar Məmmədovun buraxılmasını xahiş edirsiniz, amma baxın, görün, İlqar Məmmədovun müavini (məni deyir) nəylə məşğuldur - qonşu dövlətin prezidentini öldürməyə çağırışlar yayır”.
Erkin Qədirlinin bundan sonra yazdıqları əsil sensasiyadır: “ABŞ səfirliyi iki ildən artıq məni danışdırmadı, heç yerə dəvət etmədi - hamısı da bu söhbətlərə görə oldu. Son zamanlar buz əriməyə başladı, bir-iki dəfə görüşdük, danışdıq. İndi də Konqresdə belə hoqqa çıxardılar. Məlum məsələdir. Biz çox şeyi bilmirik, amma hər şeyi yaxşı anlayırıq. Adamı yandıran da odur ki, bu siyasi qarşıdurmanın içində kimlərsə, tamamilə əlaqəsiz adamlar, yalnız özlərinə məlum olan səbəblərdən bizə, REAL-a və konkret mənə qarşı çeşidli uydurmalar, böhtanlar yayırlar”.

*****

Bu mətndən də aydın görünür ki, Konqresdəki məlum dinləmələrə qatılan azərbaycanlılar öncədən öhdəlik götürürlər ki, ermənilərə qarşı neqativ heç nə deməyəcəklər. Əsas məsələ odur ki, orda Azərbaycan iqtidarından danışsınlar, onu tənqid etsinlər. Bu dinləmələrə qatılanlar hətta ermənilərlə bərabər, onlarla bir çatı altında rəsmi Bakını tənqid edir, pisləyir, ölkədəki rejimi dəyişməyə çağırış edirlər. Necə ki, bunu AXCP sədrinin oğlu Vaşinqtonda etdi - həm də ermənilərin çoxluq təşkil elədiyi, separatçı rejimin başçısı Bako Saakyanın oğlunun da qatıldığı tədbirdə. Amma diqqət edin, belə bir zamanda, onların ermənilərlə birgə mübarizə apardığı Azərbaycan iqtidarının rəhbəri Bişkekdə işğalçı erməni prezidentinin ağzını yumur, ölkəmizin maraq və çıxarlarını qoruyurdu.

Məsələ də ondadır ki, Vaşinqtonda Azərbaycan əleyhinə olan və Qarabağla bağlı, Azərbaycanın haqlı mövqeyi ilə bağlı bir kəlmənin belə deyilmədiyi dinləmələrdən cəmi bir gün sonra Bişkekdə MDB toplantısında düşmən ölkə başçısı, Xocalı canisi Serj Sərkisyan da Azərbaycan əleyhinə Konqresdəki tezislərə oxşar tezislərlə çıxış edirdi. Sözsüz ki, orada Azərbaycan prezidenti İlham Əliyev onun layiqli cavabını verdi, Sərkisyanı yerində oturtdu. O çıxışı “azərbaycanlı” psevdovətənpərvərlərin yadına salmağa dəyər:

“Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq, bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma erməni tərəfinin növbəti şikayətini eşidəndə bunu şərh etməyi özümə borc saydım. Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu. Beynəlxalq təşkilatlar bu məsələnin necə tənzimlənməli olduğunu çox dəqiq anlayırlar. Ali beynəlxalq struktur var - BMT Təhlükəsizlik Şurası. Bu strukturdan yüksəyi yoxdur. Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində dörd qətnamə qəbul edib. Həmin sənədlərdə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr yerinə yetirilmir.

Ermənistan onlara məhəl qoymur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə dəyişdirməklə, həmin ərazini qanunsuz məskunlaşdırmaqla yeni reallıqlar yaratmağa çalışır.

Bu, tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir. Biz sülh prosesinə sadiqik. Biz konstruktiv işləyirik. Minsk Qrupu mövcuddur. Amma erməni tərəfi bu formatdan yalnız danışıqlar prosesinin sonsuz olması üçün istifadə edir. Onlar sülh istəmirlər. Onlar bizim ərazilərimizi daim nəzarət altında saxlamaq və hər yerdə Azərbaycanı bunda ittiham etmək istəyirlər ki, guya biz nəyisə pozuruq. Biz zərər çəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Reallıqlar bundan ibarətdir. Buna görə mən Ermənistan prezidentinin növbəti yersiz şikayətini nəzərə alaraq, bir daha bunları həmkarlarımızın diqqətinə çatdırmağı özümə borc bildim.

Serj Sarkisyan: Yalana cavab verməyin sadəcə mənası yoxdur.

İlham Əliyev: Mən yalana artıq cavab verdim".

*****

Azərbaycana bıçaq saplayan “azərbaycanlı müxalifətçilər”

...ABŞ Konqresində isə Azərbaycan əleyhinə analoji çıxışlara Azərbaycanın “ana müxalifət”i adından azərbaycanlı Türkel Kərimli, Xədicə İsmayıl züy tutur, dəstək verirdi - Qarabağdan, haqq işimizdən danışmaq əvəzinə! Necə deyərlər, bu - daş, bu da - tərəzi.
Haqlı suallar ortaya çıxır: indi kim azərbaycançıdır, dövlətçidir? Kim ölkə dışında öz xalqının mənafeyini hər şeydən üstün tutur? Kim hakimiyyət adı ilə dövlətin xaricdə, ABŞ-da gözdən salınması kimi məkrli kampaniyaların iştirakçısıdır? Nəhayət, kim dövlətimizə xaricdə bıçaq saplayır?

Sualların hamısı ritorikdir, təbii ki.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Bu gün, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Bu gün, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru