"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." .....                     Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış .....                     "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" .....                     Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir .....                     Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır .....                     Saatlı sakini buna görə narazıdır... .....                     "Gözünüzün doyduğu gün olacaqmı?!" .....                     "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" .....                     Quru sərhədlər nədən bağlıdır? .....                     Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür .....                     Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi .....                     "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                     "Proses davam etməlidir" .....                     Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” .....                     Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                     Əri ölüm ayağında olduğu üçün intihar edibmiş .....                     "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi .....                     Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır .....                     “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal .....                     Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                     Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                 

“Dəmirbank”dan yoxa çıxan 3 milyon dollar terrorçuların əlinə keçə bilər – sensasion iddia
Tarix: 21-02-2017, 08:20 | Çap et
“Dəmirbank”dan yoxa çıxan 3 milyon dollar terrorçuların əlinə keçə bilər
Bu günlərdə “Dəmirbank”dan 3 milyon dollar oğurlanması barədə xəbər yayıldı. Xəbərdə bildirilirdi ki, bank hesabları araşdırarkən külli miqdarda vəsaitin müəmmalı şəkildə silindiyi aşkarlanıb. Fins.az-ın bank mənbələrindən əldə etdiyi məlumatlara görə, bu həcmdə vəsait ayrı-ayrı hesablardan yoxa çıxıb. Dərhal araşdırmalara başlanılıb və məlum olub ki, vəsaitlər hakerlər tərəfindən oğurlanıb. Hazırda bununla bağlı bankda araşdırmalar aparılır. “Dəmirbank”ın marketinq direktoru Anar Bayramov deyib ki, faktla bağlı informasiyaya malik deyil.

Göründüyü kimi, Azərbaycanın tanınan bankından 3 milyon dollar oğurlanıb. Adətən banklardan böyük məbləğlərdə pul yoxa çıxanda mütəxəssisləri, ekspertləri haker hücumları ilə yanaşı digər ehtimallar da narahat edir. Bu ehtimallardan biri də külli miqdarda pulun terror təşkilatlarının əlinə keçə bilməsidir.

Son zamanlar Azərbaycanda terror təşkilatlarının hərəkətliliyi hiss edilir. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son 4-5 ayda keçirdiyi uğurlu antiterror əməliyyatlarında 10-a yaxın təhlükəli terrorçu məhv edilib. Bu əməliyyatlar haqda məlumatlardan aydın olur ki, ölkəmiz çox ciddi təhlükə ilə qarşı-qarşıya dayanıb. Bütün dünyanı təhdid edən terror ölkəmizin sərhədlərini aşıb. Azərbaycan hüquq-mühafizə orqanları və xüsusi xidmət qurumları hələlik teraktların qarşısını alırlar. Bakıda, ölkənin paytaxtında, əhalinin sıx məskunlaşdığı arealda antiterror əməliyyatı keçirilirsə, onların məhv edilməsi ilə bağlı rəsmi məlumatlar yayılırsa, təhlükənin bizimlə nəfəs-nəfəsə dayandığını söyləməyə əsas var.

Belə bir şəraitdə Azərbaycanda qarışıqlıq yaratmaq istəyən terror təşkilatlarının, İŞİD və digərlərinin ölkəmiz üzərindən külli miqdarda “qara” pul ötürməyə cəhd etməsi də istisna deyil. Beynəlxalq təcrübədə belə ötürmələrə ara-sıra rast gəlinir.

Sirr deyil ki, din pərdəsi altında fəaliyyət göstərən terrorçu təşkilatlar digər sektorlara öz adamlarını yerləşdirdiyi kimi, bank sektorunda da onlarla əlaqələri olan şəxslərin mövcudluğu istisna edilmir. Və ya bank sektorunda çalışanları din adı altında təsir altına salıb, öz sıralarına cəlb edə, onların vasitəsilə öz çirkin əməllərini həyata keçirə bilirlər.

“Dəmirbank”dan yoxa çıxan 3 milyon məsələsi diqqəti bu məsələyə çəkməyə bilmir. Azərbaycanın tanınan banklarından biri olan bu bankda pulların yoxa çıxmasının arxasında yuxarıda bəhs etdiyimiz məsələ dayana bilərmi?

Heç şübhəsiz ki, hüquq-mühafizə orqanları bankdan yoxa çıxan 3 milyon dollarla bağlı araşdırmalara başlayıblar. Biz iddia etmirik ki, pulları bankdan terror təşkilatları oğurlayıb, bankda terrorçuluğa dəstək verənlər var. Bunu deməyə və isbat etməyə əlimizdə heç bir fakt yoxdur. Sadəcə olaraq, medianın bir işi də bu cür vəziyyətlərdə mümkün variantları ictimai müzakirəyə çıxarmaqdır. Bununla da mövzuya həssaslıq bir qədər də artmış olur.

“Dəmirbank”dan 3 milyon dolların sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun nəzarətindəki haker qrupu tərəfindən ələ keçirilməsi də istisna deyil. Ötən ilin aprelində redaksiyamıza daxil olan məlumata bildirilirdi ki, Eldar Mahmudovun MTN-də mənzillənən çetesinə haker qrupu da daxil olub. Sabiq nazirin susqun razılığı ilə həmin hakerlər vasitəsilə müxtəlif bankların sisteminə hücumlar təşkil olunub. Sonradan isə həmin banklara belə hücumların qarşısını almaq üçün MTN rəhbərliyi öz kadrlarını təklif edib yerləşdiriblər. Beləliklə də banklarda Eldar Mahmudovun maraqlarından çıxış edən kadrlar peyda olub. Redaksiyamıza daxil olan məlumatda deyilirdi ki, həmin kadrlar vasitəsilə əldə olunan məlumatlar sonradan bankların rəhbərliyini daim şəxsi nəzarətdə saxlamağa imkan verib.

Həmin yazıdan sitat: “Hakerlər qrupu ötən ilin oktyabrında MTN-də baş tutan əməliyyatdan az əvvəl oradan qovulub. Bu haqda redaksiyamızı bilgiləndirən qaynağımız deyib ki, 6 nəfərdən ibarət olan qrup üzvləri ABŞ banklarının birindən 150 milyon dolları oğurlayıb və dünyanın ən müxtəlif ölkələrində yerləşən banklar üzərindən Azərbaycandakı banklardan birinə yerləşdiriblər. Həmin vaxt bank rəhbərliyi həbsdə olduğundan bankı Eldar Mahmudovun qudası Cahangir Hacıyevə yaxın kadrlar idarə ediblər. Yerli bankdakı hesaba 150 milyon dollar oturandan sonra oradan çıxarılıb. Məsələni ABŞ-ın müvafiq qurumları araşdırıb. Hakerlərin çırpışdırdığı pulun son nəticədə Azərbaycandakı bank hesabından çıxarıldığı müəyyən edilib. Bundan sonra Azərbaycanın müvafiq qurumlarına məsələ ilə bağlı məlumat verilib. Məsələ araşdırılıb və ölkə rəhbərliyi səviyyəsində pulun qaytarılması ilə bağlı qərar verilib. Araşdırmalar zamanı həmçinin pulu ABŞ bankından çırpışdıran hakerlərin Eldar Mahmudovun yaxın əhatəsinə daxil olan şəxslər olduğu üzə çıxıb. Məlum olub ki, həmin hakerlər tez-tez Eldar Mahmudovun yaxın ətrafı ilə görüşürlər. Qaynağımız bildirib ki, bu olaydan sonra Eldar Mahmudovun haker qrupundan xəbər yoxdur. Onların ölkədən qaçırıldığı haqda məlumatlar var. Belə ehtimallar da var ki, qeyri-rəsmi formalaşdırılan haker qrupu sabiq nazirin istəyinə uyğun olaraq bu və ya digər məmurun kompüter şəbəkəsinə daxil olmaqla məlumatlar toplayıb. Həmin məlumatlar sonradan məmurların şantaj olunmasında istifadə olunub”.

Tamamilə mümkündür ki, həmin haker qrupu hazırda azadlıqda olan E.Mahmudovun nəzarətindədir və qrup vasitəsilə sabiq nazir özünün şəxsi ambisiyalarından çıxış edərək bankları nəzarətindən çıxmağa imkan verməməyə çalışır. Adının gizli qalması şərti ilə mövzunu “Yeni Müsavat”a şərh edən ekspert bildirib ki, bu, tamamilə mümkün məsələdir: “Yoxa çıxan 3 milyonla bağlı bankın ictimaiyyətə tutarlı açıqlama verməməsi şübhələri bir qədər artırır. Bank hadisəni olmamış kimi təqdim edir. Amma mətbuatda bunca ciddi xəbərin əsası olmadan yayılması da inandırıcı görünmür. İnsanlarda bu əməlin arxasında hakerlərdən çox terror təşkilatlarının dayandığı fikri formalaşır. Yaxşı olardı ki, ayrı-ayrı qurumlar bu məsələ ilə bağlı müfəssəl açıqlama versinlər”.

Mövzu ilə bağlı “Dəmirbank”ın mövqeyini dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37
Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36
Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34
Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33
"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28
"Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20
Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru