Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi .....                     Rusiyada evlənmək istəyən azərbaycanlıların .....                     Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı .....                     "Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" .....                     “Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər .....                     BMT-nin cümə axşamı: meyit ortada qalıb .....                     Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... .....                     Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                     İcra başçısının oğlu məhkəməyə verildi .....                     “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur .....                     "Xəzər RİH bizi yola verir" .....                     Ukraynaya kimin qalib gələməsi sərfəlidir? .....                     Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? .....                     İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib .....                     "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                 

Gömrük generalları Gürcüstandakı soydaşlarımıza necə qənim kəsilib... - "Hansısa gürcü məmurun laqeydliyi..."
Tarix: 5-11-2016, 09:02 | Çap et
Gömrük generalları Gürcüstandakı soydaşlarımıza necə qənim kəsilib...
Azərbaycan-Gürcüstan sərhədində gömrükçülərimizin vətəndaşlarla kobud davranışları, bürokratik süründürmələr barədə mətbuatda az yazılmayıb. Gürcüstanla həmsərhəd bölgələrdən də şikayətlər səngimək bilmir və bu şikayətlərdə Dövlət Gömrük Komitəsinin əməkdaşları “xüsusi” yer tutur. Çünki işsizlikdən və sosial problemlərdən əziyyət çəkən, ümidi vaxtaşırı Gürcüstana keçib ucuz ərzaq almaq, xırda ticarət etmək olan vətəndaşlarımız bu imkanlardan tamamilə məhrum olublar. Bu isə bölgələrdəki sosial narahatlığı artırır və bu “artım”a görə də, DGK sədri Aydın Əliyevə və bütün gömrük sistemini öz nəzarətində saxlayan, az qala bütün gömrükçülərin həmkəndlisi olan Səfər Mehdiyevə “təşəkkür” düşür.

Lakin DGK rəhbərliyinin əlindən “qan ağlayan” təkcə bizim vətəndaşlar deyil. Həm də qanı-canı bizdən olan Gürcüstan azərbaycanlılarıdır. Azərbaycan Respublikası təkcə 10 milyon vətəndaşın dövləti deyil ki… Bizim təkcə dövlət olaraq yox, cəmiyyət olaraq da qarşımızda duran əsas vəzifə qonşu ölkələrdə yaşayan həmvətənlərimizin durumuyla maraqlanmaq, onlara doğmalıq göstərməkdir.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin təşəbbüsü ilə, hər il Bakıda Dünya Azərbaycanlıları Forumu keçirilir. İlham Əliyev “mən 50 milyon azərbaycanlının prezidentiyəm” deyərkən də, məhz onu nəzərdə tutub ki, dünyanın istənilən ölkəsində yaşayan azərbaycanlılar hər zaman Azərbaycan rəhbərliyinə güvənə bilər, dərdlərini eşitdirməkdə çətinlik çəkməzlər. Amma və lakin… bez-nazvaniyabəzi məmurlarımızın bu çağırışları görməzdən gəlməsi bizi təəccübləndirir. Ən çox da, təəccübümüzə o məmurlar səbəb olur ki, məsələn, onlar Gürcüstandan – Borçalı mahalındandırlar, amma öz həmyerlilərinə qarşı ögey yanaşma göstərirlər.

İndi oxucularımız sual verəcək: “Həm yerlibazlığı pisləyirsiniz, həm də deyirsiniz ki, hansısa məmur öz həmyerlilərinə ögey yanaşma göstərir?”… İcazənizlə, mətləbə aydınlıq gətirək. Bu yaxınlarda Qafqaz Xəbər Agentliyinin əməkdaşları Gürcüstan Respublikasında oldu və ayrılmaz hissəmiz, tarixi diyarımız olan Borçalı mahalında yaşayan ziyalı həmvətənlərimizlə görüşdü. Gürcüstan azərbaycanlılarına diasporçu demək olmaz, çünki onlar öz tarixi el-obalarında, həm də kompakt şəkildə yaşayırlar. Uzun sözün qısası, Borçalı ziyalılarından problemləri ilə bağlı soruşanda ilk olaraq, Azərbaycanın DGK sədri Aydın Əliyevdən gileyləndilər. Niyə məhz Azərbaycanın DGK-sından və məhz Aydın Əliyevdən? Çünki uman yerdən küsərlər. O ziyalıların sözlərini sizə çatdırırıq, əziz oxucular:

“Hansısa gürcü məmurun laqeydliyi bizi azərbaycanlı məmurların, xüsusilə də bizim el-obadan çıxan məmurların saymazyana rəftarı qədər incitmir”. Borçalı ziyalıları baş prokuror Zakir Qaralovu, xalq şairi Zəlimxan Yaqubu və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovu hörmətlə yada saldılar. Amma növbə Aydın Əliyevə çatanda… Ondan imtina etdiklərini dedilər. Səbəbini soruşanda öyrəndik ki, Borçalıda yaşayan həmvətənlərimiz son zamanlar gömrükçülər tərəfindən xüsusi amansızlıqla üzləşirlər: “Bizim sərhəddən o tərəfdə qohumlarımız var. Onlara nəsə pay-puş apara bilmirik. Əlimizdə iki toyuq görəndə götürüb çaya atırlar, əlimizdəki sellofanları eşələyib boşaldırlar, deyirlər ki, onu aparmaq olmaz, bunu aparmaq olmaz.zelimxanyaqub

Bir sözlə, Aydın Əliyevin işçiləri bizi çox incidirlər. Sanki Aydın Əliyev bizi qəsdən Azərbaycandan soyutmaq, küsdürmək istəyir. Heç gürcülərə qarşı belə kobudluq, laqeydlik görmürük. Amma Gürcüstan vətəndaşı olan azərbaycanlılar sanki qəsdən sıxışdırılır ki, bir də doğma Azərbaycana getməsinlər. Gömrükçülərin bu davranışı bizi öz qohumlarımızdan, Azərbaycanımızdan soyutmayacaq… Amma bu münasibət Borçalı diyarını taleyin axarına buraxır, insanlarımızın özünü “yetim” hiss etməsinə səbəb olur”.

Bundan başqa, həm eşitdiklərimiz, həm də öz gördüklərimizdən deyə bilərik ki, Azərbaycan-Gürcüstan gömrüyündə süründürməçilik, ləngimələr, gözlətmələr saatlarla çəkir. Bundan başqa, Gürcüstan gömrükçüləri neytral xətti keçərək, düz bizim postun yanında “budka” qoyublar, bizim sərhədçi və gömrükçülərin işlərinə qarışırlar. Onu buraxmaq lazımdır, bunu buraxmaq lazımdır… Sanki Azərbaycan DGK-sı özü öz işinin öhdəsindən gələ bilmir, Gürcüstan gömrükçüləri “dəstək qüvvə” ilə köməyə gəliblər.

Qeyd edək ki, noyabrın 3-də Qafqaz Xəbər Agentliyinin rusdilli Kavkaznews.az saytında “Gürcüstan gömrüyü təsdiq , Azərbaycan gömrüyü isə təkzib edir” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, Azərbaycan vətəndaşı M. Tağıyevin sözlərinə görə, o noyabrın 1-dən 2-nə keçən gecə Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində 6 saat keçirmək məcburiyyətində qalıb.

“Gürcü gömrükçüləri mənə və yüzlərlə sürücüyə Azərbaycan ərazisinə daxil olmağa icazə vermirdilər. Mən saat 6-da Azərbaycan ərazisində gömrük yoxlamasından keçdim”,-deyə M. Tağıyev bizə bildirib. Gürcüstan Maliyyə Nazirliyinin Gömrük departamentinin analitiki Xatuna Qulua M.Tağıyevin Azərbaycan-Gürcüstan sərhədində yaranan nəqliyyat sıxlığı barədə dediklərin təsdiqləyib.

“Həqiqətən də Azərbaycan-Gürcüstan sərhədində nəqliyyat sıxlığı olub. Lakin, bu gürcü gömrükçülərinin günahı deyil”,-deyə Xatuna Qulua bildirib. “Bəs bu kimin günahıdır?”,- jurnalistimiz sual verdi.

“Srağagün gecə saat ikidə M.Tağıyev Gürcüstan ərazisində uğurla gömrük nəzarətindən keçib”, – gömrük Departamentinin analitiki bildirib. “Amma Tağıyev bizə deyir ki, Azərbaycana gəlmək üçün 5 – 6 saat növbədə dayanmaq məcburiyyətində qalıb”,-Kavkaznews.az müxbiri bildirib. “Əgər M.Tağıyev Gürcüstanla Azərbaycan arasındakı sərhəddə 5-6 saat keçirmək məcburiyyətində qalıbsa, bu Azərbaycan gömrükçülərinin ucbatındandır”, – deyə departamentin analitiki bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Bu gün, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Bu gün, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Bu gün, 12:14
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Bu gün, 12:10
“Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər - SİYAHI
Bu gün, 12:07
BMT-nin cümə axşamı: meyit ortada qalıb - Ölünü basdırmağın zamanıdır...
Bu gün, 12:03
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Bu gün, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Bu gün, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Bu gün, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru