Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                     "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... .....                     Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu .....                     İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: .....                     Məhsul sifariş edib... hardadır bilinmir... .....                     Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                     Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları .....                     Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq .....                     Nüfuz alverində təqsirləndirilən vəkilin .....                     “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” .....                     “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” .....                     "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi .....                     Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... .....                     Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib .....                     Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var .....                     Paşinyan Zəngəzur dəhlizindən imtina etmir .....                     AYNA-nın əyilən lövhəsi... .....                     Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir .....                     Ləğv prosesində olan şirkətin .....                     Aslan Quliyev həbs edilə bilər? .....                     Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır .....                     Göyçayın bir kəndinin min dərdi... .....                     “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... .....                     "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." .....                     Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış .....                     "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" .....                     Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir .....                     Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır .....                     Saatlı sakini buna görə narazıdır... .....                     "Gözünüzün doyduğu gün olacaqmı?!" .....                     "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" .....                     Quru sərhədlər nədən bağlıdır? .....                     Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür .....                     Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi .....                     "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                     "Proses davam etməlidir" .....                     Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” .....                     Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                     Əri ölüm ayağında olduğu üçün intihar edibmiş .....                 

"Bu, heç də ürəkaçan səhnə deyildi" - Əli Həsənov
Tarix: 14-04-2017, 08:22 | Çap et
"Bu, heç də ürəkaçan səhnə deyildi"
"“Sovetski” adlandırılan ərazinin abadlaşdırılmasına etiraz etmək dini təəssübkeşliyin heç də ən yaxşı nümunəsi deyil".

APA-nın məlumatına görə, bunu "facebook" sosial şəbəkəsində paylaşdığı statusda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib.

"Bakı müasirləşməlidir, “Sovetski” tipli gecəqondu massivləri şəhərin mərkəzində yığışdırılmalıdır- bu, günün tələbidir"

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub. Dövlət başçısı sözügedən məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib. Əlbəttə ki, müvafiq komissiya yaranmış vəziyyəti təhlil edərək, məscidin həmin ərazidə saxlanmasını və ya yeni məscid tikintisi üçün yer ayrılmasını məqsədə müvafiq biləcək, gəldiyi qərar barədə dövlət başçısına məruzə edəcək" deyə, Ə. Həsənov qeyd edib.

Prezidentin köməkçisi komissiyanın qərarından asılı olmayaraq, yaranmış vəziyyətlə bağlı öz vətəndaş mövqeyini də açıqlayıb: "Dünən “Sovetski” adlanan ərazidəki son yöndəmsiz və qəzalı vəziyyətdə olan binanın söküntüsünə müqavimət göstərən və bu müqaviməti az qala “evindəki halalını qorumaq qədər” özünün müqəddəs dini fərzi kimi qələmə verən bəzi “ təəssübkeşləri”n aksiyasına münasibət bildirməyi öz vətəndaşlıq borcum hesab edirəm. Məndə xüsusi təəssüf doğuran hal budur ki, müəyyən insanları təlimatlandıraraq oraya göndərən, Azərbaycanda dini kəsimi dövlətlə qarşıdurmaya sövq etmək istəyənlərin təşkil etdiyi aksiyada ətrafdan toplaşan bəzi inanclı insanlar da iştirak edirdi. Bu, heç də ürəkaçan səhnə deyildi".

Ə. Həsənov “Sovetski”nin sökülməsinin səbəblərini də açıqlayıb: "Cənab Prezidentin Bakı şəhəri ilə bağlı çox böyük təşəbbüsləri olub, bu təşəbbüslər uğurla həyata keçirilib. Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması, Bakı bulvarının dünyanın ən gözəl dənizkənarı bulvarları sırasına daxil olması, nəqliyyat sistemin yenilənməsi, onlarla yol ötürücülərin, körpülərin, keçidlərin tikintisi, şəhərin mərkəzinin gecəqondulardan təmizlənib “qış bulvarı” kompleksinin salınması, dünyanın aparıcı otel brendlərin paytaxtımıza cəlb edilməsi və s. Bunların nəticəsidir ki, bu gün Bakı XX əsrin əvvəllərindəki şöhrətini özünə qaytarmış, dünyanın ən gözəl şəhərlərindən və beynəlxalq humanitar mərkəzlərindən birinə çevrilib.
Keçmişdə “Sovetski” adlandırılan ərazidə aparılan işlər də Bakının abadlaşdırılması istiqamətində görülən işlərin davamıdır. Bakı müasirləşməlidir, “Sovetski” tipli gecəqondu massivləri şəhərin mərkəzində yığışdırılmalıdır- bu, günün tələbidir".

"Azərbaycan dövləti əyri, köndələn yolları, havasız, üfunətli məhəllələri, paytaxtda ucqar əyalətçi məişəti, XX əsrin əvvəllərinin nizamsız urbanizasiyasından miras qalmış “gecəqondu memarlığı”nı öz vətəndaşlarına rəva görmür. Bunların əvəzində təmiz şəhər, rahat yollar, ekologiyanın yaxşılaşmasına töhfə verən yaşıl parklar, geniş mənzillər, dünyanın ən yeni memarlıq incilərini, böyük təhsil və ibadət komplekslərini təklif edir" deyə qeyd edən prezidentin köməkçisi son illər ərzində Bakıda 250-dən çox məktəb, onlarla uşaq bağçası, mədəniyyət evləri yenidən qurulub, tikilib, təmir olunduğunu da xatırladıb.

"Cənab Prezidentin tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda məscidlər yenidən qurulur, bərpa olunur. Belə ki, Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, Heydər məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Bu ilin əvvəlinə Azərbaycanda məscidlərin sayı 2166-ya çatıb, halbuki sovet dövrü məscid statuslu tiklilərin sayı cəmi 17 idi. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur" deyə, Ə. Həsənov yazıb.

Ə. Həsənov prezident İlham Əliyevin müsəlman bayramlarını dindarlar və müsəlman ölkələrinin səfirləri ilə birgə qeyd etdiyini, ölkə başçısının və ailə üzvlərinin müqəddəs Kəbəni ziyarət etdiklərini xatırladıb: "Ölkədə dini təhsilin genişləndirilməsi, yenidən təşkil olunması istiqamətində ciddi addımlar atılıb. Ölkədə yüzlərlə yeni məscidin inşası və ya köhnələrin bərpası xüsusi reklam edilmədən həyata keçirilib, çünki bu işlər bir dövlət başçısının öz ölkəsinin dini çoxluğuna, özünün də mənsub olduğu dini icmaya qayğısının təzahürüdür".

"Bu işləri görən dövlət təqdir olunmalıdır, yoxsa bəzilərinin dünən etdiyi çağırışlardakı kimi lənətlənməlidir? Radikal çağırışlar edən bəzi dini, ictimai, mədəniyyət xadimlərinə və müxalif siyasilərə üzümü tutub deyirəm: doğru izahat verməkdənsə, qeyri-müəyyən bəyanatlarla sadə insanları çaşdırmaq, dövlətin təqdir olunası işlərini qaralamaq lazım deyil. İslam mədəniyyətinin mərkəzləri olan Məkkə və Mədinədə, Məşhəd, Kərbəla kimi şiə ziyarətgahlarında, digər müsəlman ölkələrinin aparıcı şəhərlərində hər il neçə-neçə köhnə dini tikili sökülür və onların yerinə yeni-yeni binalar ucaldılır. Qoy 30 il bundan qabaq Məkkə və Mədinədə peyğəmbər məscidini ziyarət edənlər söyləsinlər, orada hansı dəyişikliklər baş verib, hansı köhnə tikililər sökülərək onların yerinə necə müasir ziyarətgahlar yaranıbdır. İndi bunlar təqdirəlayiq haldır, yoxsa qınanmalı? O insanların halalına müdaxiləmi olunubdur?". Prezidentin köməkçisi belə yazıb.

"Çox təəssüf edirəm ki, dünənki o “din təəsübkeşləri”nin düyməsini basanlar da, qanun keşikçilərinə və ərazini abadlaşdıran insanlara qarşı təhqiramiz hərəkətlər edənlər də sağlam düşüncə və vətənpərvərlik nümunəsi ortaya qoymadılar" deyə Ə. Həsənov bildirib .

"Bu yalançı təəssübkeşlərin etirazının Şuşa məscidi ilə bağlı işğalçılarla qeyri-rəsmi “əməkdaşlıq” edilməsinə Azərbaycan dövlətinin rəsmi etiraz bəyanatı verdiyi vaxta düşməsi düşündürücüdür. Amma hər kəs bilməlidir ki, bütün bunlar Azərbaycanın İslam dünyasının birliyi, həmrəyliyi yolunda təşəbbüslərindən, mili-mənəvi dəyərlərimizi qorumaq, İslam irsinin inkişaf etdirmək siyasətindən döndərə bilməz"

Ə. Həsənov qeyd edib ki, prezident İlham Əliyev də, Azərbaycan hakimiyyəti də son illərdə Azərbaycanda İslamın qorunması və inkişafı, eləcə də İslam həmrəyliyinin gücləndirilməsi və dünyadakı islamofob dairələrə qarşı mübarizə sahəsində 50-dən artıq İslam dövlətləri başçısı sırasında həmişə xüsusi fəallığı ilə seçilib və Azərbaycan dövlətinə qarşı siyasət yürüdən bəzi xarici dairələrdən, rəsmi və qeyri-rəsmi ünsürlərdən fərqli olaraq, əsl islam təəssübkeşliyi nümayiş etdirib.

"Bu gün dünyada hər şey təzələnir, yenilənir. İnsanları dünən qane edən məişət normaları, yaşayış massivləri, nəqliyyat vasitələri, ictimai, dini, mədəniyyət və iaşə obyektləri, bu gün onları qane etmir. Xüsusi tarixi mahiyyət kəsb edən tikililər, elm, mədəniyyət obyektləri, dini abidələr istisna olmaqla hər şey dəyişir. Azərbaycan da , əlbəttə, müasir dünyanın bir hissəsi kimi öz inkişafını davam etdirir . Əsas odur ki, insanlara yeni imkanlar yaradılır, yeni alternativlər təklif olunur. Bu seçimi dəstəkləməmək, əlbəttə ki, həm dövləti, həm cəmiyyəti müasir inkişafdan süni yolla saxlamaq deməkdir". Ə. Həəsnov bildirib ki, dini inanclı insanlara, bu həqiqəti çatdırmalıdır: "Əsl inanclı kəsimi “din təəssübkeşliyi” adı ilə bu tipli aksiyalara sövq edən radikal-ekstremist dəstələrdən ayırmalıyıq. Beş il sonra “Sovetski” adlanan gecəqondu massivinin yerində salınacaq nümunəvi şəhər mərkəzi və istirahət guşələrini görəcək yeni nəslin anbar kimi istifadə olunan köhnə tikilinin qorunmasına cəhd edən bu köhnə fikirli insanlara necə qiymət verəcəyini zaman göstərəcək.

Azərbaycanın İslam dünyası, regional əməkdaşlığın gücləndirilməsi ilə bağlı təşəbbüslərinə bu və ya digər yolla maneə olmaq cəhdləri, təəssüf ki, ilk dəfə deyil. Bakı İslam mədəniyyətinin paytaxtı elan edildiyi 2009-cu ildə biz müəyyən dindar təbəqəsinin aldadılaraq dövlətimizin islam dünyasındakı rolunu kiçiltmək, imicini ləkələmək cəhdlərinə alət edilməsini şahidi olmuşduq. Dünya Azərbaycanlıları gününə birilərinin alternativ həmrəylik günü keçirmək təşəbbüsləri hələ də davam edir. Bu il –ölkəmizdə İslam həmrəyliyi elan edildiyi, Bakı İslam oyunlarına ev sahibliyi etdiyi üçün belə “cəhdlərin” yenə olmasını istisna etmirik. Bu yalançı təəssübkeşlərin etirazının Şuşa məscidi ilə bağlı işğalçılarla qeyri-rəsmi “əməkdaşlıq” edilməsinə Azərbaycan dövlətinin rəsmi etiraz bəyanatı verdiyi vaxta düşməsi düşündürücüdür. Amma hər kəs bilməlidir ki, bütün bunlar Azərbaycanın İslam dünyasının birliyi, həmrəyliyi yolunda təşəbbüslərindən, mili-mənəvi dəyərlərimizi qorumaq, İslam irsinin inkişaf etdirmək siyasətindən döndərə bilməz".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02
Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58
“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49
"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37
Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36
Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34
Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33
"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28
"Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20
Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru